beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

QİYAMƏT GÜNÜNÜN BÖYÜK ƏLAMƏTLƏRİ (10-cu əlamət) ADAMLARI BİR YERƏ TOPLAYAN OD

Son saat tamamlanmışdan qabaq baş verəcək son hadisə Ədən torpağının dərinliyindən çıxan və insanları Məhşərə (Toplanış yerinə) yığan bir od xaric olacaqdır. Yuxarıda qeyd etdiyimiz hadisələrdə Peyğəmbər (sav) son saatın şərtlərini sadalayır, qeyd edir ki, bunlar ondur və deyir: "Bunların sonuncusu Yəməndə xaric olub insanları öz Məhşərinə qovan oddur".
(Müslim "Səhih". Fitnələr kitabı Son saat fəsli. 18/22, hədis: 2901)

İmam əl-Buxarinin "Səhih"ində Ənəsdən rəvayət edilən hədisdə deyilir ki, Peyğəmbərlə  Mədinəyə hicrət edən Abdulla bin Səllam Rəsulullahdan (sav) bəzi şeylər barədə soruşub deyir: “Mən üç şey barədə soruşuram: "Son saatın ən birinci şərti nədir?"
Peyğəmbər (sav) deyir: "Son saatın ən birinci şərti odur ki, insanları məşriqdən məğribə qovub bir yerə toplayır".
(Qalan məsələlər və Peyğəmbərin (sav) cavabları barədə əl-Buxarinin Səhih əsərinə bax: «Fəth əl-Bari», 7/272)
İmam ət-Tirmizinin və İmam Əhmədin Abdulla bin Ömərdən verdiyi hədis: Rəsulullah (sav) demişdir: "Hadramautdan (Yəmənin cənubunda) son saat tamamlanana qədər od qalxacaq və insanları bir yerə toplayacaqdır”.(İmam Əhməd «Müsnəd» 7/133, Tirmizi 6/463-464)
Soruşdular: "Ya Rəsulullah! Bizə nə əmr edirsən?" Deyir: "Şama getməlisiniz". ət-Tirmizi deyir ki, bu etibarlı və səhih hədisdir.
(Camiul usul: 10/368 hədis: 7888. Səhihul camiis səğir: 3/203, Hədis: 3603, Tirmizi 6/434-435.)
Peyğəmbər (sav) bizə insanların Məhşərə toplaşması barədə danışır. İmam əl-Buxari "Səhih"ində Əbu Hüreyrədən bu hədisi verir: "İnsanlar qorxudan və xilas olmaq istəyi ilə müxtəlif yollarla gedirlər, ikisi, üçü, dördü, onu bir dəvəyə minirlər. Yerdə qalanlarını da od bir yerə toplayır. Yerləşdikləri yerə yerləşir, gecələdikləri yerdə gecələyir, sübh açdıqları yerdə sübh açır, axşamladıqları yerdə axşamlayır".
(əl-Buxari. "Səhih". Rifaq kitabı. Həşr fəsli. «Fəth əl-Bari», 11/384.)
Əhməd "Müsnəd"də, ət-Tirmizi «Sünən»də, əl-Hakim "Müstədrək"də Müaviyyə bin Heydər səhih istinadla bu hədisi verirlər: Peyğəmbər (sav) demişdir: "Siz adamlar və minik heyvanları bir yerə toplanırsınız. Üzünüzü bax bura tutursunuz" - əlini Şam tərəfə uzatdı.
(Səhihul camiis səğir: 2/272, hədis: 2298)
Odun topladığı son adamlar Müzəyyənədən olan iki çobandır. İmam əl-Buxarinin, Müslimin və Əhmədin Əbu Hüreyrədən verdikləri hədis: Mən Rəsulullahın (sav) bu sözləri dediyini eşitmişəm: "Mədinəni çox yaxşı bir vəziyyətdə qoyub gedirlər. Şəhərdə yalnız quşlar və heyvanlar qalır. Həşrə toplanan Müzəyyənədən olan son iki çoban oldu. Onlar öz qoyunlarını otarırlar. Onların qoyunları vəhşi heyvana çevrilirlər. Onlar hətta vadinin aşağı hissəsinə çatanda bu heyvanlar onların üzünü bulaşdırırlar".
(«Silsilət əl-Əhadis əs-səhihə», 2/302. Hədis: 683)
