beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şaban ayında qiblənin dəyişməsinin bilinməsi.

Allah Təala buyurur: “- (Ya Rəsulum!) Biz sənin üzünün göyə tərəf çevrildiyini görürük, ona görə də səni razı olduğun qibləyə tərəf döndərəcəyik. İndi üzünü Məscidül Hərama tərəf çevir! (Ey müsəlmanlar!) Harada olsanız (namaz vaxtı) üzünüzü oraya döndərin! Kitab verilmişlər bunun öz Rəbbi tərəfindən bir həqiqət olduğunu yaxşı bilirlər. Allah onların əməllərindən xəbərsiz deyildir.”
(Qurani Kərim, Azərbaycan dilində (Tərcümə Vasif Məmmədəliyev və Ziya Bünyadovundur), əl-Bəqərə (İnək) surəsi, 144-cü ayə)

Aişə (r.a) , möminlərin anası belə dedi: “Rəsulullahı (s.ə.s) Ramazan ayında orucu yarımçıq olaraq, Şaban ayında isə tam olaraq tutduğunu görmədim.(yəni Şaban ayının çoxunu oruc tutardı.Tam olmamaq şərti ilə)
(Əbu Davud və Nəsai rəvayət etmiş, İbn Hüzeymə səhih demişdir)
Əsəmə ibn Zeyd (r.a) deyir ki, Rəsulullaha belə dedim: “Mən Şaban ayındakı
qədər başqa bir ayda oruc tutmağını görməmişəm?” O dedi: “- Şaban və Ramazan ayı elə bir aydır ki, insanlar o aylardan qəflətdədirlər. Həmin aylarda əməllər aləmlərin Rəbbinə ərz olunur. Mən əməlimin oruclu olaraq ərz olunmasına ümid edirəm.
(Buxari və Muslim)
Artıq islam Rəsulullah (s.ə.s) tərəfindən təbliğ edildikdə Məkkədə müşriklərin və münafiqlərin, Mədinədə isə yəhudilərin dirənmələrinə məruz qaldı. Onlar müxtəlif müharibələr, hiylələr, iftiralar, nifaqlar və ayrılıqlar salaraq müharibələrin meydana gəlməsinə səbəb oldular. Onlardan bir çoxu döyüş və müharibə meydanlarında öldürüldülər, İslamın ayaqda durması və möhkəmlənməsi uğrunda mübarizədə Allah rəsuluyla (s.ə.s) bərabər Allahın izni ilə onunla bərabər köməkləşmişlər və onlarla bərabər olmuşlar. Onlara əks olanların azması, üsyanı və hiylələriAllaha qarşı idi. Allaha and olsun ki, Allah hiylə edənlərin ən yaxşısıdır.
Artıq mübarək aylardan biri olan Şaban ayı, ən müəzzəm Ramazan ayında bu döyüşlərin bir qismindən sonra Rəsulullah (s.ə.s) səhabələriylə Mədineyi Münəvvərəyə hicrət etdi. Bu şaban ayında baş verən ən böyük döyüşdə qiblə Aqsa məscidindən Məscidil Münəvvərəyə (Məkkə məscidinə) dəyişildi. Artıq yəhudilərin möminlərə qarşı gizli hiylələri yayıldı. Məqsədləri islamın mövqeyini, Allahın əmrlərini hər cür pisliklə eybəcərləşdirmək, bu buyruqların düzgünlüyünə şübhə etməyə və onlardan guya özlərini gözləməyə, onlardan kənar qaçmağa və eləcə də bu zəmində batil, yalançı çağırışlar qurmağa başladılar ki, müsəlmanlara bacardıqları qədər onların dini haqqında cavab versinlər. Ancaq Allah və Rəsulu möminləri bu səfehlərə necə cavab verməyi öyrətdi. Bu hiylələrini ortaya çıxartdı. Bu mənfur döyüşdə onların hiylələrini və yalanlarını batil etdilər. Allah Təala öz övliyalrına qələbə və dəstəyi nəsib etdi. Hansılar ki, Peyğəmbərin (s.ə.s) ardınca getdilər, ona dayaq oladular, kömək etdilər, ona nazil olan Nurun ardınca getdilər və nicat tapanlar da onlardır.
