Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

PEYĞƏMBƏRİMİZİN (s.a.s) həyatı-Peyğəmbərlikdən əvvəlki həyatı

Peyğəmbərlikdən əvvəlki həyatı

Rəsulullah (Səllallahu Aleyhi və Səlləm), uşaqlığından etibarən səlim ağıl sahibi, güclü və sadə olaraq yetişdi, inkişaf etdi və yetkinləşdi. O, özündə ən gözəl, ən zadəgan sifətləri cəm etmişdi. Hikmət, doğru düşüncə və sağlam rəy baxımından yüksək bir halda olduğu kimi, gözəl əxlaq və gözəl xislətlər baxımından da tayı-bərabəri yox idi. Düzlük, əmanət, mürüvvət, cəsarət, ədalət, hikmət, iffət, zühd, qənaət, helm, səbr, şükr, həya, vəfa təvazö və nəsihət edən kimi sifətlərlə seçilmişdir.

Yaxşılıq etmək və gözəl əməllər etmək barəsində əmisi Əbu Talibin dediyi kimi bir "zirvə" idi.

Qohumlarını ziyarət edər, sılayi-rahim edərdi. Insanlara yüklərini daşımaqda köməkçi olar, dolanışıq sıxıntısı çəkənlərə dəstək olardı. Qonaqlarına hörmət və yaxşılıq edər, müsibətə düçar olanların köməyinə qaçardı.

Allah, onu (Səllallahu Aleyhi və Səlləm) qorumağı və nəzarəti ilə əhatə etmiş, qövmünün içinə düşdüyü xurafələri və pislikləri ona (Səllallahu Aleyhi və Səlləm) çirkin göstərmişdir. Heç bir zaman bütlərə ibadət etməmiş, bütlərə hörmət edilən bayramlara və şirk şənliklərində, mərasimlərində iştirak etməmişdir. Bütlərin adına kəsilən və ya Allahdan başqasının adına kəsilən heç bir şeydən yeməmişdir. Lat və Uzzaya and içmələrə və onlara edilən ibadətlərə əsla dözüm göstərməzdi.

Əsla içki içməz və gecə əyləncələrinə yaxınlaşmazdı. Məkkə gənclərinin şiddətlə rəğbət etdikləri oyun-əyləncə məclisinə qatılmaz və belə yerlərdən davamlı olaraq özünü uzaq tutardı.


Tarix: 03.05.2013 / 19:46 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 33 Bölmə: Maraqlı melumatlar
loading...