beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

EVLƏNMƏ ƏDƏBİ

Öz kitabının aydın ayələrində: «SIZIN ÜÇÜN ONLARLA ÜNSIYYƏTDƏ OLASINIZ DEYƏ ÖZ CINSINIZDƏN ZÖVCƏLƏR XƏLQ ETMƏSI, ARANIZDA DOSTLUQ, SEVGI VƏ MƏRHƏMƏT YARATMASI DA ONUN QÜDRƏT ƏLAMƏTLƏRINDƏNDIR. HƏQIQƏTƏN BUNDA DÜŞÜNƏN BIR QÖVM ÜÇÜN IBRƏTLƏR VARDIR!» (ər-Rum, 21) — deyən Allaha həmd və səna olsun! Hədislərin birində: «Çox doğan və çox sevən qadınlarla evlənin ki, övladlarınız olsun. Qiyamət günündə mən sizin sayənizdə başqa peyğəmbərlərdən ümmətimin sayına görə üstün olacağam» sözlərini deyən Onun Peyğəmbərinə salavat və salam olsun!

İslamda evlənib öz ailəsinin yanına daxil olan şəxs üçün müəyyən edilmiş qaydalar vardır. Çoxları, o cümlədən ibadət edən mö‘minlər belə, bu qaydaları bilmir və ya onları nəzərə almırlar. İntim münasibət zamanı şəriətin nəyi halal buyurub və nəyi haram etməsini bilməməsi üzündən xəta edənlər də az deyil. Yaxın dostlarımdan birinin evlənməsi münasibətilə onun və başqa mö’min qardaşların bu işi aləmlərin Rəbbinin bütün elçilərinin ağasının şəriətinə əsasən həyata keçirməsinə kömək məqsədilə bu mövzuda risalə yazmaq qərarına gəldim, hər bir evlənən adamı maraqlandıran bə’zi məsələləri şərh etdim. Bu kitabda intim münasibətdə yol veriləcək halların bəyan edilməsinə yer ayırmağımız isə, bu barədə öyrənmək istəyənlər üçün dinimizin nəyə icazə verdiyini bildirmək istəyindəndir.
Bu risaləni faydalı etməyi, Onu Öz kəramətli üzünə layiq bilməyi Allahdan arzu edirəm. O, xeyirxahlıq və mərhəmət sahibidir.
Bilməlisiniz ki, evlənmə qaydalarının sayı çoxdur. Bunların içində məni yalnız Məhəmməd peyğəmbərin (sallallahu aleyhi və səlləm – Ona və ailəsinə Allahın salavatı və salamı olsun! – bundan sonra: s.a.s) sünnəsi (qanunları – tərc) ilə bağlı olub istinad baxımından inkarı mümkün olmayan, əsaslı olması heç bir şübhə doğurmayan qaydalar maraqlandırır. Belə ki, hər bir evlənən müsəlman şəxs dininin bu məsələdəki mövqeyini bilməlidir, gördüyü işə bağlı olmalıdır. Arzum budur ki, Allah evlənən hər bir müsəlmana səadət bəxş etsin, onun ailə həyatını Sünnəyə bağlılıqla mükafatlandırsın, onu: «VƏ O KƏSLƏR KI: EY RƏBBIMIZ BIZƏ ZÖVCƏLƏRIMIZDƏN VƏ UŞAQ¬LARIMIZDAN GÖZÜMÜZÜN IŞIĞI OLACAQ ÖVLADLAR EHSAN ET VƏ BIZI MÜTTƏQILƏRƏ IMAM ET! – DEYƏRLƏR» (əl-Furqan, 74) sözlərini deyən bəndələrin sırasına salsın və onu da müttəqilər kimi xoş aqibətli etsin. Bu barədə aləmlərin Rəbbi belə buyurur: «HƏQIQƏTƏN (O GÜN) MÜTTƏQILƏR KÖLGƏLIKLƏRDƏ VƏ BULAQLAR BAŞINDA, ISTƏDIKLƏRI MEYVƏLƏR IÇINDƏ OLACAQLAR! (ONLARA DEYILƏCƏK): (DÜNYADA) ET¬DIYINIZ (YAXŞI) ƏMƏLLƏRƏ GÖRƏ NUŞCANLIQLA YEYIN-IÇIN! BIZ YAXŞI ƏMƏL SAHIBLƏRINI BELƏ MÜKAFATLANDIRIRIQ!» (əl-Mursələt, 41-44).

------------


Tarix: 13.04.2013 / 16:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 246 Bölmə: Maraqlı melumatlar