Artıq islama və müsəlmanlara qarşı olan döyüşlər get-gedə çoxalan müxtəlif forma və şəkillər almışdır. Bu dinin qarşısına sipər çəkməkdə, onun gerçəkliyini eybəcərləşdirməkdə, faydalı olan şeyləri görüb onu zəmm edən bu döyüş sahibləri onun doğruluğu, güvənliliyi, düzgünlüyü ilə tanınan Peyğəmbərə və onun səhabələrinə qarşı idi. Allah Təala buyurur: “- Bilirik ki, onların (Quran barəsində) dedikləri söz səni çox kədərləndirir. Həqiqətdə isə onlar səni yalançı hesab etmirlər (ürəklərində sənin həqiqi peyğəmbər olduğunu yaxşı bilirlər). Ancaq o zalımlar (müşriklər) Allahın ayələrini inadla inkar edirlər.”
(əl-Ənam (Davar) surəsi, 33-cü ayə)
Məkkədə müşriklərin döyüşləri.
Məkkədə müşriklərin islama qarşı döyüşləri yalan, hiylə, qəhr və dəvətin şənini alçaltmaq üzərə qurulmuş və hər vasitə ilə müsəlmanların öz dinləri barəsində gördükləri işə təsir göstərmək, başqalarının bu dinə daxil olmasına görə qorxutmaq üzərə qurulmuşdur.
Müşriklərin Rəsulullaha və onun çağırışı və dəvətinin yayılması zamanı ona, o bir cadugərdir və onun oğul-ata, ər-arvad arasına çaxnaşma salan cadudur. Öz müttəfiqlərindən elə bir söz istəyirdilər ki, onunla islama, onun açıq aşkar göndərilən kitabına bir sipər çəksin. Qeyd edilir ki, onun özünə, camaatına qarşı yalançı olanlara Allah Təala belə buyurur: “ - (Müşriklər) dedilər: “Bu necə peyğəmbərdir ki, yemək yeyir, bazarları gəzib dolaşır? Məgər ona özü ilə birlikdə (insanları Allahın əzabı ilə) qorxudan (və onun həqiqi peyğəmbər olduğunu təsdiq edən) bir mələk göndərilməli deyilmi?
- Yaxud ona (ruzi qazanmaqdan ötrü bazarları dolaşmasın deyə göydən) bir xəzinə endirməli və ya ondan (onun meyvəsindən) yeyib dolanmaq üçün bir bağı olmalı deyildimi?” Zalımlar (müşriklər möminlərə) dedilər: “Siz ancaq ovsunlanmış (buna görə də ağlını itirmiş) bir adama tabe olursunuz!”
(əl-Furqan ,surəsi, 7-8 ci ayələr)
“18 - O (Quran barəsində) fikirləşdi və (orada deyilənləri öz ürəyində) ölçdü-biçdi.
19 - Ölüm olsun ona! Necə ölçdü-biçdi?! (Peyğəmbərə sehrbaz dedi).
20 - Yenə də ölüm olsun ona! Necə ölçdü-biçdi?!
21 - Sonra (qövmünün üzünə) baxdı.
22 - Sonra üz-gözünü turşutdu, qaşqabağını tökdü.
23 - Sonra da (imandan) üz çevirdi, (Peyğəmbərə tabe olmağa) təkəbbür göstərdi.
24 - Və dedi: “Bu (sehrbazlardan) öyrənilən sehrdən başqa bir şey deyildir!
25 - Bu yalnız bəşər sözüdür!”
