beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Günahlar zəlillik və bədbəxtliyə gətirir

Günah qulun Rəbbi tərəfindən nifrətə və Onun gözündən düşməsinə səbəb olur. Əl-Həsən əl-Basri deyib: “Onlar Onun nifrətini qazandılar və Ona asi olmağa başladılar, onlar Ona əziz olsaydılar O, onları (günahlardan) qoruyardı”. Həqiqətən Allah nifrət etdiyi qula heç kəs ehtiram etməz və bu barədə Uca Allah deyib: “Allahın alçaltdığı kimsəyə heç kəs hörmət qoymaz”. (əl-Həcc, 18).

İnsanlar zahirən onlara ehtiramlarını bildirirlərsə, bu yalnız onlara ehtiyacları olduqlarına və ya şərlərindən qorxduqlarına görədir, qəlblərində isə onlara nifrət edirlər.
Qul günah işləməkdə davam edərsə sonda onlara qəlbdə fikir vermir və onları çox yüngül hesab edir. Bu da həlakın aydın əlamətidir, çünki günah qula nə qədər yüngül görünərsə, o qədər Allah qatında ağır olar. Əl-Buhari “Səhih”ində İbn Məsuddan rəvayət edib: “Həqiqətən mömin günahlarına elə baxır ki, elə bil ki, dağın ətəyində dayanıb və dağın onun üzərinə düşməsindən gorxur, fasiq isə günaha elə baxır ki, elə bil burnuna milcək qonub və o onu bax beləcə qovur”.
Insanın günahları digər insanlara və onların heyvanlarına bədbəxtçilik gətirir və onlar onun günahlarından və zülmündən yanırlar. Əbu Hüreyra deyib: “Zalımın zülmü dovdağı yuvasında öldürə bilər”. Mücahid deyib: “Həqiqətən heyvanlar Adəm övladları sırasından olan günahkarları yağışlar kəsilib quraqlıq başlayanda lənətləyirlər. Onlar deyir: “Bu Adəm övladlarının günahlarının nəticəsidir”.
O, günahının cəzasını günah etməyənlərin onu lənətləməsinə qədər almır.

Allaha asilik insanı mütləq zəlilliyə gətirir, çünki izzətin mənbəyi yalnız Uca Allaha itaətdir. O Deyib: “Kim qüdrət sahibi olmaq istəsə, bilsin ki, qüdrət bütünlüklə ancaq Allaha məxsusdur”. (Fatır, 10). Yəni: izzət və qüdrət arzulayan Allaha itaət vasitəsi ilə buna nail olmalıdır, çünki bunun əldə edilməsi üçün digər yol yoxdur.
Bəzi sələflər dua etdikdə deyirdilər: “Allahım, Sənə itaət sayəsində mənə qüdrət bəxş et və Sənə asiliklə məni zəlil etmə”.


Tarix: 12.04.2013 / 19:41 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 121 Bölmə: Maraqlı melumatlar