Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

AD QOYMAQ

Yeni doğulan uşağa gözəl bir ad qoymaq, öncəliklə atanın sonra ananın vəzifələrindən biridir. Qoyulan adların gözəl bir mənasının olması, İslam inancına və hökmlərinə uyğun olması lazımdır. İslamda uşağa adətən doğulduğu gecə isim verildiyi kimi, doğumunun üçüncü və ya yeddinci günündə ad qoyula bilər. Peyğəmbər (s.a.s) oğlu İbrahim dünyaya gəlincə: Bu gecə bir oğlum doğuldu; ona İbrahim Peyğəmbərin adını verdim, buyurmuşdur. Bu hədis, adın nə zaman qoyulacağı barəsində önəmli bir dəlildir. (Əbu Davud, Cənaiz, 24) Həmçinin peyğəmbər (s.a.s) bir kimsəyə birdən artıq ad qoyulmasını da bizə bildirmişdir. (Buxari Mənakib, 17, Müslim, Fəzail, 124)

Mənası İslam əqidəsinə uyğun olmayan, dinin yasaqladığı bir anlam daşımayan adların uşaqlara verilməsi düzgün deyil. Peyğəmbər (s.a.s) yeni müsəlman olanların cahiliyyə dövründəki adlarını dəyişdirməzdi. Ancaq bu adlar arasında mənası çirkin və ya Allahdan başqasına qulluğu ifadə edənlər varsa, məsələ müşriklərin ibadət etdiyi bütlərdən biri olan Uzzanın qulu anlamındakı Abduluzza, Kəbənin qulu anlamındakı Abdulkabə və ona bənzər isimləri xüsusən də Allahın qulu mənasındakı Abdullah və ya Rəhmanın qulu mənasında Əbdürrəhman kimi adlarla dəyişdirdi. Kəsmək anlamına gələn Sarim ismindəki bir səhabənin adını da, xoşbəxt mənasına gələn Said, Bərra olan bir qadının adını Zeynəb olaraq dəyişdirmişdir. (Buxari, Ədəb, 108, Əbu Davud, Ədəb, 62) Həmçinin Firon və Qarun kimi zülm və küfür simvolları olan adların da verilməsi dində yasaqdır.

Allah qatında isimlərin ən gözəli Abdullah və Əbdürrəhmandır. (Buxari, Ədəb, 105-106; Müslim, Ədəb, 2; İbn Macə, Ədəb, 2)

Uşaqlarımıza verəcəyimiz adlar, Allaha qulluq ifadə edən, İslamı qayələrə və insan heysiyyətinə uyğun, çevrəmizdəki insanların xüsusi ilə də qulağa xoş gələn, İslam böyüklərindən xatirə qalan mənası gözəl olan isimlərdən hər hansı biri ola bilər. Daha öncədən heç duyulmamış, anlamsız ifadələr daşıyan, İslam toplumunda heç istifadə olunmayan uydurma və müsəlman olmayanlara aid adların uşaqlarımıza isim olaraq verilməsi doğru deyildir. Çünki Peyğəmbər (s.a.s) demişdir. Qiyamət günündə atalarınızın adı ilə çağırılacaqsınız. Bu baxımdan uşaqlarınıza gözəl adlar qoymağınız məsləhətdir. (Əbu Davud, Ədəb, 61; İbn Hənbəl, V, 194)


Tarix: 07.05.2013 / 21:43 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 167 Bölmə: Maraqlı melumatlar
loading...