beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

: Qurani Kərimin isbat və inkar etdiyi Şəfaət (I hissə)

Rəhmli, mərhəmətli Allahın adı ilə.
Öz mübarək kitabında «Allahın izni olmadan (qiyamətdə) onun yanında (hüzurunda) kim şəfaət (bu və ya digər şəxsin günahlarının bağışlanmasını xahiş) edə bilər», «De ki: bütün şəfaət yalnız Allaha məxsusdur» sözlərini buyuran Allaha həmd və səna olsun. Allahın qulu və elçisi – böyük şəfaət sahibi Peyğəmbərimiz Məhəmmədə salavat və salam olsun!
Öz həmvətənlərim! Bu kitabça, Allahın izni ilə, Cahiliyyə dövrünə məxsus mövhumat və xurafatdan başqa bir şey olmayan, Islama xac edilən mövzunu az da olsa açıqlayacağıq. Bu, bütün ibadət və itaətlərdə Allahın təkliyini iqrar edən şəhadət kəlməsi «Lə iləhə illəllah»la bağlı mövzudur. Cəmiyyətimizdə hələ də baş alıb gedən, hökm sürən dini savadsızlıq, insanların ibadətin müxtəlif növlərində Allahdan qeyrisinə tapınmasına səbəb olmuşdur ki, bu qeyrilər şəfaətçilər, vasitəçilər və s adlanırlar. Bunu nəzərə alaraq islamda şəfaət mövzusunu açıqlayırıq.

Şəfaət iki cür olur. Onlardan biri məqbul sayılan şəfaətdir ki, Qurani-Kərimdə təsdiq edilmişdir. Ikincisi – rədd edilən, qəbul olmayan şəfaətdir. Onu Quran qadağan edir. Şəfaətin əhəmiyyəti uluhiyyə tövhidindən məlumdur. Şəfaət istəyənlərdən çoxları Allaha deyil, digər vasitələrə əl atmaqda ifrata yol vermiş, həddlərini aşmış, öz vasitəçisinə ad vermişdir. Allaha deyil, başqalarına Allahın hüzurunda özləri üçün şəfaət etməsinə görə dua etmişlər və beləliklə, ən böyük şirkə yol vermişlər. Bu onları qəbul olunmuş şəfaətdən uzaqlaşdırmışdır. Adı «Şəfaət» olan bu kitab uluhiyyə tövhidini əhatə edir.
Rububiyyə tövhidini isə Allaha şərik qoşanlar da (müşriklər də ) qəbul etmişlər.
Bu kitabın ikinci hissəsində suallara cavablar vasitəsilə şirkin qalan növlərindən bəhs olunacaqdır. Allahdan müsəlman alimlərin, hakimlərin və xalqlarının saleh işlər görməsini, onların haqq sözündə birləşməsini və düzgün yolda olmasını istəyirik. O öz mübarək Kitabında buyurmuşdur:
«Doğrudan da Allaha şərik qoşmaq böyük zülmdür!» (Loğman,13).
Allahın qulu və elçisi Peyğəmbərimiz Məhəmmədə, onun ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun.