Odun insanları topladığı Məhşər yeri Şam (Suriya) ölkəsindədir. Ər-Rubinin "Şamın fəzilətləri" kitabından Əbu Zərrdən səhih istinadla bu hədis verilir: Peyğəmbər (sav) demişdir: "Şam məhşər (toplanış) və mənşər (yayılmaq) yeridir". Bu hədisi Əhməd "Müsnəd"də, İbn Macə «Sünən»də, ər-Rubi "Şamın fəzilətləri"ndə Meymunə bin Sədə istinadən verirlər(Səhihul camiis səğir: 3/232, hədis: 3620.)
Bəzi alimlərin fikrincə bu toplanış Axirətdə baş verəcəkdir. əl-Qurtubi bu fikri əl-Hüleymiyə və Hamid əl-Qəzaliyə şamil edir. (əl-Qurtubi "ət-Təzkirə": səh.198-199 «Fəth əl-Bari»,11(379) Əl-Xəttabi, ət-Tayyibi, Qazi İyaz, əl-Qurtubi, İbi Kəsir və İbi Həcər bu fikirdədirlər ki, bu həşr (toplanış) dünyanın ömrünün sonunda, Ədən dərinliklərində od çıxıb adamları Şama topladıqda baş verəcəkdir. («Fəth əl-Bari», 11/379-380; ət-Təzkirə: səh.200).
İbn Kəsir bu hədislər barədə deyir: "Bu şərhlər göstərir ki, bu həşr (toplanış) dünyanın axırında mövcud olanların toplanışıdır. Bunlar da həşrin baş verdiyi ölkələrdən olanlardır. Bu yer Şam ölkəsidir. Bu adamlar üç qismdə olurlar: bir qismi tox, geyinmiş və miniklə olacaq, bir qismi bəzən piyada, bəzən də miniklə gedəcəkdir. Bunlar bir dəvəyə minəcəklər. Necə ki, hər iki "Səhih"də deyilir: "İkisi, üçü...onu bir dəvəyə minirlər". Yəni miniyin azlığından onun dalınca gedirlər. Başqa bir hədisin şərhində deyildiyi kimi qalanlarını od bir yerə toplayacaqdır. Bu od Ədən torpağının dərinliklərindən çıxıb insanları arxadan bürüyür. Hər tərəfdən onları Məhşər torpağına qovur, gecikəni yandırır. Bütün bunlar göstərir ki, bu, dünyanın sonunda baş verir. Yemək, içmək, müstəvi şəkilli yerə minmək və s. baş verir. Geridə qalanları od yandırır.
Əgər bu oyanış şeypur səsindən sonra baş versəydi nə ölü, nə minmək üçün düz bel, nə yemək, nə içmək, nə libas, nə də ki, bu hədislərin əksəriyyətini rəvayət edən Hafiz Əbu Bəkr əl-Beyhəqqi bu minmək hadisəsini Qiyamət gününə aid edir. Öz dediyini səhih sayır, biz göstərdiklərimizi isə zəif hesab edir. Buna sübut kimi Allah təalanın bu kəlamını gətirir: «O gün (qiyamət günü) Biz müttəqiləri Rəhmanın hüzuruna möhtərəm elçilər (şahanə qafilələrlə gələn əziz qonaqlar) kimi cəm edərik. Günahkarları isə Cəhənnəmə susuz vəziyyətdə sürükləyib gətirərik» (Məryəm, 85-86).
Bununla, Qiyamətin 10 böyük əlaməti haqqında müxtəsər məlumat verdik. Lakin başqa əsərlərdə Mehdinin də böyük əlamət olmasını bildirən hədislər vardır. Mehdi ilə bağlı ayrıca “Mehdilik və imamlıq” kitabı hazırlanması nəzərdə tutulduğuna görə burada onları təkrarlamamaq qərarına gəldik.
Həmin kitabda Allahın izni ilə ”Mehdi” sözünün şəri və lüğəvi mənası veriləcək, Mehdinin zühurundan əvvəl və sonrakı əlamətlər, onun nəsəbi və xarici görkəmi haqda məlumatlar, Mehdinin xilafəti və vəzifələri, həmçinin mehdiliklə əlaqəli bəzi məsələlər Peyğəmbərimizin sünnəsi ilə əsaslandırılacaq.

