Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xəstəni Ziyarət Etmək

Müsəlmanların biri-birlərinə ən çox xəstəlik zamanı ehtiyac hiss edərlər. Xəstə ziyarətləri, qardaşlıq duyğularını artırdığı kimi, xəstəyə xoş
əhval ruhiyyə də bəxş edir.
"Xəstəni ziyarət edən insan ziyarətdən qayıdana qədər cənnət meyvələri arasındadır. (Müslim-Tirmizi)
Peyğəmbərimiz (s.a.v.) daim xəstələri ziyarət edər və sözləri ilə onlara xoş əhval ruhiyyə bəxş edərdi. Ətrafındakılara xəstə ziyarətinin möminlər üçün vacib olduğunu söyləyərdi. Hicrətin ilk illərində, səhabənin ölmək üzrə olan xəstələrinə Allahdan bağışlanma diləməyi bir ənənə halını almışdı.

Rəsulullah Əfəndimiz bir xəstəni ziyarət edərkən, "İnsanların Rəbbi! Sıxıntıdan qurtar. Şəfa yalnız sənin əlindədir. Səndən başqa xəstəliyə şəfa edən yoxdur "deyərdi. Xəstənin yanın gələndə belə deyərdi: "Zərəri yox, keçər. İnşaallah günahlarının təmizləyicisi və kəffarəsidir."(Buxari)
Nə zaman xəstə ziyarət etsə oan təsəlli verər, əlini alnına və biləyinə qoyaraq ona niyaz edərdi, "inşallah sağalacaqsan"deyərdi. Ancaq xəstələrin öz xəstəlikləri barəsində pis danışmaqlarından və şikayətçi olmaqlarından xoşlanmazdı. Camaat hüzuruna ve ya dostlarının qarşısına çıxan bir insanın yaraşıqlı olmağını Allah sevər.
"Kim savab ümidi ilə müsəlman qardaşını xəstə olanda ziyarət edərsə atəşdən yetmiş il məsafəni uzaqlaşdırar." (Əbu Davud)


Tarix: 09.05.2013 / 13:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 64 Bölmə: Maraqlı melumatlar
loading...