(əl-Muddəssir (Bürünüb sarınan) surəsi, 18-25 ci ayələr)
Onlar Allahın haqq sözünü doğru olaraq bildikləri və Rəsulunun (s.ə.s) doğru sözlü olduğunu bildikləri halda Allaha və Rəsuluna sehr və yalan iftiralarını atdılar. İmana yenicə gəlmiş müsəlmanlara əzab verir və kürəklərini qamçılarla yandırırdılar. Bilalın sinəsinə ağır daş qoymuş, Süməyya və Yasirə əzab verərək şəhid etmişlər. Əmmar ibn Yasiri əzabla öldürmüş, hətta dinlərini tərk etmələri üçün bir çox müsılmanlara işgəncə vermiş, lakin onların imanı uca dağlar kimi titrəməmiş, müşriklərin onlara qarşı vuruşmağı labüd bir məğlubuyyətə uğramışdır. Dəvətə və onun elçisinə gələn alçaltmalara, xəyanətlərə gəlincə, Məkkə müşrikləri ərəb qəbilələrindən olan hacıları qarşılayır və onları bu adamın çağırışından ehtiyatlı olmalarını tapşırardılar. O adam ki, onu öz ağalarından, ağsaqqallarından olmadığını təsdiq edirdilər və bununla da onlar onun və dəvətinin qiymətini azaltmağa çağırırdılar: “ - Onlar dedilər: “Məgər bu Quran iki şəhərdən (Məkkədən və ya Taifdən) olan böyük bir adama (ya Vəlid bin Müğirəyə, yaxud da Ürvə bin Məsuda) nazil edilməli deyildimi?”
- (Ya Rəsulum!) Məgər sənin Rəbbinin mərhəmətini (peyğəmbərliyini) onlarmı paylaşdırırlar?! Dünyada onların dolanacaqlarını (keçinəcəklərini) öz aralarında Biz bölüşdürdük. Bir-birlərinə iş gördürsünlər deyə, bəzilərinin dərəcələrini digərlərindən üstün tutduq. Sənin Rəbbinin mərhəməti onların yığdıqlarından (dünya malından) daha yaxşıdır!”
(əz-Zuxruf ,surəsi, 31-32-ci ayələr)
“7 - (Müşriklər) dedilər: “Bu necə peyğəmbərdir ki, yemək yeyir, bazarları gəzib dolaşır? Məgər ona özü ilə birlikdə (insanları Allahın əzabı ilə) qorxudan (və onun həqiqi peyğəmbər olduğunu təsdiq edən) bir mələk göndərilməli deyilmi?
8 - Yaxud ona (ruzi qazanmaqdan ötrü bazarları dolaşmasın deyə göydən) bir xəzinə endirməli və ya ondan (onun meyvəsindən) yeyib dolanmaq üçün bir bağı olmalı deyildimi?” Zalımlar (müşriklər möminlərə) dedilər: “Siz ancaq ovsunlanmış (buna görə də ağlını itirmiş) bir adama tabe olursunuz!”
9 - (Ya Rəsulum!) Bir gör sənin barəndə necə məsəllər çəkdilər! (Səni divanəyə bənzətdilər, peyğəmbərliyinin həqiqi olduduğunu təsdiq etmək üçün göydən mələk endirilməsini tələb etdilər!) Artıq (doğru yoldan) azdılar və bir daha (haqqa) yol tapa bilməzlər!
10 - (Ya Rəsulum!) Əgər istəsə, sənə ondan (müşriklərin dediklərindən) daha yaxşısını – (ağacları) altından çaylar axan cənnətlər verə bilən, sənin üçün qəsrlər yarada bilən Allah nə qədər (uca, nə qədər) uludur!
11 - Lakin onlar (təkcə səni deyil) o saatı da (qiyaməti də) yalan saydılar. Biz də o saatı (qiyaməti) yalan hesab edənlər üçün (Cəhənnəmdə) şiddətli bir atəş hazırladıq.
12 - O (atəş) onları uzaqdan görüncə (kafirlər) onun qəzəblə qaynamasını və uğultusunu eşidərlər.
