Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cinlər qeybi bilirlərmi?

cava-
Cinlər qeybi bilmirlər. Necə ki, Uca Allah belə buyurur: "Göylərin və yerin qeybini (gözə görünməyən, heç kəsə bəlli olmayan məchul sirlərini) bilmək ancaq Allaha məxsusdur» (ən Nəml surəsi, 65) və ya Allahın bu kəlamını oxu: "Sonra (Süleymanın) ölümünü hökm etdiyimiz zaman onun öldüyünü onlara (cinlərə) ancaq (Süleymanın) əsasını yeyən bir ağac qurdu xəbər verdi. (Süleymanın əlini dayayıb durduğu əsa sınandan sonra) o (ölmüş vəziyyətdə) yerə yıxıldıqda cinlərə bəlli oldu ki, əgər onlar qeybi bilsəydilər, alçaldıcı əzab (məşəqqətli iş) içində qalmazdılar.» (Səba surəsi, 14)
Kim ki, özündən qeyb elmini bildiyini inkar etsə, o kafidir. Kim ki, qeybi bildiyini iddia edənin fikrinə inanarsa o da kafirdi. Uca Allah belə buyurur: "Göylərin və yerin qeybini (gözə görünməyən, heç kəsə bəlli olmayan məchul sirlərini) bilmək ancaq Allaha məxsusdur» (ən Nəml surəsi, 65) Kim iddia eləsə ki, o gələcəyi bilir, onun bu əməli sehrbazdıqdandır. Peyğəmbər (s.ə.s) belə buyurur: "Kim ki, kahinin yanına gəlib ondan bir şey soruşsa, onun namazı 40 gün qəbul olunmaz» Əgər onu doğru saysa, onda kafir olar. Çünki əgər həmin adamın qeybi bildiyinə inansa, onda Allahın yuxarıda zikr etdiyimiz ayəsini yalan saymış olur.


Muhammad ibn Salih əl Useymin


Tarix: 06.04.2013 / 15:16 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 124 Bölmə: Maraqlı melumatlar
loading...