beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ALLAHIM

Ey zatına hemd ile eziz olduğum! Ey zatını hemdden aciz olduğum! Men layiqince oye bilmerem Seni! Sen oyduyun kimisen Ozunu! Seni layiqince ancaq Sen tanıyar, Seni layiqince ancaq Sen oyersen! Hemdim Sene mexsusdur, duam Senedir! Umudum, qorxum ve sevdam Senedir! Uzumu Sene çevirdim, Sene tutundum! Elimi Sene açdım, konlumu Sene verdim! ’’Meni qovmaz” deye qapına geldim! Efvi boldur deye efvine geldim! Tutdum gunahımdan uzume perde, Qulluq edemmedim, lutfune geldim! Allahım! Qanadı qırıq bir qush kimiyem. Uçsam uça, qaçsam qaça bilmirem. Yarımçıq qalmısh yuxu kimiyem. Yardan da, serden de keçe bilmirem. Menzile çata bilmemek qorxusu sardı menliyimi Qolum-qanadım qırıq, konlum min parça! Ey qelbleri her semte çeviren, ey konuller Sahibi! Yaraları sarıyan, dağılanı toplayan Sensen! Varlığım Senin varlığının shahididir! Varlığım Senin Rehmetinin shahididir! Allahım! Ey Vedud olan! Hem seven, hem sevilmeyi dileyensen. Ey varlığı sevgi olan, ey sevginin sonsuz qaynağı! Biz var etdiyini severik, Sen severken var edersen! O sonsuz xezinenden bizim uçun de bir sevgi var et! O sonsuz sevgi selinin içine bizi de qat: Sev bizi! Sen sevende sevdirersen: Sevdir bizi! Sevdiyini cennetinle sevindirersen: Sevindir bizi! Allahım! Varsan! Butun kainat varlığının aynası. Birsen! Butun movcudat birliyinin shahidi. İnanmıshıq bir tek olan O, Yaradandır! Bilirik ki, her ne ki cut – yaradılandır! Her shey Sene mohtac, heç bir sheye mohtac deyilsen Sen! Ehedsen, Vahidsen, Semedsen Sen! Allahım! Maddedeki her atomun tesbih etdiyi Sensen! Nefes alan her canlının zikr etdiyi Sensen. Ağıl emanet etdiyin her varlığın eql etdiyi Sen Duyan ve duyduran her duyğunun hiss etdiyi Sensen. Qedir-qiymet bilenlerin shukr etdiyi Sen, Varlığı nemet bilenlerin hemd etdiyi Sensen! Allahım! Yalnız Senden yardım dileyer, yalnız Sene qulluq ederik. Seni siğınacaq, tutacaq, umacaq bilir Ya Allah deyerik. SHeytandan Sene sığınar “euzibillah” deyerik. Her ishe Seninle bashlar “bismillah” deyerik. Nemet verdiyinde konulden shukr ederik. Versen de, alsan da “elhemdulillah” deyerik. Heyran olduğumuzda “mashaallah”, Peshman olduğumuzda “estağfirullah” deyerik. Sevindiyimizde “Allahuekber!”, Qemlendiyimizde “innalillah” deyerik. Sıxıldığımızda “fesubhanallah”, Zefer qazandığımızda “nasrun minallah”, Ruzi qazandığımızda “er-rizki`alallah” deyerik. Bir ishi arzu etdiyimizde “inshaallah”, Bir ishi bacardığımızda “biiznillah” deyerik. Guc qarshısında “la-havle ve-la quvvete illa billah”, Soz verende “v`Allah” ve “billah” deyerik. Allahım! Men qulam, Sen Allahsan. Men isteyenem, Sen verensen. Men susayanam, Sen suvaransan. Men mohtacam, Sen ehtiyac odeyensen. Men ozume yetmeyen, Sen her sheye yetensen. Men meni bilmeyen, Sen meni menden yaxshı bilensen. Men mende olmayan, Sen shahdamarımdan yaxın olansan. Qul qul kimi isteyer, Sen Allahca verensen. Halım erzi-halımdır, durushum duam. Sensizsem neyim var, Senliysem ne qem? Allahım! İmanı