beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əgər ibadətiniz olmasa, Rəbbimin yanında nə qədir-qiymətiniz olar?

Danışmadan necə bir-birimizi tam anlaya bilmiriksə, dua etmədən də Uca Rəbbimizdən arzu etdiyimiz dəstəyi görməyimiz mümkün deyil. Furqan surəsinin son ayəsində "(Ya Rəsulum, bu Məkkə müşriklərinə) de: "Əgər ibadətiniz olmasa, Rəbbimin yanında nə qədir-qiymətiniz olar? Siz (Qur’anı və öz Peyğəmbərinizi) təkzib etdiniz. Buna görə də (nə dünyada, nə də axirətdə əzab) yaxanızdan əl çəkməyəcəkdir!" ifadəsi duanın Uca Rəbbimizin nəzərində nə qədər əhəmiyyətli olduğunu açıq şəkildə görürük.

Peyğəmbərimiz (s.ə.v), Allah qatında, duadan daha qiymətli bir ibadət olmadığını, kimə dua qapısı açılsa, ona rəhmət qapılarının açıldığını, hətta Uca Allahın ən çox sevdiyi şeyin, duanın, başa gələn üçün də, gəlməyən üçün də faydalı olduğunu Qəzanı ancaq duanın yox etdiyini və onun üçün hamımızın, duaya sarılmalı olduğunu, hədisi şəriflərində ifadə edir.

Əfəndimiz (s.ə.v) "biriniz Rəbbindən bütün ehtiyaclarını istəsin, hətta ayaqqabısının qopan qayışını belə istəsin" deyərək bizlərə duanı necə istifadə edəcəyimiz haqqında da yol göstərir. Deməli yatmamışdan əvvəl "Rəbbimiz, yuxumuzda istirahət və gözəl yuxular görməyi diləyərik Bədənimizə səhhət və nuş verməyini diləyərik" və ya səfərə çıxmadan "Rəbbimiz bu başlayan səfərimizdə qəza, bəla və müsibətdən qorunmağı diləyərik. Səfər boyunca razı olduğun, sevdiyin ən gözəl əməllərlə məşğul olmağı diləyərik" - deyə bilməliyik.

Ey Uca Rəbbimiz bizdə olan hər cür pis xasiyyət və vərdişlərdən təmizlənməyi diləyirik. İnsanlar içindəykən razı olduğun, sevdiyin ən gözəl hal üzrə olmağı diləyərik. Qohum, qonşu və ətrafımıza hər vaxt məhsuldar ola bilməyi diləyərik. Dünyanın hər cür məşəqqət və çətinliyindən uzaq, dinc, xoşbəxt, səhhət dolu bir həyat diləyərik. Doğru və gözəl olan xaricində bir hala bürünməkdən Sənə sığınarıq. Keçici Dünya həyatımızın hər anını Sizin sevdiyiniz əməllərlə məşğul olaraq keçirməyi diləyərik Rəbbimiz. Cənnətin ən üst dərəcələrini diləyər, bunun üçün lazım olan ən gözəl saleh əməlləri diləyərik.

Hamımız əskik olduğumuzu hiss etdiyimiz xüsusları Rəbbimizə çatdırmalı və xeyirli nəticəni görənə qədər duamıza davam etməliyik. Mən siqareti ata bilmirəm, mən arıqlaya bilmirəm kimi şikayətlərimizi bir-birimizə deyil, Uca Rəbbimizə çatdırmaqla hər cür əskiyimizi düzəltmək mümkündür.

Bəqərə 186: (Ya Rəsulum!) Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər.


Tarix: 07.06.2013 / 19:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 145 Bölmə: Maraqlı melumatlar