beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

On yaş mərhələsi

Bu mərhələ, müsəlmana namazın fərz olmasından və həddi büluğ çağından əvvəlki mərhələdir. Namazın fərz olması, bu mərhələnin sonunda qız və ya oğlan uşağı həddi büluğ çağına çatanda başlayır. Ona görə də uşaq on yaşına gəldikdə aşağıdakılara riayət edilməlidir:

1. Oğlan və ya qız uşağı qaçırdığı, ötürdüyü fərz namazı qəza etməklə əmr olunur.
2. Eyni şəkildə ana ata uşağa fərzlərlə birlikdə “ratibə” adlanan nafilə və sünnət, vitr namazını da əmr etməlidir. Fərzləri təqib etdikləri kimi bu namazlara da davam edilməlidir.
3. Ana ata uşağa namazın bəzi zikirlərini əzbərlətməli və səhv səcdəsi kimi bəzi hökmlərini də öyrətməlidir.
4. Ata, oğlan uşağını cümə namazına aparmağa cəhd göstərməlidir və cümə namazını ona əmr etməlidir. Oğlan uşağı camaat namazlarında iştirak etməklə müsəlmanların məclislərinə vərdiş edər, böyük alimlərini tanıyar, onların vəəz və xütbələrini dinləməyin ədəbini də öyrənmiş olar. Beləliklə namaz qılmağa vərdiş etməklə bərabər ruhi qidanı da almış olar.
Uşaq, uşaqlıq dövrünün son mərhələsində təbiətinə uyğun olaraq ibadət mərasimlərində böyüklərə qarışmağa meyl edər və ibadət vaxtları onlarla birlikdə olmaqdan ləzzət alar. Bu səbəblə ata bu meyli dəyərləndirməli və müxtəlif tərbiyə üsulları ilə bunu inkişaf etdirməlidir.
5. Oğlan və ya qız uşaqlarının bu mərhələdə namaza olan istəklərinə kömək edən vasitələrdən biri də “Vələdi” jurnalının (1/1999) bir atadan sitat gətirdiyi bu sözüdür: “Biz məsciddən çıxarkən, əlimdən tutan o isti əli heç vaxt unuda bilmərəm. Bu an belə onun istiliyi vücudumda dolaşır. O əl, özüylə məscidə davam etdiyim atamın əlidir...
O əli hər dəfə xatırladıqda, oğlumu körpəlikdə namaza vərdiş etdirmənin nə qədər əhəmiyyətli olduğunu hiss edirəm...
Uşağımla çox məşğul oldum. Amma onunla olan problemim çox oyunlar oynaması və unutqan olması idi. Doqquz yaşında olmasına baxmayaraq əgər biri ona namazı xatırlatmazdısa, bütün fərzləri yerinə yetirmirdi. Xüsusilə də gününü xalauşaqları ilə bayırda keçirdiyi vaxt. Ağlıma ona kiçik bacısına namazları öyrətməsi və bütün namazlarında onu yoxlamaqla məsul tutması düşüncəsi gəldi. İkisi üçün də nəticə nə qədər möhtəşəm oldu! Bacısı namaza hazırlaşıb, namaz paltarlarını geyincə, birlikdə namaz qılması üçün qardaşını çağırırdı. Həqiqətən də mən belə bir nəticəni heç gözləmirdim”.
6. Uşaqlara namazın əhəmiyyətini açıqlayan kitab və kasetlər almaq və ailəlikcə oxumaq və dinləmək. Sonra da onu müzakirə etmək. Namazın əhəmiyyətini açıqlaması üçün ən böyük fürsəti də uşağa vermək.
7. Ana ata bu yaşlardakı uşaqlarını yaxşı dostlarıyla söhbət etmək üçün bir yerə gətirməyə çalışmalıdır ki, onlarla birlikdə namaza vərdiş etsin və namazlarına davam etsinlər. Çünki insan dostunun dinindəndir.
8. Uşaq on yaşına çatdıqdan sonra fərz namazın ədasında qüsurlu davranarsa, atanın ona öyüd verməsi, xatırlatması, Allah və Rəsulunun əmrlərini ona mənimsətməsi və dəlil gətirməsi lazımdır.
Əgər namaza qarşı səhlənkarlığı davam edərsə, ona ağır sözlər deməli, tənqid etməli, onunla danışmağı, zarafatlaşmağı, səmimiyyəti tərk etməli və sevdiyi şeylərdən onu məhrum etməlidir. Bu cür psixolojik cəzalar uşağın ruhunda güclü bir iz qoyar.
Bir çox uşaq üçün bunlar bədəni cəzalardan daha xeyirlidir.
Burada tərbiyədə cəzanın yeri barədə dayanmaq lazımdır.


Tarix: 07.05.2013 / 20:48 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 145 Bölmə: Maraqlı melumatlar