olanın imkanı tukenmez. İmandan ve Qurandan ayırma! Qurandan mehrum olana nur çata bilmez. Kitaba uyanlardan qıl, kitabına uyduranlardan qılma! Quranı bizden razı, bizi Qurandan razı qıl! Hesab gununde Quranı shahid qıl! Bize Quranı aç! Susuz ureklerimize vehyi ellerimizle saç! İnsanlıq zaman çolunde bu suya mohtacdır, Ya Rebbi! Allahım! Derdlerimizin elinde imanımızı qar kimi eritme! İmanımızın elinde derdlermizi qar kimi erit! Bizi dunya nemetleri altında at etme Dunya nemetlerini altımızda Burak et! Sahib olduqlarımızın bize sahib olmasına izin verme! Ağlımızı ağ, eshqimizi ağ, uzumuzu ağ et! [b]Bize gotureceyimiz yuku yuklet! Goture bilmeyeceyimiz yuku yukletme! Qehrinden lutfune sığınırıq, Allahım! Celalından cemalına sığınırıq, Allahım! Senden Sene sığınırıq, Allahım! Yalnız Sene sığınırıq, Allahım! Allahım! Meni Allahla aldadanlardan etme! Allahla aldadanlara aldananlardan etme! SHeytana gunahlarımızı bezemeye izin verme! SHeytanın bezediyi gunahları etmeye izin verme! Mene Ademin (e.s) tovbesini, Nuhun (e.s) muqavimetini ver! İbrahimin (e.s) imanını, İsmayılın (e.s) teslimiyyetini ver! Yaqubun (e.s) dirayetini, Yusufun (e.s) iffetini ver! Musanın (e.s) celadetini, Harunun (e.s) sedaqetini ver! Davudun (e.s) sedasını, Suleymanın (e.s) qeyretini ver! Eyyubun (e.s) sebrini, Loğmanın (e.s) hikmetini ver! Zekeriyyenin (e.s) xidmetini, Yehyanın (e.s) shehadetini ver! Meryemin (e.s) adanmıshlığını, İsanın (e.s) safiyyetini ver! Ve Mehemmedin (s.a.s) mehebbetini ver, Ya REBB! Allahım! Mene eshyanın heqiqetini goster! Mene heqiqete itaet, batile usyan leyaqeti lutf et! Dininin derdini derdim qıl, ozel derdlerimi satın al! Ele eziz derdlere mubtela et ki, derman axtarmayım! Mene dadından doymaq olmayan kerim acılar yashat! İrademi inayetsiz, elmimi hikmetsiz etme, Allahım! İmanımı dozumsuz, sedaqetimi mesnetsiz etme, Allahım! Heyatımı mehebbetsiz, Axiretimi cennetsiz etme, Allahım! İmanımı ağlımın elinde esir etme! Ağlımı hissiyatımın elinde rezil etme! Hissiyatımı shehvetimin elinde zelil etme! Allahım! Ağlamayan ğozden, sızlamayan ozden, Qızarmayan uzden Sene sığınıram! SHirkden, kufurden, mushrikden, Cahilden, qafilden, kafirden Sene sığınıram! Harama dayalı servetden, Haqq edilmemish shohretden Sene sığınıram! Qorxaqlıqdan, bedxahlıqdan, Qısqanclıqdan Sene sığınıram! Hesedden, fesaddan, kesaddan, nifaqdan, Fisqdan, fucurdan Sene sığınıram! İftiradan, xeyanetden, Paxıllıqdan, qebahetden Sene sığınıram! Allahım! Menliyimin yandırdığı ateshde yandırma meni! Meni nefsime qul etme, qul et nefsimi Sene! Bir anlıq da olsa meni menle tek qoyma! Sen mene yetersen, yetmem men mene. Bilmediyimi bildir, gormediyimi goster! Sen bildirmesen, bilmerem, gormerem gostermesen. Konlume huzur, gozlerime nur, dizime taqet ver! Sen “Ol!” deyerken olar, olmaz ”Ol!” demesen. Canana can, cana canan, qelbe ferman ver! Budur ellerim, uzatdım Sene! Sen mene yetersen, yetmem men mene!


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 684 Bölmə: Maraqlı melumatlar