beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ƏSMƏUL HUSNƏ (ƏN GÖZƏL İSİMLƏR) BƏSİT - QABİD

əl-Bəsit – əl-Qabid – Ənəs İbn Məlik (r.a) rəvayət edir ki, Peyğəmbərin (s.a.v) dövründə qiymətlər artmağa başladı. İnsanlar: “Ey Allahın Rəsulu! Qiymətlər artdı. Bizə bir qiymət təyin et (Qiymətlərə hədd qoy)” dedilər. Peyğəmbər: “Qiymətləri tənzimliyən Allahdır, Genişlədib çox-çox verən Allahdır, Ruzi verən Allahdır, Daraldıb qıtlıq gətirən də Allahdır. Mən Allaha yanımda kimsənin mal və qan haqqı olamadığı halda çatmağı ümüd edirəm” deyə buyurdu.(Əbu Davud 3451, Tirmizi 1314, əl-Albani “Səhih Sünən Tirmizi” 2/32, “Səhih Sünən İbn Məcə” 2/15. )

Bəsit – Bəsətə felindən olan açan, yayan, bol verən, genişlədən, əli açıq deməkdir. Qabid isə Qabaza felindən olan tutan, malik olan, daraldan, az verən mənasındadır. Bəsit bəzəndə güc mənasında da işlədilir. «Sən məni öldürməkdən ötrü mənə əl qaldırsan da, mən səni öldürmək üçün sənə əl qaldıran deyiləm (BƏSİTUN)». (əl-Maidə 28). Allah Bəsit və Qabiddir. Varlılıqların ruzisini dilərsə bol verər, dilərsə də daraldır. O, dilərsə verir. Dilərsə verməz. Dilədiyinin ruzisini bol etməklə onu sevindirər. Ehtiyaclarını ödəyərək digər qullarından daha üstün tutar. Dilədiyinin ruzisini də daraldar. Onu möhtac edər, rahat yaşamaqdan məhrum edər və onu yoxsulaşdırar.
Bu İsimlərdən xəbərdar olan hər bir müsəlman onda olan o, dini elmlərlə insanlar arasında oturub gülər üzlə və şirin dillə onlara nəsihətlər etməlidir. Sənin biliyində və mərifətindən faydalansınlar və səni örnək etsinlər. Əgər güc və qüvvət sahibisənsə bu güc və qüvvətini səni sevincə qovuşduracaq ibadətlərdə və Allah düşmənlərinə qarşı işlət. Əgər var-dövlət sahibisənsə, mal və mülkün çoxdursa insanlara yardım etmək üçün əlini aç, malını gizlətmə. Əlini simic etmə ki, Allah da sənə daha çox versin. Etdiyin yaxşılıqları sayma ki, Allah da sənə hesablı davranmasın. Əgər bu nemətlərdən hər hansı birinə sahib deyilsənsə qəlbini Allahın hökmlərinə aç, dilinlə Onu daimə zikr və şükr et, insanlarla gülər üzlə davran. Peyğəmbər  buyurdu: «Yaxşılıq edəcək malı və gücü olmayan kimsə qardaşını gülər üzlə qarşılasın»
(Tirmizi 2722. )


Tarix: 05.05.2013 / 15:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 99 Bölmə: Maraqlı melumatlar