Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Apollon möcüzəsi

Sovet İttifaqının 60-cı illərdə kosmos uğrunda yarışda ABŞ-ı geri qoyması amerikalıların hisslərinə toxunmuşdu. Ola bilsin ki, Aya insan çıxarmağı məqsəd qoyan Apollon layihəsi elə bu hissi aradan qaldırmaq üçün nəzərdə tutulurdu. Lakin alimlər üçün bu sadəcə elmi məramdan başqa heç nə deyildi.

1969-cu il iyulun 20-də ABŞ-ın kosmik porqramının əldə etdiyi nailiyyət, sözsüz ki, Sovetlərin etdiklərini kölgədə qoydu. Amerikalılar Nil Armstronq və Baz Aldrin Aya qədəm qoyan ilk insanlar oldular. Armstronqun ayağını Aya basan anda "insan üçün kiçik bir addım, bəşəriyyət üçün nəhəng sıçrayış" ifadəsi dillər əzbərinə çevrildi. Amma ola bilər ki, siz həmin məqam barədə aşağıda sadalanan faktlardan xəbərsizsiniz:

1. Apollon 11 kosmik gəmisinin hər üç heyət üzvü, Nil Armstronq, Baz Aldrin və Mayk Kollinz 1930-cu ildə anadan olublar.

2. Apollon 11-in məhz Aya enəcəyi uçuşdan əvvəl qəti bəlli deyildi. Beləki, hər bir Apollon missiyasının konkret məqsədi vardı. Əgər Apollon 10-nun uçuşu zamanı, Aya enmə aparatının sınağı uğurlu olmasaydı, onda bu sınağı təkrar həyata keçirmək Apollon 11-in vəzifəsinə çevriləcəkdi. Bu halda isə, Aya qədəm basan artıq Apollon 12-nin heyət üzvləri olacaqdı. Bu zaman Aya enən ilk insanın adı Pit Konrad olacaqdı.

Nil Armstrang (soldakı), Mikail Kollins (ortadakı) və Edvin Aldrin3. Əslində, Aya ilk çıxan NASA-nın qaydalarına görə Baz Aldrin olmalı idi, beləki, bundan əvvəl həmişə missiyanın komandiri gəmini tərk etmir, ilk öncə açıq kosmosa pilot çıxardı. Amma NASA-da Baza münasibət o qədər də yaxşı deyildi. Armstronq hissə sakit, təmkinli, əsl "Amerika qəhrəmanı" imicinə uyğun bir şəxs idi. Buna görə də, NASA qaydaları dəyişdi və Armstronq Aya ayaq basan ilk insan oldu. Bu Aldrini o dərəcədə qəzəbləndirmişdi ki, sonradan o Aya düşən aparatın yeni dizaynı ilə çıxış etdi. Həmin aparatın iki qapısı hər iki astronavta eyni zamanda Aya qədəm qoymaq imkanı verirdi.

4. Missiya ərəfəsində Armstronq az qala həlak olacaqdı. Onun təlim keçdiyi aparatda nasazlıq yarananda, son saniyədə ejektor düyməsini basmasaydı, astronavt imitasiya enməsi zamanı öləcəkdi.

5. Hər bir heyət üzvünə özü ilə gəmiyə şəxsi əşyalar götürmək icazəsi verilmişdi. Armstronq özü ilə Kitti Uark təyyarəsindən bir neçə parça taxta götürmüşdü. Kitti Uark 1903-cü ildə havaya qalxmış ilk mühərrikli təyyarə idi. Bundan başqa astronavtlar özlərilə həlak olmuş sovet kosmonavtları Qaqarin və Komarovun xatirəsinə düzəldilmiş medallar da götürmüşdülər.

6. Apollon 11-in enmə aparatı Ay səthinə yaxınlaşarkən, kompyuter nöqsanlar barədə məlumatlar veməyə başladı. Bu zaman az qala enmə ləğv ediləcəkdi. Lakin bu həyəcan siqnalının saxta olduğu müəyyən edildi.

7. Aya enən aparat səthdən 7 metr yüksəklikdə olarkən, Armstronq və Aldrinə xəbər gəldi ki, onların cəmi 30 saniyəlik yanacağı qalıb. Əgər 30 saniyə içində enə bilməsəydilər, astronavtlara geri dönmək əmri veriləcəkdi. Düzdür sonradan NASA səhv etdiyini, 1 dəqiqəlik uçuş üçün kifayət qədər yanacaq olduğunu öyrəndiyini etiraf etdi.

8. "İnsan üçün kiçik bir addım, bəşəriyyət üçün nəhəng sıçrayış" ifadəsini ingilis dilində deyəndə, Armstronq qrammatik səhvə yol vermişdi. O, "a man" yəni "insan" sözünü deyəndə, qeyri-müəyyənlik artikulunu unutmuşdu. Düzdür, bəzi mülahizələrə görə, o artikulu demiş, lakin rabitə sistemində kəsilməyə görə bu səs eşidilməmişdi.

9. Aya ilk qədəm qoyan astronavt adından məhrum olsa da, Baz Aldrin Aya ilk sidik ifraz edən insan adını qazana bildi!

10. Prezident Nikson astronavtları təbrik edən nitqlə çıxış etdi. Amma onda nitqin ikinci variantı da var idi. Əgər missiya faciə ilə bitsəydi, Nikson deyəcəkdi: "Tale belə gətirdi ki, Aya dinc məqsədlərlə getmiş iki kişi, əbədi olaraq Ayda dinc uyuyacaqlar. Lakin bundan sonra, Aya baxan hər bir insan övladı biləcək ki, başqa bir dünyanın bir küncü əbədi olaraq insan tərəfindən fəth edilib."


Tarix: 26.11.2014 / 11:13 Müəllif: Aziza Baxılıb: 111 Bölmə: Maraqlı Melumatlar
loading...