beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həqiqi rəhbər Əfəndilər Əfəndisi (s.ə.s)

Bütün müsəlmanlara nümunə olan Əfəndimizin həyatından qısa parçalar:
Danışması: İnsanlar arasında ən səlis danışan idi. Fikrini çox qısa və konkret şəkildə ifadə edərdi. Aramla danışardı. Bir kimsə istəsəydi, onun dediyi sözləri saya bilərdi. Çox vaxt yaxşı başa düşülməsi üçün sözünü üç dəfə təkrar edərdi.
Susması: Lazımsız mövzularda danışmaz, yalnız savab umduğu mövzulardan söz açardı.
Gülümsəməsi: Gülüşü təbəssüm idi. Ən çox güldüyündə azı dişləri görünərdi. Dilçəyi görünəcək şəkildə qəhqəhə ilə gülməzdi.
Ağlaması: Bəzən mərhəmətindən, bəzən ümmətinə şəfqətindən, bəzən Allah qorxusundan, bəzən də Qurana qulaq asarkən ağlayardı. Oğlunun, qızının və bəzi səhabələrin vəfatlarında da ağlamışdı.
P.S: Davamı mütləq olacaqdır...


Tarix: 07.06.2013 / 19:07 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 51 Bölmə: Maraqlı melumatlar