Quranı qadağan etdiyi – rədd edilən şəfaət

Sual: Allah sübhanəhu və təala hər şəfaət edəndən şəfaət qəbul edirmi, yoxsa bunun bir və ya bir neçə şərti vardır?
Cavab: Allah-təala hüzurunda şəfaət yalnız iki şərtlə qəbul edilir:
Onlardan birincisi: Allah sübhanəhu xəlq etdiklərindən kimə istəsə, ona da şəfaət etmək üçün icazə verər.
Ikinci şərt: Allah sübhanəhu şəfaətə izn verdiyindən razı olması. Bu şərtlərin biri olmazsa, şəfaətin heç bir faydası yoxdur.
Sual: Buna dəlil və sübut nədir?
Cavab: Hər bir iddia dəlilə əsaslanmalıdır. Allah-təala buyurur ki, «Onlara söylə: «Əgər (bu iddianız) doğrudursa, dəlilinizi gətirin» (əl-Bəqərə,111). Qurani-kərimin bir çox ayələrində ona dəlil gətirilmişdir. Hörmətli oxucu! Biz onlardan bəzilərini sizin üçün misal gətirəcəyik: Allah-təala buyurur ki, «Allahın izni olmadan (qiyamətdə) onun yanında (hüzurunda) kim şəfaət (bu və digər şəxsin günahlarının bağışlanmasını xahiş) edə bilər?» (əl-Bəqərə,255). Buna cavab olaraq Allah-təala buyurur ki, «Onun hüzurunda, izn verdiyi kimsələr istisna olmaqla, heç kəsin şəfaəti fayda verməz» (Səba,23). Allah –təala buyurur ki, «Göylərdə neçə-neçə mələk vardır ki, onların şəfaəti heç bir fayda verməz. Ancaq Allah Öz istədiyi və razı olduğu kimsəyə (mələyə, yaxud möminə) izn verdikdən sonra (onun şəfaəti fayda verər)» (ən-Nəcm,26). Allah-təala buyurmuşdur ki, «De ki, bütün şəfaət yalnız Allaha məxsusdur» (əz-Zumər,44). Sübhanəhu və təala buyurmuşdur ki, «O gün Rəhmanın izn verdiyi və söz danışmağına razı olduğu kəslərdən başqa heç kimin şəfaəti fayda verməz» (Taha,109). Təala buyurmuşdur ki, «Onun izni olmadan heç bir şəfaət edən ola bilməz» (Yunus,3). Təala buyurur ki, «Rəbbinin hüzuruna cəm edəcəklərindən qorxanları Quranla xəbərdar et. Onların Allahdan başqa heç bir hamisi və havadarı yoxdur. Bəlkə də, onlar pis əməllərdən çəkinsinlər!» (əl-Ənam,51) O kəslər ki, şəfaət etmək üçün Allaha deyil, övliyalara müraciət edir, bu himayəçiliyin heç bir faydası olmur. Allah sübhanəhu öz mübarək Kitabında bir çox ayələr vasitəsilə bunu aydınlaşdırmış və öz qullarına bunu qadağan etmişdir. Buna dəlil Allah-təalanın nazil etdiyi: «Bunlar Allah yanında bizdən ötrü şəfaət edənlərdir!» deyirlər» (Yunus,18).Allah təala buyurur ki, «Allaha qoşduqları şəriklərdən onlar üçün şəfaət edəcək kimsələr olmayacaq. Onlar bu şəriklərini inkar edəcəklər» (Ər-Rum,13), «(Onlara) Quranla xatırlat ki, heç kəs qazandığı əmələ görə özünü həlaka düçar etməsin. Onun Allahdan başqa heç bir dostu və havadarı yoxdur! O hər hansı fidyəni versə belə, qəbul olunmaz…» (əl-Ənam,70). Allah-təala buyurmuşdur ki: «Şəfaət edənlərin şəfaəti onlara fayda verməz» (əl-Müdəssir, 48).
