Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əhməd ibn İbrahim Bərdəi

Hənbəli məzhəbinə mənsub hədis ravisi idi. Muhəmməd ibn Əhməd ibn Həsən əl-Səvvafdan hədis dinləmiş və nəql etmişdi. Şeyxülislam Əbu İshaq İbrahim Şirazi də ondan hədis dinləmiş və nəql etmişdi (1) Ölüm tarixi məlum deyil. XI əsrdə yaşamışdır. Onun nəql etdiyi hədislərdən biri də, adət halına gətirilmədən, namazların bəzən birləşdirilərək qılınmasına aid hədis idi: Abdullah ibn Abbas (r.a) dedi ki, “Rəsulullah (s.a.v) Mədinədə hər hansı bir (təhlükə səbəbiylə meydana çıxan) qorxu və yağışlı hava olmadan zöhr və əsr namazlarının arasını birləşdirərək qıldı”. Ona “Rəsulullah (ق) bunu hansı səbəblə etdi?” deyə sual verdilər. İbn Abbas “Ümmətini məşəqqətə salmamaq üçün” deyə cavab verdi(2)


(1) Əbdürrəhman ibn Əlməd ibn Rəcəb əl-HƏNBƏLİ, Zeyl Təbəqatu’l-Hənabilə, C. I, s. 278, Qahirə 1952.
(2) HƏNBƏLİ, Zeyl Təbəqatu’l-Hənabilə, C. I, s. 278. Bu hədis üçün həmçinin bax: MÜSLÜM, Səhih, bab: Səlatu’l-Misafirin, Cəmi’ Beynu’s-Səlateyn, hədis Nr. 50. (جمع رسول الله صلى الله عليه وسلم بين الظهر والعصر من غير خوف ولا مطر. فقيل لابن عباس: لِمَ فعل ذلك. قال: كي لا يحرج أمته) İMAM MÜSLÜM-Əbü’l-Hüseyn Müslüm ibnü’l-Həccac əl-Quşeyri Nişapurinin (821-875) Səhih adlı hədis külliyatı İslam dünyasında mötəbər 6 hədis kitabından (Kutubi-Sittə) biridir.


Tarix: 02.05.2013 / 22:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 67 Bölmə: Maraqlı melumatlar
loading...