beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

MÜSƏLMAN HƏYATINDA İBADƏTLƏRİN İZİ( Zəkat,Oruc, Həcc)

Zəkat da müsəlmanın həyatında böyük əhəmiyyətə malik iz buraxan ibadətlərdən biridir. O, nəfsi paxıllıqdan və xəsislikdən qoruyar, malı təmizləyər və onun çoxalmasına, artmasına səbəb olar. Zəkat müasir dövrdə sosial borc adlandırılan insanlar arasında yardımlaşmanın yarnmasını təmin edər. Varlılar qazanclarından bir hissə çıxardaraq kasıblara verər, kasıblar da Allah taalanın onlara varlıların qazanclarında tanıdığı haqlardan istifadə edərək ehtiyaclarını ödəyərlər. Muaz bin Cəbəlin hədisində rəsulullah (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) buyurur: “Əgər onlar bunda (Yəni namaz qılmaqda) sənin çağırışına cavab versələr, onda bildir ki, Allah onlara mallarında sədəqə çıxartmağı – varlılardan alıb, kasıblara verməyi fərz qılmışdır”(Hədisi Buxari və Müslim rəvayət etmişlər.)

Zəkatın verilməsində varlılar üçün böyük fayda var. Belə ki, nəfsləri təmizlənir, qazancları artır, etdikləri xeyirxahlıqlar sayəsində kasıb olan və sıxıntı keçirən müsəlman qardaşlarının çətinlikləri dəf olunur. Beləcə, verilən zəkat ehtiyacı olanların ehtiyaclarını ödəyir. Allah taala zəkat verməyi varlıya ziyan törətmədən, eyni zamanda kasıba faydalı şəkildə verməyi əmr etmişdir. Çıxılan zəkat qazancın az hissəsini təşkil edir. Maldan çıxılan az bir hissə kasıbın ehtiyacını ödəməklə yanaşı varlının qazancına da ziyan vermir.
Orucun da müsəlman həyatında olduqca böyük əhəmiyyətə və faydalı nəticəyə malik iz buraxır. Oruc insanı müdafiə edir. Rəsulullah (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) buyurur ki, Oruc qalxandır”.(Hədisi Buxari (1894) və Müslim (1151) rəvayət etmişlər)
”. O axirətdə oddan qorunmaq üçün sanki, bir qalxandır. Eyni zamanda günahlardan müdafiə edən sipərdir. Onda nəfslərin istəklərini zəiflədən bir qüvvə var. Nəfslərin qorunub-qorunmaması isə axirətdə aqibəti müəyyən edir. Rəsulullah (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) buyurur ki, “Cənnət çətinliklərlə əhatə, Cəhənnəm şəhvətlərlə əhatə olunmuşdur”.(Buxari (6487) Müslim (2822)
Bu hədis İmam Müslimin rəvayətindən götürülmüşdür. Cənnətə aparan yol Allaha itaət edərkən və asiliklərdən çəkinərkən səbr etməyi tələb edir. Cəhənnəmə gedən yolu isə şəhvətlər və istəklər bürümüşdür. əgər insan bu istəklərdən uzaqlaşsa, salamatlıq əldə edər. Yox əgər istəklərə uysa, bu onu keçici lakin dünya və axirətdə böyük peşmançılıq, xüsran və eyib gətirən həzlərə - haram işlərə sövq edər. Abdullah bin Məsuddan rəvayət olunan hədisdə peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) belə buyurur: “Ey cavanlar, sizdən kim imkan eləsə, evlənsin! Evlənmək övrətin və gözün ən gözəl qoruyucusudur. Bunu bacarmayanlar isə oruc tutsun!” Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) bildirdi ki, əgər insan evlənməyə qadirdirsə, onun imkanları buna yol verirsə, onda evlənərək özünü və başqalarını günahdan qorumalıdır. Yəx, əgər onun evlənməyə imakanı yoxdursa, onda rəsulullahın (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) tövsiyə etdiyi peyğəmbər müalicəsi olan orucdan istifadə etməlidir. Çünki, oruc hər mənada mənfəətli və günahlara düşməkdən qoruyan bir ibadətdir. Insan oruclu olarkən oruclu olmadığı vaxtla müqayisədə özünü haramlardan və haramlara gedən yollardan qorumaq gücündə olur.
Belə qənaətə gəlinir ki, rəsulullah (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) tərəfindən cavanalara tövsiyə odur ki, evlənmək imakanı olan evlənsin, imkanı olmayanlar isə nəfslərini orucla günaha düşməkdən qorusunlar.
Varlıların oruc tutmasında xüsusi bir hikmət var ki, onlar oruc tutduqları zaman aclığı hiss edirlər, sonra da Allahın onlara verdiyi nemətlərə görə şükr edirlər. Və aclıqdan əziyyət çəkən müsəlman qardaşlarının olduğu barədə daha çox fikirləşirlər. Başqa bir tərəfdən oruc onların kasıblara və ehtiyacı olanlara kömək etmələrinə və xeyirxahlıq etmələrinə səbəb olur.
