beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şeytanı necə uzaqlaşdırmaq olar

Sual: Bəzi insanlar bir qab, sini daş kömür götürərək onu yandırırlar və tüstüsünü evə buraxırlar. Bunun tüstüsünü evin bütün tənha guşələrinə və künclərinə yayaraq, xüsusilə də çərşənbə axşamlarında istifadə edirlər. Sizin bu barədə rəyiniz nədir? İnanırlar ki, bu cür etməklə evdən cinləri və şeytanlari qova bilərlər. Mənə deyiblər ki, tüstünün olması orada cinlərin yeməklərinin olmasına dəlalət edir. Bu əməl barəsində hədis varmı?

Cavab:

Həmd Allaha məxsusdur.

Sizin burada qeyd etdikləriniz bir növ yalan və yaxud kələkdir. Mömin kəs buna inanmamalı və yaxud bunlarla məşğul olmalı deyil. Şeytanın hiyləsinə aldanmaqdan ehtiyatlı olun! Evinizdə Qurani-Kərimin son iki surəsini və Bəqərə surəsini oxuyun. Bu şeytandan müdafiə olunmaq üçün ən güclü vasitədir. Bunu oxusanız Allahın izni ilə şeytanlar sizin evinizdən uzaqlaşacaqlar və onun şərrindən qorunmuş olacaqsınız.


Tarix: 05.04.2013 / 19:37 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 121 Bölmə: Maraqlı melumatlar