beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Quranın fəzilətləri

Uca Allah belə buyurur: "Verdiyimiz kitabı layiqincə [təhrif etmədən] oxuyanlar həmin kitaba iman gətirənlərdir…" (Bəqərə, 2/121) Kitabı layiqincə oxumaq, halalını halal, haramını haram qəbul etmək, onu nazil edildiyi kimi oxumaq deməkdir.
Peyğəmbər (sallallahu əleyhi və səlləm) buyurub ki: "Quranı oxuyun, çünki o qiyamət günündə onu oxuyanlara şəfaətçi olaraq gələcəkdir" (Muslim)

Yenə Peyğəmbər (sallallahu əleyhi və səlləm) belə buyurmuşdur: "Hər kim Quranı oxuyub ona layiqincə əməl edərsə, qiyamət günü onun ata-anasının başına dünyadakı günəş işığından da gözəl bir tac qoyulacaqdır. Yaxşı, ona əməl edən haqqında nə düşünürsünüz?" (Əbu Davud və sənədini səhih adlandıran Hakim rəvayət etmişlər)
(Əbu Davud (Sünən, hədis ?1453)

Yenə Peyğəmbər (sallallahu əleyhi və səlləm) belə buyurmuşdur: "Şübhəsiz ki, Allahın insanlar arasından olan öz adamları vardır". Onlar kimlərdir, ey Allahın Elçisi? – deyə ondan soruşdular. O (sallallahu əleyhi və səlləm): "Onlar Quran əhlidir, onlar Allah əhli və onun seçdiyi şəxslərdir" – deyə buyurdu" (Hədisin sənədi səhihdir)
(Əlbani "Səhih sünən İbn Məcə" (1/90, hədis ?214) əsərində bu rəvayətin isnadının səhih olduğunu bildirmişdir.)

Yenə Peyğəmbər ağamız (sallallahu əleyhi və səlləm) belə buyurmuşdur: "Məharətlə Quran oxuyan şəxs xeyirli, şərəfli mələklərlə bərabərdir. Quranı oxuyaraq çətinlik çəkən və Quranı oxuması ona ağır gələn şəxsin də iki əcri var" (Buxari və Muslim)


Tarix: 17.04.2013 / 15:40 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 101 Bölmə: Maraqlı melumatlar