beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Möminlərin əmiri Əli ibn Əbu Talibin (r.a) qətli

Möminlərin əmiri Əli ibn Əbu Talibin  qətli
(Hicri: 40)

Nəhrəvan döyüşündən iki il keçdikdən sonra ara sakitləşən bir vaxtda xəvariclərdən üç nəfər könüllü, Əli ibn bu Talibi, Müaviyə ibn bu Sufyanı və Amr ibn əl-Ası qətlə yetirmək haqda Məkkə şəhərində əhd bağladılar.

Onlar deyirdilər ki, biz bu üç nəfəri qətlə yetirməklə Allaha yaxın olacağıq. Onların iddiasına görə, camaatı bu yolla həmin şəxslərdən xilas etmək lazımdır. Əbdürrəhman ibn Mülcəm əl-Muradi dedi: "Mən Əlini öldürəcəm". Əl-Bərak ət-Təmimi dedi: "Mən isə Müaviyəni öldürəcəm". Amr ibn Bəkr ət-Təmimi isə dedi: "Mən də Amr ibn əl-Ası öldürəcəm". Onlar qətli Ramazan ayının on yeddinci gecəsi etməyi qərarlaşdırdılar.

Amr ibn əl-As Misirdə, Müaviyə Şamda, Əli isə Kufədə idi. Əli Sübh namazına gələrkən İbn Mülcəm onu bir həftə öncə zəhərə batırdığı xəncərlə vurdu. Əli vurulanda dedi: "Mən sağalsam, özüm onu mühakimə edəcəm. Yox əgər mən ölsəm, qisasımı ondan alın!" İbn Mülcəm dedi: "Xeyr, Allaha and olsun, mən onu bir həftədir ki, zəhərə batırmışam (o, sağ qala bilməz)".

Əli vəfat etdikdən sonra İbn Mülcəmi gətirib iki əlini kəsib, gözlərini çıxartdılar. Amma o bundan təsirlənməmişdi. Onun dilini kəsmək istədikdə qorxdu. Orada olanlar dedilər: "İndi qorxursan?" O dedi: "Mən bundan sonra yaşayacağım müddətdə Allahı zikr edə bilməyəcəyimdən qorxuram!"

Sübhənallah! Açıq-aşkar zəlalət budur. Belə haldan Allaha sığınırıq. Allah dostlarından birinin qanını halal edib qətlə yetirir, sonra yaşayacağı müddətdə Allahı zikr edə bilməyəcəyindən qorxur!

Əl-Bərak da Sübh namazında Müaviyəni vurdu. Zərbə ona dəysə də, öldürücü olmadı. Rəvayətə görə, bu zərbə onun bir daha övladı olmamasına səbəb oldu.

Amr ibn əl-Ası qətlə yetirmək istəyən qatil də Sübh namazına gəlmişdi. Lakin Amr, ishal xəstəliyinə tutulduğundan camaata namaz qıldırmaq üçün məscidə çıxmamışdı. Namaza imamlıq edən adamın Amr ibn əl-As olduğunu zənn edərək səhvən onu qətlə yetirdi. Namaza imamlıq edən Xaricə ibn Əbu Həbib idi. Qatil onu namazda olduğu vəziyyətdə vuraraq qətlə yetirdi. Onu tutaraq soruşdular. "Sən nə etdin?"
O dedi: "Camaatı Amr ibn əl-Asın əlindən xilas etdim".
Dedilər: "Sən Amrı öldürməmisən, Xaricəni öldürmüsən".
O dedi: "Mən Amrı öldürmək istəyirdim, Allah isə Xaricənin ölməsini istədi". ( Bu söz bir məsəl olaraq dillərdə qaldı.)
Sonda hər üç qatil – Bərak, İbn Mülcəm və Amr ibn Bəkr ət-Təmimi öldürüldülər. ( "Ət-Təbaqat əl-Kubra" 3/35. "Əl-Bidayə vən Nihayə" 7/338.)


Tarix: 04.05.2013 / 11:40 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 72 Bölmə: Maraqlı melumatlar