Hörmətli oxucu! Bu ayələrdən sən bildin ki, Allahın izni və razılığı olmadan hər bir şəfaət batildir və qəbul olması mümkün deyil. Şəfaət üçün Allaha deyil, başqalarına müraciət edilməsi, onlara dua edilməsi ən böyük şürkdir, onu edənlər əbədi olaraq cəhənnəmdə olacaqlar. Bu xislət sahibləri öləndən sonra onlar üçün edilən şəfaətin faydası olmaz, onlar üçün heç kəs şəfaət etməz, əgər edərsə də onun şəfaəti qəbul olunmaz. Buna dəlil olaraq Allah-təala buyurur ki: «(Ya Peyğəmbər!) onları (hövldən) ürəklərin ağıza gələcəyi, udquna belə bilməyəcəkləri (və ya ürəkləri qəm-qüssə ilə dolacağı) yaxın günlə (qiyamət günü ilə) qorxut. (o gün) zalimlərin nə bir dostu, nə də sözü keçən bir şəfaətçisi olar!» (Fafir, Mumin,18). Şirk zülmlərin sonuncusu və ən böyüyüdür. Allah-təala bu xüsusda buyurmuşdur ki: «Doğrudan da, Allaha şərik qoşmaq böyük zülmdür (ağır günahdır)» (Loğman,13).
Hörmətli oxucu! Aləmlərin Rəbbini Onun yaratdıqlarından birinə bərabər tutan müşriklər şəfaət üçün Ona deyil, başqa bir tanrıya ibadətin hər hansı növü ilə – istər sözdə dua ilə, istərsə də əməldə – qəbir əhlinə, cinlərə qurban kəsmək və s ilə ibadət etməklə böyük şirk və böyük günah işlətmiş olurlar, onlar cəhənnəmə gedəcəklər. Onlar üçün heç kəs şəfaət etməyəcək və şəfaət günü onlar öz səhvlərini etiraf edəcəklər. Bu xüsusda Allah-təala buyurur ki: «Onlar orada (öz bütləri və rəisləri ilə) çənə-boğaz olub deyərlər: Allaha and olsun ki, biz (haqq yoldan) açıq-aydın azmışıq. Çünki biz sizi (siz bütləri) aləmlərin Rəbbi ilə bərabər tuturdur. Bizi yalnız günahkarlar azdırdı. Indi artıq nə şəfaət edən kimsələrimiz, nə də mehriban bir dostumuz var!» (əş-Şüəra, 96-101).
O vaxtlar onlar Allahın rəhminə və şəfaətinə ümidlərini kəsəcəklər, şəfaət üçün ibadət etdiklərini onları aldadaraq yanlış yola çəkdikləri, insanları haqqın adı ilə çağırıb, başqa haqq donu geyindirdikləri və özlərinə cəlb etdikləri «Bizim ardımızca gedin, biz sizin səhvlərinizi öz üzərimizə götürərik» deyə vəd etdiklərinə görə cinayətkarları qınayacaqlar. Allah-təala bu xüsusda belə buyurmuşdur: «Kafir olanlar iman gətirənlərə dedilər: «Bizim yolumuza (dinimizə) tabe olun. Günahlarınızı öz boynumuza götürərik. Halbuki onların heç bir günahını öz boyunlarına götürməzlər. Onlar həqiqətən yalançıdırlar. Şübhəsiz ki, onlar həm öz günahları, həm də öz günahları ilə yanaşı daha neçə-neçə günahla (yoldan çıxartdıqları kimsələrin günahları ilə) yüklənəcəklər. Onlar uydurduqları yalanlara görə mütləq sorğu-sual olunacaqlar!» (əl-Ənkəbut,12,13).
Təala bu xüsusda «ən-Nəhl» surəsində belə buyurur: «Qiyamət günü öz günahlarına tamamilə, nadanlıqları üzündən yoldan çıxartdıqları adamların günahlarına da qismən yüklənsinlər. Bir görün onların daşıyacaqları yük necə də pisdir!» (ən-nəhl,25).
Zəiflər qiyamət günü Allah-təalanın «əl-Əhzab» surəsində buyurduğu kimi deyərlər: «Pərvərdigara! Biz analarımıza, böyüklərimizə itaət etdik, onlarsa bizi haqq yoldan azdırdılar. Pərvərdigara! Onlara ikiqat əzab ver, onları böyük bir lənətə (əzaba) düçar elə!» (əl-Əhzab,67-68).

