beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qurani Kərimin isbat və inkar etdiyi Şəfaət (IV hissə)

Insanlarda zəlalətin (yol azmanın) davam etməsinin səbəbləri

Sual: Insanlarda din yolundan azmanın səbəbləri nədir?
Cavab: Insanların öz atalarının dininə, onun həqiqiliyinə heç bir əsas olmadan aludəçiliyi din yolundan azmanın davam etməsinin səbəblərindəndir. Buna dəlil olaraq Qurani-kərimdə azmışların peyğəmbərlərə verdikləri cavabı gətirəcəyik: «(Ya Məhəmməd!) Biz səndən əvvəl hər hansı bir məmləkətə (Allahın əzabı ilə) qorxudan bir peyğəmbər göndərdiksə, onun naz-nemət içində yaşayan başçıları sadəcə olaraq: «Biz atalarımızı bir din üzərində gördük və biz də onların yolu ilə gedəcəyik!» - dedilər» (əz-Zuxruf,23).

Həmin surədə Allah təala həmçinin buyurur: «Xeyr, (belə bir şey yoxdur). Onlar: «Biz atalarımızı bir din üzərində (bütpərəstlikdə) gördük və biz də onların ardınca gedirdik!» - deyirlər» (əz-Zuxruf,22). «əş-Şüəra» surəsində Təala Ibrahim (ə) qövmünün ona cavabını belə bəyan etmişdir: «Onlar: «Xeyr, ancaq biz öz atalarımızıın belə (ibadət) etdiklərini gördük!» -deyə cavab vermişdilər» (əş-Şüəra,74). «əl-Ənbiya» surəsində təala Ibrahim (ona Allahın salamı olsun) qövmünün cavabı belə olmuşdur: «Onlar: « Biz atalarımızı onlara ibadət edən gördük!» - deyə cavab vermişdilər» (əl-Ənbiya,53). «əl-Muminun» surəsində Allah təala Nuh (ona Allahın salamı olsun) qövmünün cavabını belə göstərmişdir. «Nuh qövmünün kafir başçıları (tabeçiliyində olanlara) dedilər: «Bu sizin kimi yalnız adi bir insandır. (Peyğəmbərlik iddiası ilə) sizə böyüklük etmək istəyir. Əgər Allah (Ondan başqasına ibadət etməməyimizi) istəsəydi, (bizə peyğəmbər olaraq insan deyil), mələklər göndərərdi. Biz bunu (Nuhun təbliğ etdiyi tövhidi) ulu babalarımızdan (keçmiş ümmətlərdən) eşitməmişik» (əl-Muminun,24). Allah təala «Ibrahim» surəsində peyğəmbərlərin ümmətinə və ümmətin peyğəmbərlərə cavabını belə göstərmişdir: «Peyğəmbərləri də (onlara) belə cavab vermişdilər: «Məgər göyləri və yeri yaradan Allaha da şübhə etmək olarmı?! Allah günahlarınızı bağışlamaq və sizə müəyyən vaxta qədər (ömrünüzün sonuna kimi) möhlət vermək (sizi əzabla deyil, öz əcəlinizlə öldürmək) üçün imana dəvət edir». Onlar demişdilər: «Siz də bizim kimi adi bir insansınız. Bizi atalarımızın ibadət etdikləri bütlərdən döndərmək istəyirsiniz. (Əgər bacarırsınızsa, sizin ibadət etdiyiniz Allahın haqq, bizim tapındığımız bütlərin isə batil olmasını sübut edən) açıq-aşkar bir dəlil gətirin!» (Ibrahim,10). Loğman surəsində Təala belə buyurmuşdur: «Onlara (Məkkə əhlinə): «Allahın nazil etdiyi Qurana tabe olun!» - deyildikdə, onlar: «Xeyr, biz atalarımızın getdiyi yola (ibadət etdiyi dinə) tabe olacağıq!» - deyə cavab verərlər. Bəs Şeytan onları Cəhənnəm odunun əzabına çağırırsa necə?» (Loğman,21). Təala «Yunus» surəsində Musa (əleyhissəlam) qövmünə cavabını belə bəyan edərək buyurmuşdur: «Onlar Musaya və Haruna: «Bizi atalarımızın tapındığı dindən döndərmək, özünüz də yer üzündə böyüklük etmək üçünmü gəldiniz? Biz sizə iman gətirən deyilik!» - dedilər» (Yunus,78).
