Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

əl-Əvvəl – əl-Əxir – əz-Zahir – əl-Batin

əl-Əvvəl – əl-Əxir – əz-Zahir – əl-Batin - «O, Əvvəldir, Axırdır, Zahirdir, Batindir». (əl-Hədid 3). Əbu Hureyrə (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) yatağına girdikdə buyurardı: «Yeddi səmanın Rəbbi, yerin Rəbbi, hər şeyin Rəbbi, toxumu və çərdəyi yaran, Tövratı, İncili və Quranı endirən Allahım! Mən sənin alnından yaxaladığın hər şeyin şərrindən sənə sığınıram. Sən Əvvəlsən, səndən əvvəl heç bir şey yoxdur. Sən Əxirsan, səndən sonra heç bir şey yoxdur. Sən Zahirsən, sənin üstündə heç bir şey yoxdur. Sən Batinsən, səndən o, tərəfə heç bir şey yoxdur. Mənim borcumu ödə və fəqirlikdən məni qurtar»
(Müslim, Əbu Davud, Tirmizi. )

Həlimi deyir ki: «Əvvəl, öncəsi olmayandır, Axır isə sonrası olmayandır. Çünki öncə və sonra sonu ifadə edər. Öncə varlığın başlanğıcdan öncəki sonu, sonra isə başlanğıcdan sonrakı sonu ifadə edər. Əgər varlığın başlanğıcı və sonu olmazsa, öncəsi və sonrası da olmaz. Allah öncəsi və sonrası olmayan tək varlıqdır. Digər bütün valılıqların öncəsi və sonrası vardır»
(Beyhəqi «Əsmə vəs Sifət» s. 10. )

Allahın Əvvəl olması Onun hər şeydən öncə var olduğunu, Axır olması isə hər şeydən sonra Onun var olacağını və varlığının davam edəcəyini ifadə edər. Zahir hər şeyin üstündə uca olması, Batin isə hər şeyin içində və hər şeyə əslindən də yaxın olmasıdır. Onun Zahir və üstün olmasını heç bir yer və göy gizləyə bilməz. Zahir olması Batini görməsinə mane olmaz. Çünki batində Onun üçün Zahir kimidir. Onun üçün görünməyən görünən, uzaq olan isə yaxın kimidir. Müsəlman bu İsimləri bilməklə keçici varlılıqlara bağlanmaz. Çünki keçici varlılıqlara bağlanmaq yoxluğa bağlanmaqdır. Halbuki Axır olan Allaha bağlanmaq kəsinliklə yox olmayacaq və əbədiyyən var olana bağlanmaqdır. Heç bir şey yox ikən Onun var olduğu kimi hər şey yox olduqdan sonra da Onun var olacağını bilir, daha da səmimiyyətlə Ona ibadət etməyə çalışar. Ondan başqa heç bir şeyə bel bağlamaz. Daima Ona möhtac olduğunu unutmaz. Hər şeyin Ondan başladığına və Ona da dönəcəyini xatırından çıxarmaz. O, hər şeyin əvvəli və sonudur. Allahın Batin ismini bilən kimsə Allahın hər şeydən daha çox, hətta canından da ona daha yaxın olduğunu anlayar. Zahir ismi bilməklə insanın qəlbi tək bir ilaha yönələr və ona ibadət edər.
Kim Zikr Edib: Cəfər Sadiq, Sufyan İbn Uyeynə, Xattabi, Həlimi, Beyhəqi, İbn Həzm, İbn Arabi, Əsbəhani, Səədi, İbn Məndə, Qurtubi, İbn Qeyyim, Useymin, Qahtani, Şərbasi, Həsən Sıddıq Xan – Allah Onlardan Razı Olsun – bunu İsim olaraq zikr etmişlər.


Tarix: 05.05.2013 / 14:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 132 Bölmə: Maraqlı melumatlar
loading...