SON SÖZ

Allahın Rəsulunun hədisləri və müsəlman ilahiyyatçılarının təfsirləri üzərində əməlli başlı fikirləşsək aydın olar ki, bəşəriyyət sürətlə Axirət gününə yaxınlaşır. Bu hədislərin yalnız bəziləri hələ baş verməyib. Amma çox keçməz ki, onlar da hayata keçər və onda insanlıq üçün ən qorxulu gün – Axirət günü başlayar. Uca Allah deyib:
«O böyük bəla (qiyamət) gələndə. O gün insan nələr etdiyini (dünyadakı bütün yaxşı və pis əməllərini) yadına salacaqdır. Cəhənnəm də hər görənə görünəcəkdir. Kim (dünyada) azğınlıq etmiş¬sə, dünyanı üstün tutmuşsa, şübhəsiz ki, onun məskəni Cəhənnəmdir!» (ən-Naziat, 34-41).
Bu qədər hədisin həyata keçməsindən sonra Qüdrətli Allahın vədinə şübhə etməyə dəyərmi? Uca Allah deyib:
«Onlar (kafirlər) ancaq saatın (qiyamət saatının) qəfildən başlarının üstünü almasınımı gözləyirlər? Onun əlamətləri artıq gəlmişdir. (Qiyamət saatı) onlara gəlib çatdığı zaman ibrət almaları (peşman olub tövbə etmələri) onlara nə fayda verər?» (Məhəmməd, 18).
Həqiqətən, sağlam düşüncəli adam təkzibolunmaz şeyi inkar etməz. Bundan başqa o, Qüdrətli Allahı ilə görüşə hazırlaşmaq üçün yaxşı işlər görməyə tələsər.
Ey Allahın qulu! Bu gün hələ sən tövbə edib düzgün yolu tuta bilərsən. Amma sabah, ruhun boğazına dirənəndə və gələcək həyatın astanasında duranda, tövbənin sənə artıq heç bir xeyiri olmayacaq. Sən öz günahlarına bəraət qazandıra bilməyəcəksən, ona görə ki, Müqəddəs Quran və Sünnə sənə öz həqiqiliklərinə inandırıcı sübütlar gətirmişlər ki, onların bəziləri bu kitabçada göstərilib. Əgər sən bunu dəqqətlə oxudunsa, onda sənə bəşəriyyətin və hətta musəlmanların hansı fəlakət içində yaşadıqları aydın olar. Cahil insanların çirkabında çapaladıqları küfrdən imtina et! Allahın dinin bilən müsəlmanlardan öyrən! İslamı təhrif edib onun həqiqi davamçılarına qara yaxan cahil və araqarışdıranlara fikir vermə! Qutuluş yoluna keç və onu öz qohumlarına və dostlarına göstər və sən başa düşəcəksən ki, həqiqi din insana yalnız xeyir gətirir və ona dünyanı dərk etməyə və həyatda öz yerini tutmağa gömək edir!
Uca Allah! Bizi və bütün xalqımızı düzgün yola yönəlt və hamımızı Səndən qorxan möminlərdən et!


Tarix: 04.05.2013 / 12:02 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 186 Bölmə: Maraqlı melumatlar