beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Müğənnilərə yox, elm əhlinə qiymət verək

Salam aleykum, dəyərli müsəlman bacı və qardaşlarım. Hamınızı Allahın adı ilə salamlayır və hər birinizə mehribançılıq, can sağlığı və səadət arzu edirəm. Gəlin sizin diqqətinizi belə bir məsələyə yönəldim ki, hamımız şahidiyik ki, bu gün televizor ekranlarında hər mövzulardan yalnız müğənniləri danışdırırlar. Təəssüf doğurur ki, dindən və əxlaqdan da dinə və əxlaqa zidd davranışlar sərgiləyən müğənnilər danışır. Bu Azərbaycan xalqı bu vəziyyətdə uçuruma getmirmi? Bunun üçün hamılıqla mübarizə aparmalıyıq. Bunlar hamısı Qiyamətin əlamətlərindəndir.

Biz necə mübarizə aparmalıyıq. Bunun üçün özümüzdən, öz evimizdən və ailəmizdən başlamalıyıq. Məsələn, mən əvvəllər televizora baxmırdım, mənə evdəkilər deyirdilər ki, sənin dünyadan xəbərin yoxdur yatmısan, gəl bizlə bərabər televizora bax, müğənnilərə bax, mahnılara qulaq as ki, ürəyin açılsın, məndə bunun doğrudanmı belə olmasını yoxlamaq üçün televizora baxmağa başladım, indi baxıram və iyrənirəm, bu necə də qəribə bir işdir. Müğənnilər mənim yazımdan inciməsinlər və elə başa düşməsinlər ki, mən onların əleyhinəyəm, xeyir, mən yalnız onların dindən və imandan danışmalarının əleyhinəyəm. Mən onlara nəsihət edirəm ki, ALLAhdan qorxsunlar, həm əməllərinə baxsınlar, həm də xalqa özlərini necə təqdim etmələrinə. Əziz xalqımız, əgər onlar danışır və biz onların bizə əxlaq və tərbiyə dərsləri vermələrinə baxırıqsa biz hansı əxlaq və tərbiyədə olacağıq. Televizor kanallarında yalnız faydalı olan verlişlərə baxın. Xalqın, camaatın gündəlik məişətində olan probləmlərin həlli yolları, xəbərlərə baxın. Müğənnilərin bir-biri ilə boğuşmasına və əxlaq dərsi vermələrinə aldanmayın. Əgər onların əxlaqı olsaydı ALLAHın və peyğəmbərin haram bildiyi işlə məşğul olmazdılar. Əziz xalqımız, onları biz şişirdirik və onlara biz pul veririk. Amma Allah yolunda bir məscid tikilməsinə, bir Quran kursu açılmasına göz yumuruq. Biz bu vəziyyətdə hara gedirik. Allah bizi bağışlasın. AMin!

Mən dövlət orqanlarından və nümayəndələrindən xahiş edirəm ki, müğənnilərə verdikləri bu geniş imkanları düşünsünlər, onlara verdikləri imkan qədər və hələdə artıq elmə və elm adamlarına qiymət versinlər. Buna görə biz nə qədər çox məsuliyyət daşıyırıqsa bundan çox dövlətimiz məsuliyyət daşıyır, onun nümayəndələri məsuliyyət daşıyır. Mən xalqın bir nümayəndəsi kimi bunu xalqın içərisindən onların şikayəti kimi yazıram. Mən dövlət adamıyam və dövlətə böyük hörmətim var. Amma xahiş edirəm ki, dövlətimiz elmə və elm əhlinə daha çox qayğı göstərsin, xalqımızın nümayəndələri də bu işdə müğənniləri yox, elm əhlini üstün tutsunlar. Allah bizi bağışlasın və bizi doğru yola müvəffəq etsin. Amin!


Tarix: 07.05.2013 / 20:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 149 Bölmə: Maraqlı melumatlar