beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ƏSMƏUL HUSNƏ (ƏN GÖZƏL İSİMLƏR)-SAMƏD

əs-Saməd – Qurani Kərimdə sadəcə İxlas surəsində bu isim keçməkdədir. «Allah Saməddir (heç kəsə və heç nəyə möhtac deyildir. Hamı ona möhtacdır, O əzəli və əbədidir)». (əl-İxlas 2). Peyğəmbər  bir nəfərin dua edərək: «Allahım! Səndən başqa ilah yoxdur, Sən Əhəd, Saməd, doğmamış və doğulmamış və heç bir oxşarı olmayan Allah olduğuna şəhadət edərək səndən istəyirəm» dediyini eşitdi.

Peyğəmbər: «Nəfsim əlində olana and olsun ki, o adam Allahın İsmil Azam – əzəmətli ismi ilə dua etdiyi zaman mütləq qəbul olundu və onunla istədiyi zaman mütləq istəyi verildi»(Əbu Davud 1493, Əhməd 3/120,158,225, Tirmizi «Dəvət» 63. )

İbn Abbas deyir ki: «Saməd – Heç bir ehtiyacı olmayan və heç kimə möhtac olmayandır». Xattabi deyir ki: «Saməd – mühüm işlərdə yönənilən, fəlakət və ehtiyac anlarında müraciət edilən deməkdir. Saməd qəsd etmək, yönəlmək mənasındadır». İbn Qeyyim deyir ki: «Saməd – güc və qüvvəti sonsuz, hər şeyi bilən, əsla heç bir şeyi unutmaz. Göyləri və yerləri və ikisi arasında olanları yönəldib idarə edən Odur. O, bütün varlılıqların yaradıcısı olduğu kimi bu valılıqların Rəbbi və məlikidir. Belə olan bir Rəbbin bənzəri əsla olmaz. Çünki O, bütün Sifət və fellərində bənzərsizdir».


Tarix: 05.05.2013 / 13:48 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 61 Bölmə: Maraqlı melumatlar