beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ölüm nədir ?

Ruhun bədəndən ayrılmağı ölüm deməkdir.

Islam bizə deyir: Insan ölümü nəinki məhv və yox olmur, əksinə bu dünyadan başqa dünyaya köçürür və bu həyatdan sonra başqa bir həyat başlayır.

Peyğəmbər əkrəm (s.a.v.s) buyurur: siz məhv olmaq üçün yox, əbədi həyat üçün yaranmışsınız. Siz bu dünyadan başqa bir aləmə köçürsünüz.

Islamn fikrincə, ruhun bədəndən ayrılmağı bütün adamlarda yeksan bir şəkildə həyata keçirilmir. Günahkar olub bu dünyaya maraq bəsləyən insanlar başqa cahanla əlaqəsiz olduqları üçün çətinliklə (əzab çəkə-çəkə) can verirlər.

Amma bu dünyaya həddən artıq bağlı olmayan insanlar aşqa aləmə inandıqlarına görə və Allahı sevib buyurduqlarına əməl etdiklərinə görə çox rahat (dərd çəkmədən) can verirlər.

Peyğəmbərimiz buyurur: Qəbir axirətin birinci mənzilidir. Hər kəs ondan nicat tapsa, işi asan olacaqdır.

Nicat tapmasa, çətin əzablara düçar olacaqdır!

Imam Səccad (ə) buyurur: Qəbir, ya Cənnət bağlarından biridir, yaxud da Cəhənnəm çuxurlarından biri kimidir!

Allah bizləri özünə layiq olan bəndələrindən qərar versin.


Tarix: 04.06.2013 / 19:59 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 66 Bölmə: Maraqlı melumatlar