Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

XEYRƏ AÇILAN QAPILAR VƏ ONLARIN SƏBƏBLƏRİ

Xeyrə açılan qapılar və onların səbəbləri çoxdur:
1. Allah yolunda həyat yoldaşı, övladı, müşrik olsa belə valideyni üçün malından xərcləmək xeyrə açılan qapılardan biridir. Allah yolunda ailəyə, onun namuslu olması və heç nədən korluq çəkməmələri üçün öz malından xərcləmək böyük savaba malik xeyir əməldir. Əbu Hureyrənin rəvayət etdiyi hədisdə peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: “Allah yolunda xərclədiyin dinar, köəyə xərclədiyin dinar, yoxsullara sədəqə verdiyin dinar və ailəyə xərclədiyin dinar arasında ən böyük mükafatlısı ailən üçün xərclədiyindir”.

2. Yetimlərə himayə: Səhl bin Səd rəvayət edir ki, rəsulullah (ona və ailəsinə Allahın salavatı və salamı olsun) şəhadət barmağı ilə ortancıl barmağını bir-birindən ayıraraq buyurdu: “Yetimlərə himayədar olan kəslə mən Cənnətdə bu cür olacam”.
3. Rəsulullah (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: “Hər bir xeyir əməl sədəqədir və xeyir əmələ səsləyən kəs onun icraçısı kimidir”.
4. Allahı təsbih (hər cür nöqsandan uzaq olduğunu zikr) etmək, təkbir etmək, Lə ilahə illallah kəlməsini söyləmək, xeyir əməllər görməyi əmr edib, pis işlərdən çəkindirmək və zikrin digər növləri:
5. Bəyənilən əməllərin həyata keçirilməsində saf niyyətə sahib olmaq: Allahın rəsulu (ona və ailəsinə Allahın salavatı və salamı olsun) səhih hədisdə buyurur: “Sizlərdən birinizin öz həyat yoldaşı ilə cinsi münasibətdə olması da sədəqədir”.
6. Ehtiyac və sıxıntı içərisində olana yardım, borclu olanı tələsdirməmək və ya borcundan keçmək:
7. Az miqdarda olsa belə sədəqə vermək: Onu da qeyd etmək lazımdır ki, söylənilən xoş söz belə sədəqə hesab olunur. Rəsulullah (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: “Xurma parası olsa belə (onu verməklə) oddan qorunun! Əgər onu da tapmasanız bir xoş söz söyləyin!” Bununla peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) insanları az miqdarda olsa belə və ya xoş söz söyləməklə də sədəqə verməyə səsləyirdi. Ən üstün sədəqə gizlində və daha çox ehtiyacı olana verilən sədəqədir. Verən əl alan əldən daha xeyirlidir.
8. Dul qadınlara və kasıblara əl tutmaq: Əbu Hureyrənin rəvayətinə əsasən rəsulullah (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: “Dul qadınlara və kasıblara əl tutan kəs Allah yolundakı mücahid kimidir” digər rəvayət görə isə “dayanmadan gecə namazlarına duran və iftar etmədən oruc tutan kimidir”. Səhih hədisdə qeyd olunduğu kimi, mömin Qiyamət günü öz sədəqəsinin kölgəsində olacaq.
9. Allah yolunda cihad edənlərə yardım göstərmək və onlar üçün əlindən gələni əsirgəməmək:
10. Qadının öz ərinin malından izni olmadan az miqdarda belə xərcləməməsi:


Tarix: 18.04.2013 / 14:51 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 120 Bölmə: Maraqlı melumatlar
loading...