13 - Onlar əlləri boyunlarına bağlı vəziyyətdə o atəşdən dar bir yerə atıldıqları zaman (Dünyada Allaha asi olduqlarına görə özlərinə bəd dua edib) ölüm diləyərlər.
14 - (Onlara istehza ilə deyilər: ) “Bu gün özünüzə bir ölüm diləməyin, çox ölüm diləyin!” (Belə bir gündə bir dəfə vaveyla deməkdən, bir dəfə özünə ölüm istəməkdən heç nə çıxmaz. Allahın əzabı intəhasız və dəhşətli olduğu üçün dəfələrlə vaveyla deyib, dəfələrlə özünüzə ölüm diləməlisiniz!)
15 - (Ya Rəsulum!) Onlara de: “Bu (cəhənnəm odu) yaxşıdır, yoxsa Allahdan qorxub pis əməllərdən çəkinənlərə bir mükafat və sığınacaq olaraq vəd edilən Xüld cənnəti?”
16 - Onlar üçün orada istədikləri hər şey vardır. Onlar orada əbədi qalacaqlar. Bu, (bəndələr tərəfindən) sənin Rəbbindən (yerinə yetirilməsi) istənilən bir vəddir. (Bəndələr öz yaxşı əməlləri müqabilində Allahın onlara Cənnət qismət etməsini diləmiş, Allah da onlara bu barədə verdiyi vədi yerinə yetirmişdir).
17 - (Allah müşrikləri) və onların Allahdan qeyri ibadət etdiklərini (bütləri) məhşərə toplayacağı gün (qiyamət günü) belə buyuracaqdır: “Mənim bu bəndələrimi (haqq yoldan) siz (bütlər) çıxartdınız, yoxsa onlar özləri yoldan çıxdılar?”
18 - (Bütlər) deyəcəklər: “Sən paksan, müqəddəssən! Səni qoyub (özümüzə) başqa dostlar (hamilər) qəbul etmək bizə yaraşmaz. Lakin sən onlara və atalarına o qədər nemət verdin ki, hətta (Sənin öyüd-nəsihətini, Quranı) xatırlamağı belə unutdular və (buna görə də) məhvə məhkum edilmiş bir tayfa oldular!”
19 - (Allah buyuracaqdır: ) “(Ey müşriklər, sizin tanrılarınız) dediklərinizi təkzib etdilər. Artıq nə əzabı (özünüzdən) sovuşdurar, nə də (özünüzə) bir kömək edə bilərsiniz. Sizdən zülm edənlərə (Allaha şərik qoşanlara) şiddətli bir əzab daddıracağıq”.
20 - (Ya Rəsulum!) Səndən əvvəl göndərdiyimiz peyğəmbərlər də, şübhəsiz ki, yemək yeyər, (ruzi qazanmaq üçün) bazarları gəzib dolaşardılar. Sizin bir qisminizi digərinizə sınaq vasitəsi etdik ki, görək (möhnətlərə) dözə biləcəksinizmi? (Birinizi varlı, digərinizi kasıb, birinizi sağlam, digərinizi xəstə, zəif etdik ki, hansınızın daha səbirli, daha dözümlü olduğunu, Allahın öz əzəli hökmü ilə ona verdiyi qismətə razı olub-olmadığını bilək). Sənin Rəbbin (çətinliklərə səbr edənləri və onlardan qorxanları) görəndir!
21 - Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər (qiyamət günü dirilib haqq-hesab üçün hüzurumuzda duracaqlarında qorxmayanlar): “Bizə (Muhəmmədin həqiqi peyğəmbər olduğunu təsdiq edən) mələklər endirilməli, yaxud biz (onun doğru danışıb-danışmadığını bilmək üçün) Rəbbimizi görməli idi!” – dedilər. Həqiqətən, onlar özləri barəsində təkəbbürə qapıldılar və (Allahı bilavasitə görmək, onunla danışmaq istəməyə cürət etməklə) azğınlaşıb həddi çox aşdılar.
