beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

PEYĞƏMBƏRİMİZİN (s.a.v) həyatı-İnananların ibadət və təhsilləri

İnananların ibadət və təhsilləri


Müddəsir surəsinin ilk ayələrindən sonra vəhy enməyə davam etdi. Ondan sonra ilk enən surənin Fatihə olduğu söylənilir. Fatihə surəsi, Quran və İslam nizamının bütün əsaslarını və qayələrini içində cəm edən, həmd və duanı ehtiva edən bir surədir. Peyğəmbər (Səllallahu Aleyhi və Səlləm)`in ilk əmr olunduğu ibadət isə namazdır. İki rükət səhər və iki rükət axşam olmaq üzrə cəmi dörd rükət idi. Cəbrayıl gələrək dəsnamaz və namazın necə olacağını şəxsən göstərmişdir.

Möminlər təmizliyə son dərəcə əhəmiyyət verirdilər. Dəsnamaz namazın şərti idi. Fatihə namazların əsli, həmd və zikr isə virdləri idi. Möminlər namaz ilə ibadət edirdilər. Namazlarını gözlərdən uzaq, kimsəsiz məkanlarda gizlicə əda edirdilər.

İslamın ilk günlərində başqa heç bir ibadət, əmr və qadağa yox idi. Vəhy enir və tövhidin müxtəlif yönlərini bəyan edirdi. Ayrıca, onları nəfslərini təmizləməyə, gözəl əxlaq sahibi olmağa təşviq etdiyi kimi, cənnət və cəhənnəmdən də bəhs edirdi. Yenə ilk kərim ayələr, qəlbləri açıb ruhları bəsləyən gözəl vəəzləri ehtiva etməkdəydilər.

Nəbi (Səllallahu Aleyhi və Səlləm) onları islah edir, kitab və hikməti öyrədir. inananları qəlb təmizliyinə, əxlaq gözəlliyinə, iffətə, doğruluğa təşviq edirdi. Nəticədə onları qaranlıqlardan aydınlığa çıxarırdı. Onlara Sıratı-Müstəqimi (doğru yolu) göstərir və onları Allahın dininə sarılmaq, ipinə möhkəm sarılmağı öyrədirdi. Onlara Allahın əmrləri xüsusunda səbat və istiqamət aşılayırdı.

Bu şəkildə üç il keçdi. Dəvət gizli olaraq sadəcə şəxslərə yönəlmiş olaraq edilə bilirdi. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) dəvətini hələlik kütlə olan yerlərdə açıqlamırdı. Ancaq, Qureyşlilər yavaş-yavaş vəziyyəti anlamağa başladılar. Qureyşdən bəziləri dəvəti inkar edib, bəzi inananlara əziyyət etməyə başlamaqlarına baxmayaraq, ümumi olaraq vəziyyətə əhəmiyyət vermirdilər. Çünki, Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) hələlik onların batil dinləri və saxta ilahları barəsində danışmamışdı.


Tarix: 03.05.2013 / 18:43 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 33 Bölmə: Maraqlı melumatlar