beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əmanət

Allah Təalə buyurur: "Biz əmanəti göylərə, yerə və dağlara təklif etdik. Onlar onu daşımaqdan qorxub imtina etdilər. Lakin insan onu boynuna götürdü. Doğurdan da o, zalım və cahildir. Bu əmanət insana ona görə verildi ki, Allah münafiq kişiləri və münafiq qadınları, müşrik kişiləri və müşrik qadınları cəzalandırsın, mömin kişiləri və mömin qadınların tövbələrini qəbul etsin. Allah Bağışlayandır, Rəhmlidir". (Əhzab, 72-73) Bu kainata - səmasına, yerinə və dağlarına ağır bir yük, böyük bir məsuliyyət və təhlükəli bir iş təklif edildi, lakin onu daşımaqdan çəkindilər. Allah Təalənin əzabından qorxaraq onu yerinə yetirməkdən imtina etdilər. Bu əmanət Adəmə (ə.s) təklif edildi və Adəm (ə.s) onu boynuna götürdü və məsuliyyətini öz üzərinə aldı.

İbn Abbas (r.a) belə demişdir: "Əmanət fərzlərdir. Allah onları göylərə, yerə və dağlara təklif etdi. Yerinə yetirərlərsə onları mükafatlandıracaqdır. Vədlərinə xilaf çıxıb yerinə yetirməzlərsə, onlara əzab verəcəkdir. Onlar bundan imtina etdilər. Allaha üsyan etmədən, əksinə Allah Təalənin dinini yüksək tutaraq bu əmanətin məsuliyyətindən qorxdular". Həsən əl-Bəsri (rahimahullah) demişdir: "Allah onu ulduzlarla bəzədiyi yeddi qat göyə və Ərşini daşıyan mələklərə təklif etdi. Onlara deyildi: "Əmanəti və içindəkini daşıya bilərsinizmi?" Dedilər: "İçindəki nədir?". Deyildi: "Əgər yaxşılıq etsəniz mükafatlandırılarsınız, pislik etsəniz cəzalandırılarsınız". Dedilər: "Xeyr". Sonra onu döşək kimi yayılan və dağlarla sağlamlaşdırılan yeddi qat yerə təklif etdi. Onlara deyildi: "Əmanəti və içindəkini daşıya bilərsinizmi?" Dedilər: "İçindəki nədir?". Deyildi: "Əgər yaxşılıq etsəniz mükafatlandırılarsınız, pislik etsəniz cəzalandırılarsınız". Dedilər: "Xeyr". Sonra onu dağlara təklif etdi. Onlar da əmanətdən imtina etdilər.
Əmanət şəri mükəlləfiyyətdir. Allahın haqları və qulların haqlarıdır. Kim onları yerinə yetirirsə o savab qazanar. Kim də vədinə xilaf çıxıb və yerinə yetirməzsə o cəzalandırılar.

1) Abdullah bin Məsud demişdir: "Namaz əmanətdir, dəstəmaz əmanətdir, ölçü əmanətdir, tərəzi əmanətdir". Daha bir çox şey saydıqdan sonra dedi: "Bunların ən ağırı əmanət olaraq verilən əşyalardır". (Əhməd, Beyhəqi, İbn Əbu Hatim).
2) Əbu Dərda (r.a) demişdir: "Cənabətdən qüsl almaq əmanətdir". Kimin əmanəti (etibarlılığı) qüsursuz olarsa, dinini sağlamlaşdırmışdır. Kim də əmanət (etibarlılıq) sifətini itirərsə dini bir kənara atmışdır.
3) İbn Ömər rəvayət edir ki, Peyğəmbər (s.ə.s) demişdir: "Əmanəti (etibarlılığı) olmayanın imanı yoxdur" (Təbərani).
4) Ənəs (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət etmişdir: "Əmanəti (etibarlılığı) olmayanın imanı yoxdur və sədaqəti olmayanın dini yoxdur" (Əhməd, Bəzzar, Təbərani). Buna görə də əmanət (etibarlılıq) peyğəmbərlərin və Allaha yaxın qulların sifəti olmuşdur. Allah Təalə Nuh, Hud və Salih peyğəmbərlərdən bəhs edərək belə dediklərini bildirir: "Həqiqətən mən sizin üçün etibar etməli olduğunuz elçiyəm. Allahdan qorxun və mənə itaət edin!" (Şüəra, 125-126). Etibarlılıq azaldıqca imanın da növləri azalır.

Tövhid əmanətdir, zəkat əmanətdir, oruc əmanətdir, həcc əmanətdir, yaxşılığı əmr etmək, pislikdən çəkindirmək əmanətdir. Mal əmanətdir. Onu günah yolunda istifadə etmə. Göz əmanətdir, onunla Allahın haram qıldığı şeylərə baxma. Əl əmanətdir, cinsiyyət üzvü əmanətdir. Mədə əmanətdir, sənə halal olmayan şeyləri yemə. Uşaqlar sənin yanında əmanətdir. Qadınlar kişilər üçün əmanətdir.

Allah əmanətlərin və haqların yerinə yetirilməsinə savabların ən böyüyünü vəd etmişdir. Allah Təalə buyurur: “O mömin kəslər ki, əmanətlərini və vədlərini qoruyurlar. O kəslər ki, namazlarını öz vaxtlarında qılırlar. Məhz onlar – varis olanlarınızdır. Firdovs cənnətinə varis olanlar orada əbədi qalacaqlar”. (Möminün, 8-11).

Allah Təalə buyurur: “Həqiqətən, Allah sizə əmanətləri sahiblərinə qaytarmanızı və insanlar arasında hökm verərkən ədalətlə hökm vermənizi əmr edir. Allahın sizə verdiyi bu öyüd-nəsihət necə də gözəldir! Şübhəsiz ki, Allah Eşidəndir, Görəndir” (Nisa, 58). Bu mübarək ayə bütün əmanətləri öz içinə almışdır. Əmanətlərin ən böyüklərindən biri də vəzifələr, məqamlar və bunların haqlarıdır. Kim bu vəzifələrdə Allahın haqlarını yerinə yetirərsə özü üçün doğru olanı tapmış və Axirəti üçün xeyir qazanmışdır. Vəzifəsinin və məqamının haqlarında və vəzifələrində qüsurlu davranan, rüşvət alan, ya da müsəlmanların mallarını oğurlayan özünü aldatmışdır. Özünə xəyanət etmiş və zülm etmişdir. Rəsulullah (s.ə.s) demişdir: “Allah Qiyamət günü əvvəlkiləri və sonrakıları bir yerə toplayaraq hər xəyanət edən üçün bir sancaq qaldırılır və “Bu, filan oğlu filanın xəyanətidir” deyilər” (Səhih Müslim).

Allah buyurur: “Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər! Siz də ona salavat göndərib layiqincə salamlayın!” (Əhzab, 56)


Tarix: 09.05.2013 / 11:57 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 237 Bölmə: Maraqlı melumatlar