22 - Mələkləri görəcəkləri gün – həmin gün günahkarlara (Cənnətlə) heç bir müjdə olmaz. (Mələklər onlara: ) “(Sizə şad xəbər eşitmək) haramdır!” – deyərlər.
23 - Onların etdikləri hər hansı bir (yaxşı) əməli Biz qəsdən (havadan uçan) dağınıq zərrələrə (toz dənələrinə) döndərərik! (Onların qohum-əqrabaya, yoxsullara göstərdikləri köməyin, qonağa, qəribə etdikləri hörmətin və dünyada gördükləri digər yaxşı işlərin zərrə qədər qiyməti olmaz!)”
(əl-Furqan ,surəsi, 7-23-cü ayələr)
Həmçinin müşriklər Məhəmməd peyğəmbərdən (s.ə.s) maddi möcüzələr tələb etməyə başladılar ki, Məkkənin dağlarını əritsin, torpağını genişləndirsin ki, onlarda çaylar axsın:
“90 - (Quranın əzəməti, fəsahət və bəlağəti qarşısında aciz qalan, lakin özlərini sındırmayan müşriklər) belə dedilər: “Bizə yerdən (Məkkədən) bir bulaq çıxarmayınca sənə iman gətirməyəcəyik.
91 - Yaxud (ağacları) arasında şırıl-şırıl irmaqlar axan xurma və üzüm bağın olmayınca;
92 - Yaxud, iddia etdiyin kimi, göyü parça-parça edib başımıza endirməyincə, yaxud Allahı və mələkləri (peyğəmbərliyinin doğruluğuna şahid olaraq) açıq-aşkar qarşımıza gətirməyincə;
93 - Və ya qızıldan bir evin olmayınca, yaxud sən göyə qalxmayınca (biz sənə iman gətirməyəcəyik). Əgər bizə (səmadan) oxuyacağımız bir kitab endirməsən, göyə qalxmağına da əsla inanmayacağıq!” (Ya Rəsulum!) De: “Rəbbim pakdır, müqəddəsdir! (Allah gedib-gəlmək, enib-qalxmaq kimi məxluqata aid olan xüsusiyyətlərdən uzaqdır!) Mən isə yalnız peyğəmbər olan bir insanam!” (Allahın izni olmayınca, heç bir peyğəmbər sizin dediklərinizi yerinə yetirməyə qadir deyildir!)
94 - (Qüreyş müşrikləri kimi) insanlara doğru yolu göstərən bir rəhbər gəldiyi zaman ona iman gətirməyə mane olan şey yalnız onların: “Allah bir insanımı peyğəmbər göndərdi?” – demələridir. (Müşriklərin fikrincə, peyğəmbər bəşərdən deyil, mələklərdən göndərilməlidir).
95 - (Ya Rəsulum!) De: “Əgər yer üzündə (siz insanlar kimi) arxayın gəzib dolaşanlar mələklər olsaydı (yer üzünün əhalisi mələklərdən ibarət olsaydı), sözsüz ki, onlara bir mələk peyğəmbər göndərərdik!”
96 - De: “Mənimlə sizin aranızda təkcə Allahın (peyğəmbərliyimin həqiqiliyinə) şahid olması kifayət edir. Şübhəsiz ki, O, bəndələrindən (bəndələrinin bütün əməllərindən) xəbərdardır, (onların gizlində və aşkarda nələr etdiyini) görəndir!”
97 - Allahın doğru yola saldığı kəs doğru yoldadır. Allahın yoldan çıxartdığı kəs üçünsə (Allahdan) başqa dostlar tapa bilməzsən. Biz qiyamət günü onları üzü üstə sürünə-sürünə, kor, lal və kar kimi məhşər ayağına çəkəcəyik. Onların düşəcəkləri yer Cəhənnəmdir. Cəhənnəm odu azaldıqca onların (bədənlərinin) alovunu artıracağıq!
