beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ƏSMƏUL HUSNƏ (ƏN GÖZƏL İSİMLƏR)-BƏRİ

əl-Bəri – varlıqları yoxluqdan varlığa çıxaran deməkdir. Qurtubi deyir ki: «Bəri – yoxdan var edən, ortaya çıxaran deməkdir». «O, (hər şeyi) yaradan, yoxdan var edən (BƏRİ) və (hər şeyə) surət verən Allahdır». (əl-Həşr 24).

Buna görə də Bəri Bə-Rə-Ə kökündən gələn Bəriyyə varlıqlar, yaradılanlar mənasında işlədilir. O, halda Allah Bəri yaradandır. Çünki O. Bütün bədənləri, cisimləri yoxluqdan varlığa çıxarmışdır. Həlimi deyir ki: «O, suyu, atəşi, torpağı və havanı yoxdan yaratdı. Daha sonra isə bu maddələrin qarışığından digər məxluqları yaratdı. «Mən palçıqdan bir insan yaradacağam». (Sad 71). «Sizi torpaqdan yaratması… Onun qüdrət əlamətlərindəndir». (ər-Rum 20). «Hər bir canlını sudan yaratdığımızı bilmirlərmi?». (əl-Ənbiya 30). «İnsanı saxsı kimi quru palçıqdan O, yaratdı. (Cinlərin əcdadı) Cannı da tüstüsüz (təmiz) oddan O, xəlq etdi». (ər-Rahmən 14,15).


Tarix: 05.05.2013 / 15:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 52 Bölmə: Maraqlı melumatlar