Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İnanmaq ehtiyacı

İsveçrəli psixoloq Pierre Bovet, "Din Duyğusu və Uşaq Psixologiyası", adlı əsərində, müəyyən bir yaşa gələn bütün normal uşaqların, sırf özlərinə məxsus tamamilə "öz malları" olan (yəni, fitrətlərində olan) sanki "təbii bir dinləri" vardır. Bu ibtidai inancların təşəkkülündə, cəmiyyət qədər, fərdin şüur və idrakı əhəmiyyətli rol oynayır. Bəlkə uşaq, cəmiyyətdən əldə etdiyi dini anlayışların məzmununu, şəxsən özü təyin edər. Ancaq, zamanla cəmiyyət ilə öz arasındakı təzadları görər, yeni adaptasiyalara gedər. Şanlı Peyğəmbərimizdən öyrəndiyimizə görə: "Bütün uşaqlar İslam fitrəti üzrə doğularlar, daha sonra, onları, anaları, ataları (və cəmiyyət) başqa dinə soxar".
Uşaqların "fitri dini" mövzusunda bir çox elm və fikir adamı araşdırma etmişdir. Bunlardan biri də Amerikalı filosof William Ceymsdir. O, uşaqda, cəmiyyətin müdaxiləsi olmadan meydana gələn "təbii din duyğularını" tutmaq üçün, Ballard adında, on bir yaşına qədər, heç bir dərs almamış olan kar və dilsiz bir uşağın xatirələrini və davranışlarını araşdırmışdır. Sonradan yaxşı bir təhsildən keçirilən bu uşaq, təhsil əvvəli "metafizik" düşüncə və duyğularını beləcə yekunlaşdırmışdır:
"Atamla gəzintiyə çıxdığımız olurdu. Təbiət və mənzərələr mənə çox təsir edirdi. Danışmağı və yazmağı bilmir lakin düşünürdüm. Öz özümə soruşurdum: "Görəsən dünya necə var oldu?", "İnsan, həyata necə başladı?", "Bitkilər və digər canlılar necə meydana gəldi?", "Dünyanı, Ayı, Günəşi var edən səbəb nə?", "Bu əşya aləmi necə doğuldu?", "Bütün bu sualları kim ağlıma gətirir?", "İlk insan, ilk heyvan, ilk bitki, toxumsuz necə meydana gəldilər?", "Haradan gəlib hara gedirik?", "Kainatın başlanğıcı necə ola bilərdi?". Xüsusilə, bu suala cavab tapa bilməzdim. Düşünər, düşünər imtina edər, bir müddət sonra, yenə eyni məsələyə dönərdim." (Baxın. Pierre Bovet, Din Duyğusu və Uşaq Psixologiyası, Shf: 71-72).
Daha bir çox psixoloq bu mövzunu araşdırmış, eyni nəticələrə çatmışlar. Beləcə aydın olmuşdur ki, uşaqlar da ən kiçik yaşdan etibarən, kainata və təbiətə maraqla yönələr və yuxarıda nümunəsini verdiyimiz sualları soruşarlar. Bu, insanın "təbiəti"dir, "fitrəti"dir. Görüldüyü kimi, bu suallar, tək mütəfəkkirlərin və filosofların deyil, uşaq, gənc və yetkin hər kəsin zehinini məşğul etməkdədir.
Uca və müqəddəs kitabımız Qurani Kərim, Böyük Peyğəmbər Hz. İbrahimin uşaq yaşda ikən, təbiətə və kainata yönələrək ulduzlarda, Ayda və Günəşdə Uca Yaradanı axtarışını, daha sonra bunları aşıb "kənarların kənarına" doğru qanadlanışını nə gözəl izah edər.


Tarix: 07.06.2013 / 20:17 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 206 Bölmə: Maraqlı melumatlar
loading...