Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

EVLƏRİN DAĞILMA TƏHLÜKƏLƏRİ

Həmd, səna Allaha məxsusdur. Ona həmd edirik, Ondan kömək və bağışlanma diləyirik. Nəfslərimizin şərindən və əməllərimizin pisliklərindən Ona sığınırıq. Allahın hidayət etdiyi kimsəni heç kim haqq yoldan azdıra bilməz. Allahın azdırdığı kimsəni heç kim hidayət edə bilməz. Şəhadət verirəm ki, Allahdan başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur, təkdir, şəriki yoxdur. Və şəhadət verirəm ki, Məhəmməd Onun qulu və rəsuludur.

Həqiqətən, ailəni islah etmək toxunulmaz əmanət və Allah taalanın əmr etdiyi kimi, yerinə yetirilməsi hər bir müsəlman kişiyə və qadına vacib olan böyük məsuliyyətdir. Hər bir müsəlman öz həyatını Allahın yolu ilə uyğunlaşdırmalıdır. Bunu həyata keçirməyin ən gözəl vasitəsi də ailələri pisliklərdən təmizləməkdir. Bu, müsəlman ailələrini və ümumilikdə, müsəlman ümmətini dağıtmağa və məhv etməyə çalışan ünsürlərə çevrilmiş ən çirkin pisliklərin bəzi ailələrdə mövcud olma reallığını aradan qaldırmağa yönəlmiş çağırışlardır.
Bu risalə həmin pisliklərin bəziləri haqqında ətraflı məlumat verir. Bu risalə haqqa tabe olmaq və rəsulullahın (s) əmrini yerinə yetirməklə həyatını dəyişmək istəyən hər bir kəs üçün doğru yol göstərici və çəkindirici xarakter daşıyan tövsiyələr formasında haramların işlənməsinə sədd çəkir. Belə ki, rəsulullah (s) buyurur: “Sizlərdən biriniz çirkin bir əməl gördükdə, onu əli ilə dəyişdirsin, bacarmasa dili ilə, onu da bacarmasa, qəlbində ona qarşı ikrah hissi yaransın! Bu isə imanın ən zəif nöqtəsidir”. (Hədisi Müslim rəvayət etmişdir. Bax; “Səhih Müslim” 1/69)
Bu tövsiyələr “Ailələrin tərbiyəsinə dair qırx nəsihət” kitabının pisliklər fəslində qısa icmalı keçmiş mövzuların ətraflı izahıdır.
Böyük ərşin sahibi və səxavətli olan rəbbimiz Allahdan diləyirəm ki, bu və bundan əvvəlkilər müsəlman qardaşlarımız üçün faydalı olsun!
Həqiqətən, Allah doğru yol göstərəndir.