Sual: Allahın izni və razılığı olmayan şəfaət qəbul olunarmı?
Cavab: Allahın ona izni və razılığı olmayan hər hansı bir şəfaət heç kəsdən, hətta şəfaət edən göndərilmiş peyğəmbərlərdən olsa belə, qəbul olunmaz. Qadir və böyük Allah Qurani-kərimdə Ona şəfaət edən üç peyğəmbəri xatırlatmışdır. Onlar Allah qarşısında şəfaət etməyə ürək edən ilk peyğəmbərlər olmuşlar. Allah onların şəfaətini qəbul etməmişdir, çünki buna Onun izni və razılığı olmamışdır. Haqqında danışılan üç peyğəmbər bunlardır:
Birincisi Nuh əleyhissələm olmuşdur ki, oğlu üçün tufan yatandan sonra və gəmi dağa oturandan sonra şəfaət etmişdir. Allah-təala onun şəfaətini qəbul etməmişdir, şəfaəti qadağan edərək ona nəsihət vermişdir: «Nuh (Rəbbinə) (dua ilə) müraciət edib dedi: «Ey Rəbbim! Oğlum (Kənan) mənim ailə üzvlərimdəndir. Sənin vədin, sözsüz ki, haqdır. Sən hakimlərin hakimisən! Allah buyurdu: o sənin ailəndən deyildir. Çünki o, (küfr etməklə) pis bir iş görmüşdür (və ya sənin məndən onu xilas etmək xahişin yaxşı iş deyildir). Elə isə bilmədiyin bir şeyi məndən istəmə. Sənə cahillərdən olmamağı nəsihət edirəm (məsləhət görürəm)» (Hud,45-46).
Ikincisi Ibrahim (Ona Allahın salamı olsun) olmuşdur ki, böyük və qadir Allah onun atası üçün Rəbbindən dua etməlkə bağışlanmasını istəməsi barədə «əl- Mumtəhinə» surəsində belə buyurmuşdur. Ancaq Ibrahimdən öz atasına: «Mən (öz Rəbbimdən) mütləq sənin bağışlanmağını diləyəcəyəm. Mən heç vəchlə səni Allahdan (Allahın əzabından) qurtara bilmərəm (Mənim bacardığım yalnız budur) – deməsi istisnadır» (əl-Mumtəhinə,4) O, (Ibrahim) Allah-təaladan «Atamı bağışla, çünki o, yolunu azmışdır» deyərək xahiş etmişdi. Ibrahimin atasına görə bağışlanma diləməsini Allah qəbul etməmişdir. Lakin Ibrahim əleyhissəlləm günahkar deyildi. Atasının Allaha düşmən olması ona aydın olduqdan sonra o ondan (atasından) uzaqlaşmışdı. Buna dəlil olaraq Allah-təalanın nazil etdiyi «Ibrahimin öz atası üçün bağışlanma diləməsi isə ancaq ona verdiyi vədə görə idi. Atasının Allaha düşmən olması Ibrahimə aydın olduqda o öz atasından uzaqlaşdı (Onunla bütün əlaqələrini kəsdi). Həqiqətən, Ibrahim (Allaha çox dua edərək) yalvarıb-yaxaran və həlim xasiyyətli bir zat idi» (ət-Tövbə,114).
Üçüncü Məhəmməd (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) idi ki, müşrik olaraq ölən əmisi Əbu Talibin bağışlanmasını Allah təaladan diləmək üçün cürət etdi. Qadir və Böyük Allah öz Peyğəmbəri Məhəmmədə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) əmisi üçün bağışlanma diləməsini ona qadağan etdi, çünki onun əmisi şirk işlədərək ölmüşdü. Buna dəlil Allah-təalanın nazil etdiyi: «Müşriklərin cəhənnəmlik olduqları (müsəlmanlara) bəlli olduqdan sonra, onlarla qohum olsalar belə, Peyğəmbərə və iman gətirənlərə onlar üçün bağışlanma diləmək yaraşmaz» (ət-Tövbə,113). Müşriklər üçün bağışlanma dilənməsi peyğəmbərlərə və möminlərə qadağandır və Allah yanında qəbul olunmur. Küfrün ən şiddətli növlərindən biri olan böyük şirki etmiş kəslər Allah hüzurunda nə bağışlanma, nə də şəfaət əhlidir. Onlar üçün şəfaət və bağışlanma diləyən yaxın mələklər, yaxud Peyğəmbərlər olsalar belə, Allah sübhanəhu öz peyğəmbəri Məhəmmədə (s.ə.v.) onlar üçün (müşriklər üçün) bağışlanma diləməyi qadağan etmişdir. Buna dəlil Allah təalanın nazil etdiyi: «(Ya Peyğəmbər!) O münafiqlər üçün istər bağışlanma dilə, istər diləmə; onlar üçün yetmiş dəfə bağışlanma diləsən də, yenə Allah onları bağışlamayacaq» (əy-Tövbə,80). Allah-təala buyurur ki: «Sən onların bağışlanmasını diləsən də, diləməsən də fərqi yoxdur. Onsuz sa Allah onları bağışlamayacaqdır» (əl-Munafiqun,6).
Hörmətli oxucu, sənə təqdim etdiyimiz bəzi misallardan bildin ki, Allah sübhanəhu və təala yaratdığı məxluqlardan şəfaəti yalnız yuxarıda göstərdiyimiz iki şərtlə qəbul edir. Birinci: Sübhanəhunun şəfaəti edənə şəfaət etmək üçün izni; ikinci: şəfaət olunandan Allahın razı olması. Bu iki şərtsiz şəfaət edən istər yaxın mələklər, yaxud göndərdiyi və hətta Ülul əzm peyğəmbərlər Məhəmməd, Nuh, Ibrahim, Musa və Isa (Onlara Allahın salamı olsun) olsa belə, şəfaət qəbul olunmur.


Tarix: 18.04.2013 / 14:00 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 252 Bölmə: Maraqlı melumatlar