beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yetim Haqqı, Kasıb və Yaşlılarla Maraqlanmaq

"Allah Quranda yetim haqqı üstündə xüsusilə durmuşdur: Həqiqətən, yetimlərin mallarını zülm edərək yeyenlər, qarınlarına ancaq atəş doldurmuş olurlar. Onlar, çılğın bir atəşə girəcəklər." (Nisə Surəsi, 10)

Rəsulullah Əfəndimiz də yetimlərin haqqının qorunmasında xüsusi diqqət göstərmiş və yetim haqqı yeyənlərin dünya, axirətdə acı bir əzabla qarşılaşacaqlarını söyləmişdir:
"Müsəlmanlar arasında bir yetimi alıb, yedirən, içirən bir insan bağışlanmayacaq bir günah etməmişsə əlbəttə Allah onu cənnətə salacaqdır."(Tirmizi)
"Müsəlman cəmiyyətində evlərinin ən xeyirlisi, evde yaxşılıq edilən bir yetimin olduğu evdir. Ən şərlisi isə, yetimin pisliyə məruz qaldığı evdir." (İbni Macə)
"Allahım, men bu iki zəifin haqqının zay edilməsindən insanları çəkindirirəm: Qadınlar və yetimlər .(İbni Macə)
Cəmiyyətimizdə yetimlər olduğu qədər, yoxsul və yaşlılar da yardıma möhtacdır.Bütün müsəlmanların ətrafında bele vəziyyətdə olanlarla maraqlanmağı Rəsulullahın sunnətinin gərəyidir:
"Kimsəsizlər üçün çalışan insan, Allah yolunda cihad edən və ya gündüzləri oruc tutub gecələri ibadətlə keçirən biri kimidir. Müslim)
"Bir gənc bir qocaya yaşlı olduğuna görə hörməıt edərsə, Cənabi Haqq, o gəncə yaşlandığı vaxt kömək edənləri mütləq bəxş edər." (Tirmizi)
"Yaşlılara hörmət göstərmək Allahu Təalaya təzimdəndir." (Əbu Davud)


Tarix: 09.05.2013 / 12:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 84 Bölmə: Maraqlı melumatlar