beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gecə namazı (qiyamul-leyl) və təravih namazları və onlarla əlaqədar məsələlər...

Gecə namazı sünnədir, müstəhəbdir. Bu namaz, müttəqilərin ən önəmli simalarındandır. Belə ki, Uca Allah buyurur: «Həqiqətən, müttəqilər cənnətlərdə və çeşmələr başında olacaqlar; Rəbbinin onlara verdiyini alacaqlar. Çünki onlar bundan əvvəl yaxşı əməllər etmişdilər. Onlar gecələr (ibadətlə məşğul olub) az yatırdılar. Səhərlər isə (Allahdan) bağışlanmalarını diləyirdilər. Mallarında da dilənçinin və (abrına qısılıb dilənməyən) yoxsulun haqqı (payı) var idi»[1].

Əbu Malik əl-Əşcai Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Cənnətdə elə otaqlar vardır ki, onların içindən çölü, çölündən isə içi görsənir. Uca Allah onları, (kasıblara) yemək yedizdirənlər, xoş sözlər danışanlar, orucu daim tutanlar, gecə insanlar yatanda namaz qılanlar üçün hazırlamışdır»[2].

Bu növ namazın Ramazan ayında qılınması təkidlə qeyd olunan sünnədir:
Demək, Əbu Hureyrə deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Ramazan ayında gecə namazları qılmağa təşviq edərdi. Bunu insanlara əmr etməz, rəğbətləndirər və deyərdi: «Kim Ramazan ayını iman və savabını Allahdan diləyərək namaz qılmaqla keçirərsə onun keçmiş günahları bağışlanar»[3].

Gecə namazının rükətlərinin sayı:
Bu namazın rükətlərinin ən az sayı bir rükət, çoxu isə on bir rükətdir. Buna Aişənin ötən hədisi sübutdur. Hədisdə deyilirdi: «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) nə Ramazanda, nə də başqa vaxtlarda on bir rükətdən çox qılmazdı...» [4].

Ramazan ayında gecə namazlarının camaat şəklində qılınması şəriətə uyğundur:
Aişə deyir ki, bir gün Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) məsciddə namaz qıldı və camaat da onun namazına tabe olub arxasında namaz qıldılar. Səhərisi gün yenidən daha çox insana namaz qıldırdı. Sonra üçüncü və ya dördüncü gün camaat yenə də namaz qılmaq üçün toplaşdılar. Amma Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) onlara namaz qıldırmaq üçün çölə çıxmadı. Səhər açılanda dedi: «Mən sizin (dünən) etdiklərinizdən xəbərdar idim. Mənim namaz qıldırmaq üçün oraya gəlməməyimə səbəb, bu namazın sizə fərz olunmasından ehtiyat etməyim idi». Bu hadisə Ramazanda baş vermişdi[5].
Əbdürrəhman ibn əl-Qari deyir ki, Ramazan ayının bir gecəsi Ömər ibn əl-Xəttab ilə birlikdə məscidə gəldim. İnsanlar məsciddə dəstə-dəstə idilər. Bəzisi tək namaz qılır, bəzi isə biri imam dayanıb digərləri də arxasında beş-on nəfər olmaqla namaz qılırdılar. Bunu görən Ömər dedi: Mən elə düşünürəm ki, əgər insanları bir qarinin ətrafında birləşdirsəm daha yaxşı olar. Sonra bu işdə daha təkidli davranıb insanları Ubey ibn Kəəbin ətrafında birləşdirdi. Sonra başqa gün yenə onunla məscidə gəldim və artıq insanlar qarilərinin arxasında bir nəfər kimi dayanmışdılar. Bunu görən Ömər dedi: Bu nə gözəl yenilikdir. İnsanların (gecənin əvvəlində) yatıb (camaatla) qılmadıqları namaz, (gecənin sonunda yalnız) qıldıqları namazdan daha xeyirlidir. İnsanlar da bu namazı gecənin əvvəlində qılırdılar»[6].

Ramazandan başqa digər vaxtlarda insan öz ailəsinə gecə namazı qıldıra bilər:
Əbu Səid Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Əgər kişi öz ailəsini gecə namaz qılmaq üçün oyadar və birlikdə namaz qılarlarsa (yaxud iki rükət namaz qılarlarsa) Allah yanında Allahı çox zikr edən kişi və qadınlar sırasına yazılarlar»[7].

Qiyamul-leyl namazını qəza etmək:
Aişə deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) xəstəlik və ya hansısa səbəblə gecə namazını qıla bilmədikdə gündüz vaxtı on iki rükət qılardı»[8].
Ömər ibn əl-Xəttab Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Kim yatıb, gecə (namaz qılmaq) payını və ya onun bir hissəsini yerinə yetirə bilməsə və onu sübh namazı ilə zöhr namazı arasında oxuyarsa, gecə oxumuş kimi sayılar»[9].

Gecə namazını qılmağa adət edib sonradan onu tərk etməyin məkruhdur (bəyənilməyən haldır):
Abdullah ibn Amr ibn əl-As deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) mənə belə demişdir: «Ey Abdullah, filankəs kimi olma. O gecə namazlarını qılardı, amma sonra tərk etdi»[10].

--------------------------------------------------------------------------------
[1] əz-Zariyat: 15-19.
[2] Hədis həsəndir. Səhih əl-Cami əs-Səğir: ? 2123.
[3] Müslim: 1/ 523/ ? 759. Buxari: 4/ 250/ ? 2009. O, hədisin yalnız Peyğəmbərə nisbət olunan hissəsini rəvayət etmişdir. Əbu Davud: 4/ 245/ ? 1358. Tirmizi: 2/ 151/ ? 805. Nəsai: 4/ 156.
[4] Buxari: 3/ 33/ ? 1147. Müslim: 1/ 509/ ? 738. Əbu Davud: 4/ 218/ ? 1327. Tirmizi:1/ 274/ ? 437.
[5] Müslim: 1/ 524/ ? 761. Buxari: 3/ 10/ ? 1129. Əbu Davud: 4/ 247/ ? 1360.
[6] Hədis səhihdir. Müxtəsər Səhih əl-Buxari: ? 986. Malik: 85/ 247. Buxari: 4/ 250/ ? 2010.
[7] Hədis səhihdir. Səhih Sünən İbn Macə: ? 1098. Əbu Davud: 4/ 194/ ? 1295. İbn Macə: 1/ 423/ ? 1335.
[8] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: ? 4756. Müslim: 1/ 515/ ? 746.
[9] Hədis səhihdir. Səhih Sünən İbn Macə: ? 1104. Müslim: 1/ 515/ ? 747. Tirmizi: 2/ 47/ ? 578. Əbu Davud: 4/ 197/ ? 1299. Nəsai: 3/ 259. İbn Macə: 1/ 426/ ? 1343.
[10] Buxari: 3/ 37/ ? 1152. Müslim: 2/ 814/ ? 1159.


Tarix: 01.05.2013 / 17:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 204 Bölmə: Maraqlı melumatlar