beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ölüm ibrət və qaydalar (DƏFN VƏ SONRAKI İŞLƏR)

ON ÜÇÜNCÜ: DƏFN VƏ SONRAKI İŞLƏR
1. Meyit, kafir olsa belə dəfn edilməlidir.
2. Müsəlmanı kafirlə, kafiri müsəlmanla dəfn etmək olmaz. Hər biri öz qəbrində dəfn olunmalıdır.
3. Sünnəyə görə, meyit qəbristanda dəfn olunmalıdır. Yalnız şəhidlər qəbristana aparılmayıb şəhid olduqları yerdə dəfn olunurlar. Bəziləri ölüləri məsciddə, mavzoleydə və s. bu kimi yerlərdə dəfn etməyi məsləhət görürlər. Bu, Allah sübhənəhunun dininə görə yasaqdır.
4. Qadağan olunmuş vaxtlarda dəfn icra etmək olmaz. Həmçinin, gecə vaxtı. Yalnız zəruri hallarda buna yol verilir. Çıraqdan istifadə edildikdə dəfn əməliyyatını asanlaşdırmaq üçün onunla qəbrə düşmək olar.
5. Qəbri dərin və geniş qazımaq, onun möhkəmləndirmək lazımdır.

6. Qəbri qazıyarkən iki iş görmək olar:
a) ləhd-qəbrin içində qiblə tərəfində divar içi;
b) şəqq-aşağı tərəfdən qazılan çuxur.
Üstünlük birinciyə verilir.
7. Bir qəbirdə eyni vaxtda iki və zəruri hallarda üç və daha çox adam basdırmaq olar. Bir neçə nəfər içində ən mömin adam birinci dəfn olunur.
8. Meyidi, o cümlədən qadını da məzara qadınlar deyil, kişilər endirməlidirlər.
9. Meyidi qəbrə endirməkdə onun yaxın qohumlarına üstünlük verilir.
10. Arvadın dəfn işlərini ər özü görə bilər.
11. Ölmüş qadını basdıran həmən gecə öz arvadı ilə yaxınlıq etməməlidir.
12. Sünnəyə görə, meyit məzarın aşağı hissəsində qəbrə endirilir.
13. Meyit qəbrdə sağ tərəfi üstə qibləyə tərəf qoyulur.
14. Meyiti məzara qoyan şəxs deməlidir: «Bismilləhi va əla sünnəti (və ya milləti) rəsulillahi» (Ona və ailəsinə Allahın salavatı və salamı olsun)- Bismillah va Allahın peyğəmbərinin qanununa (millətinə) uyğun olaraq»
15. Qəbri örtəndən sonra dəfndə iştirak edənlərin hər birinin onun üstünə hər iki ovuc dolusu üç dəfə torpaq atması müstəhəbdir
16. Dəfndən sonra aşağıdakı işləri görmək Sünnəyə uyğundur.
a) Qəbr yerdən bir qarışdan çox olmayaraq hündü¬lükdə olmalıdır ki, görünsün, itməsin, taptalanmasın;
b) yuxarıda göstərilən hündürlükdə bir təpəcik şəklində qaldırılmalıdır;
v) Qəbrin üstündə onu tanımaq üçün adi daş və ya başqa bir şey qoyulur;
q) Qəbr üstündə durub dua oxunur, ona möhkəmlik arzu edilir, Allahdan bağışlanma dilənir. Dəfndə iştirak edənləri də bu cür hərəkət etməyə çağırmaq lazımdır.
17. Dəfn zamanı iştirak etmiş adamlara ölümü və ondan sonranı xatırlamaq üçün qəbrin ətrafında oturmaq lazımdır.
18.Bəziləri ölümündən qabaq özünə qəbir qazdırırlar. Bunu etmək olmaz. Nə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun), nə də səhabələr belə etmişlər. Bəndə harada öləcəyini bilə bilməz. Əkər bundan məqsəd ölümə hazırlaşmaq, onu yada salmaqdırsa, onda bunu yaxşı işlər görməklə, qəbirləri ziyarət etməklə büruzə vermək lazımdır. Dinə yeni əlavələr edilməməlidir.


Tarix: 17.04.2013 / 15:44 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 154 Bölmə: Maraqlı melumatlar