Hörmətli oxucu! Misal olaraq gətirdiyimiz mübarək ayələrdən sənə aydın oldu ki, Peyğəmbərlər (onlara Allahın salamı olsun) öz qövmlərini tək, şəriki olmayan Allaha ibadət etməyə dəvət etmişlər. Peyğəmbərlərdən hər birinin onlara dediyi ilk söz: «Qövmüm! Tək olan Allaha ibadət edin! Sizin ondan başqa ilahiniz yoxdur!» olmuşdur. Onların Perğəmbərə cavabı çox iyrənc olmuşdur.Bu cavab peyğəmbərlərə tabe olmamaq, öz atalarının dininə bağlılıq və yoldan azmaya dəlalətdir. Allah-təala «əs-Saffat» surəsində buna dəlil olaraq buyurmuşdur: «Çünki onlar atalarını (dünyada haqq yoldan) azmış gördülər. Bununla belə yüyürə-yüyürə onların ardınca düşüb getdilər» (əs-Saffat,69,70). Onlar atalarının dinindən bərk yapışdılar və əgər onlardan bəzisi başa düşsəydi ki, atalarının dini səhv dindir, o vaxt peyğəmbər (S,ə.v.) etdiyi kimi edərdilər. Allah-təala Əbu Talib hekayətində Peyğəmbərin (S,ə.v.) əmisi Əbu Talibə dediyini göstəmişdir: «Əmi, «La ilaha illəllah» de!». Əbu Talib cavabında ona demişdir: «Əgər Qureyş məni məzəmmət etməsəydi, mən səni onunla («la ilaha illəllah» kəlməsilə) sevindirərdim». Əbu Talibin şerləri Allahın peyğəmbərinə (S,ə.v.) sədaqəti ifadə edir. Lakin o öz atalarının dininə bağlı qaldı və Qureyşin onu məzəmmət etməsindən qorxaraq onları təqlid edərək öldü.
Hörmətli oxucu! Hesab gününə inanan hər bir adam savaba ümid edir, cəzadan qorxur, işləri və sözləri ilə Allah rizasını qazanmaq istəyir.
Bütün bunların onun Cənnətə getməsinə səbəb olmasını istəyir. Bəndənin bu iddiasının sübuta ehtiyacı var. Sübhanəhu və Təala Qurani-Kərimin «əl-Bəqərə» surəsində bu xüsusda belə buyurmuşdur: « (Yəhudilər və xaçpərəstlər) dedilər: «Cənnətə yəhudilərdən və xaçpərəstlərdən başqası girməyəcək!» Bu ancaq onların xülyalarıdır (Ya Məhəmməd!) onlara söylə: «Əgər (bu iddianız) doğrudursa, dəlilinizi gətirin!» (əl-Bərərə,111). Hər bir söz və əməl Qurani-kərimlə tutuşdurulmalı və Allahın peyğəmbərinin (S,ə.v.) sünnəsində təsdiq olunmalıdır. Çünki bu iki mənbə hər şeyə hökm verir. Allah –təala bu xüsusda Qurani-kərimdə belə buyurmuşdur: «Biz kitabda heç nəyi nəzərdən qaçırtmadıq». Təala «ən-Nəhl» surəsində buyurmuşdur ki: «Qiyamət günü hər ümmətə özlərindən bir şahid (hər ümmətin öz peyğəmbərini) tutacağıq. (Ya Məhəmməd), səni də bunlara (öz ümmətinə) şahid gətirəcəyik». «Biz Quranı sənə hər şeyi (dini hökmləri, halal-haramı, günah və savabı) izah etmək üçün, müsəlmanlara (və ya Allahın vəhdaniyyətini qəbul edən bütün insanlara) da bir hidayət, mərhəmət və müjdə olaraq nazil etdik!» (ən-Nəhl,89). «ən-Nəcm» surəsində Allah təala Öz peyğəmbərləri Məhəmməd (S,ə.v.) barədə belə buyurmuşdur: «O, kefi istəyəni (havadan) danışmır» (ən-Nəcm,3).
Döğrudan da, Qurani-kərimdə və Allahın peyğəmbərinin (S,ə.v.) sünnəsində haqq və batil sübut olunmuşdur. Hər bir şeyə Quranda və sünnədə hökm vardır. Bu insanın tabe və əsaslanmalı olduğu həqiqətdir.Bu, Allahın məxluqlara əməl etməyi və tabe olmağı tapşırdığı haqqdır. Quranda və Sünnələrdə günah buyurulan nə varsa, rədd və imtina olunmalı batildir. Ağıllı insanı əksəriyyət heç vaxt yolundan azdıra bilməz. Doğrudan da, ölənlərin əksəriyyəti Allah təalanın buyurduğu kimi: «Əgər sən yerdəki əksəriyyətə itaət etsən, onlar səni Allahın yolundan azdırdılar» deyirdilər.

Əs sələmu aleykum və rəhmətullahi və bərəkətuhu!


Tarix: 18.04.2013 / 13:59 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 155 Bölmə: Maraqlı melumatlar