beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ƏSMƏUL HUSNƏ (ƏN GÖZƏL İSİMLƏR) QAVİ - MƏTİN

əl-Qavi – əl-Mətin – «Şübhəsiz Allah (QAVİ) güc sahibi və Azizdir». (əl-Həcc 74). «Allah yenilməz qüvvət sahibidir (QAVİ) və cəzası da çox şiddətlidir (ŞƏDİDUL İQAB)». (əl-Ənfal 52). «Heç şübhəsiz ki, ruzi verən, (MƏTİN) yenilməz qüvvət sahibi olan Allahdır». (əz-Zariyyət 58).

Xattabi (Allah rəhmət etsin) deyir ki: «Qavi – tam və mütləq güc sahibi olduğudur. Allahdan başqa bütün varlılıqlar nə qədər də güc sahibi olsalar da onların gücü müəyyən bir hədd çərçivəsinə qədərdir. Bir çox şeylərə gücləri çatmaz».

Həlimi (Allah rəhmət etsin) deyir ki: «Mətin – güc və qüvvəti azalmayan və gücdən düşməyəndir. Bu yalnız Allaha xasdır. Ondan başqa bütün varlılıqlar vaxt gəldikcə güclərini itirərək zəifləyirlər. Bu isə Allah üçün imkansız, varlılıqlar üçün isə mümkündür». Allahın güc və qüvvət sahibi olduğunu bilən müsəlman öz güc və qüvvəti ilə lovğalanmağı tərk edər. Uca güc sahibinə yönələr.


Tarix: 05.05.2013 / 13:40 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 44 Bölmə: Maraqlı melumatlar