beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

QİYAMƏTƏ YAXIN ŞİRKİN ÇOXALMASI

Qiyamətin əlamətlərindəndir ki, Peyğəmbərin (s.a.v) ümmətində şirk zühur edəcəkdir. Artıq İslam gəldikdən sonra, peyğəmbərlik verildikdən sonra Peyğəmbər (s.a.v) ümmətini Tövhidə dəvət etdi. Ümməti İslamı qəbul edərək şirkdən çəkindilər.

Artıq Məkkənin fəthindən sonra Məkkədə müşrik qalmadı. Ərəbistan yarımadası bütünlüklə İslamı qəbul etdilər. Peyğəmbər (s.a.v) bunun üçün göndərildiyi və Quran bunu qadağan etdiyi halda çox keçmədi ki, insanlar yenidən bu çirkin əməli işləyərək Allaha şəriklər qoşmağa başladılar. Səuban (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) buyurdu: "Mən ümmətim üçün haqq yoldan azdıran imamlardan qoxuram. Ümmətimin arasına qılınc davası düşdüsə bu Qiyamət gününədək davam edəcəkdir. Ümmətimin bəzi tayfaları müşriklərə qoşulmadıqca və bəzi tayfaları bütlərə ibadət etmədikcə Qiyamət qopmayacaqdır".
(Muslim 4/2215, Əbu Davud 4202,4252, İbn Məcə 3952, Əhməd 5/278,284. )
"(Ya Muhəmməd!) Kitabdan özlərinə az bir şey verilənləri (yəhudiləri) görmürsənmi? Onlar Cibt və Tağuta inanır və kafirlər üçün də: “Bunlar möminlərdən daha doğru yoldadırlar”– deyirlər". (ən-Nisa 51). Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) buyurdu: "Dəvs qəbiləsinin qoca qadınları Zul-Xalasa (bütü) ətrafında tavaf edə-edə quyruqlarını titrətmədikcə qiyamət qopmayacaqdır. Zul-Xulasa Dəvs qəbiləsinin cahiliyyə dövründə ibadət etdikləri bütdür".
(əl-Buxari 13/76, Muslim 4/2230,2906. )
" Peyğəmbər (s.a.v) buyurdu: "Gecə və gündüz, Lat və Uzzaya ibadət edilmədikcə yox olub getməz".(Muslim 4/2230,2907. )
Artıq şirk insanların əqidəsinə çevrilmişdir. Haradan bir səs eşitsələr, harada bir işıq görsələr (istər ağac olsun, istər daş olsun, istər qəbir olsun onlara fərq etməz) dərhal oranı ibadətgaha çevirirlər. Ağacın üzərinə əskilər, parçalar bağlayaraq niyyət edən kim, təvaf edən kim, övlad diləyən kim. Peyğəmbərin (s.a.v) dövründə də səhabələr Peyğəmbərdən (s.a.v) belə bir ağac istədilər. Lakin görün Peyğəmbər (s.a.v) onlara nə cavab verdi: Əbu Vaqid əl-Leysi (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) ilə birlikdə Məkkədən Huneynə tərəf yola çıxmışdıq. Biz o, vaxtlar təzə müsəlmanlardan idik və küfrdən yenicə çıxmışdıq. Müşriklərin üstündən silahlarını asasaraq (ibadət etdikləri) bir Sidr ağacı vardı. Onun ətrafında yığışaraq öz adət ən-ənələrini (mərasim, ayin) yerinə yetirir və o, ağacı "Zətu Ənvat" deyə çağırırdılar. Biz də bu böyük bir Sidr ağacının yanından keçdikdə: "Ey Allahın Rəsulu! Onların "Zətu Ənvatı" olduğu kimi bizim üçün də "Zətu Ənvat" düzəlt”- dedik. Peyğəmbər (s.a.v) buyurdu: "Allahu Əkbər! Şübhəsiz ki, bunlar hamısı keçmiş adət ən-ənələrdir. Nəfsim əlində olana and olsun ki, siz İsrail oğullarının Musadan istədikləri şeyin eynisini məndən istədiniz: "…Bizə onların sitayiş etdikləri bütlər kimi bir büt düzəlt!" (əl-Əraf 138)
Həqiqətən, siz əvvəlkilərin adət ənənəsi ilə gedəcəksiniz”.(ət-Tirmizi 2180, Əhməd 5/ 218, əl-Albani “Səhih Cəmi” 1063. )

Bu səhabələr İslamda yeni olduqları üçün bir çox tövhid məsələlərini bilmirdilər. Məhz buna görə də Peyğəmbərdən (s.a.v) müşriklərin uğur gətirmək üçün dilədikləri bir büt kimi, onlar üçün də uğur diləmək üçün bir büt düzəltmələrini istəmişlər; "Allahı qoyub özlərinə dost tutanlar: "Biz onlara bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik!"- deyirlər”
(əz-Zumər 3).
"Onlar Allahı qoyub özlərinə nə bir xeyir, nə də bir zərər verə bilən bütlərə ibadət edir və: "Bunlar Allah yanında bizdən ötrü şəfaət edənlərdir!"- deyirlər. De ki: "Allaha göylərdə və yerdə bilmədiyi bir şeyimi xəbər verirsiniz? Allah Özünə şərik qoşulan bütlərdən uzaqdır və ucadır". (Yunus 18).

Şeytan öz Rəbbinə vəd vermişdir ki, insanları haqq yoldan azdıracaqdır və hər bir vəchlə, fitnə və hiylə ilə insanları Allaha ibadət etməkdən yayındırmağa çalışır. Təki insanlar Allaha ibadət etməsinlər. Şeytana qulluq edənlər də belə bir ibadətgahlar qurmaqla insanları azdırmağa çalışırlar. Siz deyirsiniz ki: “Onlar salehlərdir, övliyalardır, Allahın sevimliləridir. Biz isə günahkarlarıq, Allah yanında heç bir qədir-qiytimiz yoxdur. Onlara qarşı məndə olan sevgiyə, məhəbbətə görədir ki, mən onun vasitəsilə Allaha yaxınlaşıram”. Mənim sizə bir neçə sualım vardır. Bizə İslam dinini çatdıran, hər bir şeyi ətraflı şəkildə xəbər verən kim olub? Sözsüz ki, deyəcəksiniz Peyğəmbər (s.a.v) .Məgər Peyğəmbər (s.a.v) bizə əmr edib ki, “mən öləndən sonra məni Allah ilə öz aranızda vasitəçi tutun” və ya Peyğəmbər (s.a.v) bunu özü edib və ya səhabələrinə tövsiyə edib ki, ölüləriniz vasitəsilə Allaha yaxınlaşın və onlardan nə istəyirsinizsə diləyin və ya Əbu Bəkr, Ömər, Osman, Əli (Allah onlardan razı olsun) və s. səhabələr hansı ki, cüzi bir yaxşı əməl olduqda onu dərhal etməyə çalışardılar. Heç olmasa bir ayə, bir hədis də belə gətirin ki, biz də iman edək. Əgər gətirə bilməsəniz bilin ki, onda siz özünüzü onlardan ağıllı sayırsınız. Çünki, onlar bu böyüklükdə əfzəl əməli görmürdülər və ya bilmirdilər, amma siz bundan xəbərdarsınız. Allah bizi və əhli-əyalımızı şirkə tapınmaqdan qorusun. Amin!


Tarix: 10.04.2013 / 20:33 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 316 Bölmə: Maraqlı melumatlar