beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ölüm ibrət və qaydalar (MEYİTİN KƏFƏNƏ ALINMASI)

ONUNCU: MEYİTİN KƏFƏNƏ ALINMASI
1. Meyidi yuyub qurtardıqdan sonra onu kəfənə bükmək lazımdır.
2. Kəfənin qiyməti, vəfat edənin bir xələfi yoxdursa, onun öz malından ödənməlidir.
3. Kəfən bütün bədəni örtməlidir.
4. Şəhidin paltarını soyundurmaq olmaz. Şəhid həlak olarkən geymiş paltarda dəfn olunur. O, Allah ilə cihad libasında görüşməlidir.
5. Şəhidi paltarın üstündən kəfənləyərək dəfn etmək müstəhəbdir.

6. İhram paltarında ölən şəxs geymiş olduğu paltarda da dəfn edilir.
7. Kəfəndə ağ parça müstəhəbdir.
8. Ölünü paltarda dəfn etdikdə:
a) ağ parçadan olan ;
b) ağ rəng üstünlük təşkil edən zolaqlı paltarlar daha müstəhəbdir.
9. Kəfən üç dəfə ətirli tüstüyə verilir. İhram paltarına bu aid edilmir.
10. Kəfənə parça işlətməkdə ifrata varmaq olmaz. Bu həm Rəsulullahın (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) göstərişlərinə ziddir, həm də artıq xərcdir.
11. Qadın da kişi kimi kəfənə alınır. Onlar arasında fərqə aid səhih bir dəlil yoxdur.


Tarix: 17.04.2013 / 15:45 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 78 Bölmə: Maraqlı melumatlar