98 - Bu, ayələrimizi inkar etdiklərinə və: “Sür-sümük, çürüyüb ovxalanmış torpaq olduğumuz halda, biz dirildilib yeni bir məxluqmu olacağıq?” – dediklərinə görə onların cəzasıdır.
99 - Məgər onlar (öləndən sonra bir daha diriləcəklərini inkar edənlər bu böyüklükdə) göyləri və yeri (yoxdan) yaradan Allahın (bu kiçiklikdə) onlar kimisini (yenidən, eynilə) yaratmağa qadir olduğunu görmürlərmi?! Allah onlar üçün bir əcəl (ölüm, yaxud əzaba düçar olma vaxtı) müəyyən etdi ki, ona heç bir şəkk-şübhə yoxdur. Zalımlar (belə bir vəziyyətdə də) ancaq öz küfrlərində israr edib dururlar (küfrdən başqa bir şeyə razı olmurlar).
100 - (Ya Peyğəmbərim, müşriklərə) de: “Əgər siz Rəbbimin rəhmət xəzinələrinə (var-dövlətinə) sahib olsaydınız, yenə də (onun) xərclənib tükənməsindən (sonra da sizə yoxulluq üz verməsindən) qorxaraq xəsislik edərdiniz. İnsan (nə qədər varlı olsa da, təbiəti etibarilə) xəsisdir!”
(əl-İsra (gecə vaxtı seyr),surəsi, 90-100-cü ayələr)
Təzyiq və hədə metoduna gəlincə, onlar Bəni Haşim övladlarını boykot etməkdə və onları Əbu Talib tayfasına sığınmağa (onlarla alqı-satqı etmədiklərinə, yemək vermədiklərinə, onlara bir şeydə kömək etmək üçün kimsəyə icazə vermədiklərinə görə) istifadə etdikləri metoddur. Hətta 3 il davam edən zalım baykot onları elə yormuşdu ki, onlar ağacların yarpaqlarını və yeyilməyə layiq olmayan şeyləri də yeyirdilər. Ancaq onlar bütün bu çətinliklərə baxmayaraq öz imanlarında qalmaqda davam edirdilər və buna dözürdülər. Hətta onlar müsəlmanları haqsız olaraq öz yurdlarından qovmuş və mallarını əllərindən almışlar. Bu ona görədir ki, onlar Rəbbimiz yalnız Allahdır demişdilər. Mədineyi Münəvvərəyə hicrət etdikdən sonra islama qarşı yürüşlər ara vermişdir, o dinə qarşı ki, (Allahın rəsuluna (s.ə.s), səmavi şəriətin müamələlərinə riayət etməyə, onların düşmənçiliklərinə və əziyyətlərinə qarşı səbrli və yaxşı davranmağa, cinslər arasında fərqləri atmış, insanları insan olmaq baxımından eyni götürmüş, onların kökünü bir etmiş, irqçiliyi aradan qaldırmış, o irqçiliyi ki, Adəmə və Həvvaya qədər götürmüş, insanları bir olaraq tanışdırmış, müharibələrin, ayrı seçkiliklərin qarşısını almışdır) ona tabe olmağa dəvət olunmuşlar:
“- Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir). Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır.”
(əl-Hucurat (Otaqlar) surəsi, 13-cü ayə)
Bu din öz böyüklüyünə, əxlaqının ucalığına və münasibətlərinin gözəl olmasına görə Mədinədə adamlardan yalnız iki təbəqə tərəfindən qarşılandı; oraya sığınacaq tapanlardan və onlara tərəfdar olanlardan başqa, o təbəqəyə ki, islamı alçaltmadılar, Məkkə əhlinin istifadə etdikləri vasitələrlə məkr qurmadılar. O kəslər ki, haqqa yalan donu geydirməklə, Allaha və onun elçisinə yalan iftira atmaqla, haqqın ağzını bilə-bilə yumaraq edirdilər.


Tarix: 17.04.2013 / 12:48 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 557 Bölmə: Maraqlı melumatlar