Həmçinin, Həcc böyük bir ibadətdir. Allah taala qulların ömürlərində bir dəfə olsa da həcc etmələrini əmr etmişdir. Təbii ki, bu ibadət maddiyyat və sağlamlıqla bağlıdır. Onun müsəlmanın həyatında buraxdığı iz çox böyük və faydalıdır. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) buyurur: “Bir ümrə ilə o biri ümrə arasındakı günahların kəffarəsi var. Haqqı ilə yerinə yetirilən Həccin isə mükafatı yalnız Cənnət ola bilər”.(Buxari (1773) Müslim (1349)
Əbu Hureyrədən rəvayət olunur ki, peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) ən fəzilətli əməl haqqında soruşulduqda, belə buyurdu: “Allah və rəsuluna iman gətirmək”. Soruşdular: “Daha hansı?” Buyurdu: “Allah yolunda cihad etmək”. “Daha hansı?” – deyə, yenidən soruşulduqda, peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) buyurdu: “Haqqı ilə yerinə yetirilən Həcc!”(Buxari (26) Müslim (83)
Əbu Hureyrədən rəvayət olunan başqa bir hədisdə rəsulullah (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) belə buyurur: “Kim pis söz söyləmədən və fasiqliq etmədən Allah üçün həcc etsə, anasının onu doğduğu gün kimi (günahsız) qayıdar”.(Buxari (1521) Müslim (1350)
Haqqı ilə yerinə yetirilən həcc deyildikdə o nəzərdə tutulur ki, həcc peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) pak sünnəsinə uyğun şəkildə yerinə yetirilməli, onun insanda buraxdığı iz həcdən sonra hiss olunmalıdır. Əgər həcdən sonra onun mənəvi aləmi pislikdən yaxşılığa və ya yaxşılıqdan daha çox yaxşılığa istiqamətdə dəyişibsə, deməli həmin şəxs həccini haqqı ilə yerinə yetirib.
Onu da qeyd etmək lazımdır ki, həcc və ümrə yalnız onları yerinə yetirən zaman olan ibadətlərin edilməsinə yol açır. Məsələn, Allah taalanın müqəddəs evini ziyarət etməyin ən əsas rüknlərindən biri olan təvaf ibadətidir ki, yalnız həcc və ya ümrə zamanı Məkkəyə çatdıqda yerinə yetirilir. Başqa heç bir yerdə bu ibadətə rast gəlmək ümükün deyil. Buradan da belə aydın olur ki, Kəbəni təvaf etməkdən başqa heç yeri təvaf etmək Allah taalanın şəriətinə uyğun deyil. Hər hansı bir qəbrin, türbənin və sair yerlərin təvaf edilməsi Allaha yaxınlaşdıran ibadətlərdən sayılmır. Həmçinin, qara daşın öpülməsi və toxunulması yalniz həcc mərasimi zamanı yerinə yetirilən ibadətlərdəndir. Allah sübhənahu və taala bu iki ibadət zamanı yerinə yetirilməsi istisna olmaqla, Ona yaxınlaşmaq üçün müsəlmanlara digər yerləri öpməyə və toxunmağa icazə vermir. Buna görə də Ömər bin əl-Xəttab (Allah ondan razı olsun!) qara daşa yaxınlaşıb onu öpərkən belə demişdi: “Əgər rəsulullahın (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) səni öpdüyünü görməsəydim, mən səni öpməzdim”.
(Buxari (1597) Müslim (1270)
Həcc və ümrənin faydalarından biri də odur ki, orada olan varlı, kasıb hamısı eyni platarda – ehramda olurlar. Həmçinin, bu paltar ölərkən geyinilən kəfənə oxşayır ki, bu da insanı ölüm qabağı saleh əməllərlə tədarük yığmağa sövq edir. Allah taala buyurur: “Azuqə yığın! Həqiqətən, ən xeyirli azuqə təqvadır”.
Həmçinin, bütün hacıların bir yerə yığışması Qiyamət günü bütün insanların bir yerə toplaşacağını xatırladır. Bu da həmin günə saleh əməllər edərək hazırlaşmağımız üçün stimuldur.
Həcc zamanı düynanın dörd tərəfindən gələn müsəlmanlar bir-biriləri ilə görüşür, hal-əhval tuturlar. Bir-birilərini daha yaxından tanıyır, bir-birilərinə tövsiyələr edirlər, sevinclərini və kədərlərini bölüşürlər. Onlar məhz həmin zaman və həmin məkanda Allah sübhənahu və taalanın əmr etdiyi kimi xeyirxahlıq və təqva üzərində bir-birləri ilə dostlaşırlar.
Bu nəticə ortaya çıxır ki, Allah taalanın üzərində Hənif dinini və şəriətini qurduğu bu möhtəşəm ibadətlər müsəlmanın həm dünya, həm də axirət həyatında olduqca əhəmiyyətli və əzəmətli izlər buraxır.
Allahdan diləyim odur ki, hamımıza razı qaldığı işlər müyəssər etsin, bizi söz eşidib ən yaxşısına tabe olanlardan və doğru yolu özünə məslək seçənlərdən etsin! Həqiqətən, Allah səxavətli və kərimdir. Allahın ən xeyirli elçisi olan peyğəmbərimiz, imamımız və ağamız olan Abdullahın oğlu Məhəmmədə, onun ailəsinə, səhabələrinə və onun hidayət yolunu tutan hər kəsə Allahın salavatı, salamı, bərkəti və neməti olsun! Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur.
Əs-salamu aleykum va rahmətullahi və bərəkətuhu!


Tarix: 17.04.2013 / 15:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 313 Bölmə: Maraqlı melumatlar