AİLƏLƏRDƏ OLAN XOŞA GƏLMƏZ HADİSƏLƏR VƏ ƏDƏBSİZLİKƏR
NAMƏHRƏM QOHUMLARIN ƏRİN EVDƏ OLMADIĞI ZAMAN QADININ YANINA GƏLMƏSİ BARƏSİNDƏ EHTİYATLI OLMAQ
Şübhəsiz ki, bəzi ailələrdə ərin yaxın qohumlarından qadına naməhrəm olanları da yaşayır. Belə hallar bəzi sosial şəraitlər səbəbilə baş verir. Ailədə yaşayan yaxın qohum deyəndə, ərin qardaşı, əmisi, əmisi oğlu, dayısı və sairi nəzərdə tutulur. Onlar belə şəraitin mövcud olduğu ailələrdə çəkinmədən, heç bir qəriblik hiss etmədən evə istədikləri vaxt girib çıxırlar. Evə daxil olmağı belə sadə hesab etmək hərdən fitnələrə yol açır. Bu da şəriət qanunlarının pozulduğu təqdirdə Allahın qəzəbinə səbəb olur. Rəsulullah (s) buyurur: “Qadınların yanına girməyin!” Ənsarlardan bir nəfər dedi: “Ya rəsulullah, qardaşımın arvadı olsa belə? Dedi: “Bu isə ölümdür”. (Buxari “Fəthul Bari” 9/330)
Imam Nəvəvi (Allah ona rəhmət etsin!) buyurur ki, hədisdə ərin qohumları dedikdə, övladları və valideynləri nəzərdə tutulmur. Çünki, onlar qadına məhrəm hesab olunduqdan bir yerdə qalmaqlarında heç bir qüsur yoxdur. Həmçinin, onlar ölümlə də vəsf olunmurlar. Burada nəzərdə tutulan qohumlar qardaş, qardaş oğlu, əmi, əmi oğlu, bacı oğlu və qadınla evlənməsi halal olan digərləridir. Təəssüf ki, bu adət halını almış bu cür hadisələrə qarşı etinasız yanaşırlar. Insanın öz qardaşının arvadı ilə təklikdə qalması sanki, bir ölümdür. Onda yad biri ilə qalması nə demək olar!? Hədisi bir neçə yöndən izah etmək olar. Məsələn, qadınlarla təklikdə qalmaq haramın baş verməsinə səbəb olursa, dinin itməsinə də gətirib çıxarır. Həmçinin, zina edilməsinə səbəb olursa, onun edən şəriətin əmrinə əsasən daş-qalaq edilərək öldürülür. Və ya ərin qadını boşaması ilə ayrılığa gətirib çıxarır ki, bu da qadın üçün ölüm kimi bir şeydir. Hədisi “ölümdən ehtiyat etdiyiniz kimi, yad kişi ilə təklikdə qalmaqdan da ehtiyat edin!” mənasında da başa düşmək olar. Və ya naməhrəmlə təklikdə qalmaq ölüm kimi tükürpədicidir. Vəya hədisin mənası “qadın ölsün, amma naməhrəmlə təklikdə qalmasın!” kimi də başa düşülə bilər. Bütün bunlar şəriətin ailələri qorumağa və onları dağıdıcı ünsürlərdən təmizləəyə yönəlmiş prinsipləridir. Rəsulullahın (s) bəyanından sonra öz arvadlarına “əgər qardaşım gəlsə, mən olmasam da içəri alarsan” və ya evdə heç kəs olmadığı bir zaman “qonaq gələrsə, evdə oturub məni gözləsin” kimi ifadələr işlətməsi ağla sığmır. Inam məsələsini bəhanə edib “mən yoldaşıma etibar edirəm, qardaşıma, əmi oğluna inanıram” deyənlərə belə cavab veririk: Inamınızı çox da yüksəklərə qaldırmayın ki, şübhə olmayan insanlar barəsində də bir vaxt şübhəyə düşməyəsiniz! Sadəcə rəsulullahın (s) hədisini yadda saxlayın: “Bir kişi bir qadınla təklikdə qalarsa, onların üçüncüsü şeytan olar”. (Tirmizi 1171) Bu hədis müttəqi və günahkar insanların hər ikisinə aid edilir. Şəriət belə məsələlərdə heç kəsə istisnalıq hüququ vermir. Əlavə:
Bu sətirləri yazarkən bir məsələ ortaya çıxır. Məsələn, bir kişi bir qadınla evlənərək onu ailəsinin yanına gətirir, onunla da xoşbəxt yaşayır. Sonralar ər evdə olmayanda kiçik qardaşı qadınla evdə tək qalır. Və onunla mülayim rəftar edir və xoş söhbətlər edir. Buradan da iki məsələ ortaya çıxır: Getdikcə ərinə sevgisi azalır. Onun qardaşına isə bağlılığı çoxalır. Nəticədə nə ərindən boşana bilir, nə də başqası ilə istədiyini edə bilir. Bu da acınacaqlı həyat deməkdir. Mövzunu mənəvi cəhətdən də izah etməyimizin səbəbi islam dininin xırda bir detalı belə buraxmamaq xüsusiyyətinə malik olduğunu nümayiş etdirməkdir.


Tarix: 17.04.2013 / 13:56 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 277 Bölmə: Maraqlı melumatlar
loading...