beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycanda hər 100 qıza 116 oğlan düşür

Ölkə əhalisi daha çox yaşamağa başlayıb.

Azərbaycanda nikahdankənar doğulan uşaqların payı 1990-cı ildəki 2,6%-dən artaraq, 2013-cü ildə 14,5% təşkil edib.

Bu barədə "Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı (2014-2025-ci illər)” sənədində qeyd olunub.

Məlumata görə, 2012-ci ildə Azərbaycanda hər 1000 qadından 12-si aborta üz tutub. 2003-cü ildə isə bu rəqəm 7-yə bərabər olub.

Bununla belə, 1990-cı illərin əvvəllərindən oğlan uşaqlarının artımı müşahidə olunur və hazırda hər 100 doğulan qıza 116 oğlan düşür (bioloji norma göstəricisi 105-107 təşkil edir).

Qeyd olunanlar ilk növbədə valideynlər tərəfindən uşağın cinsinin seçimi ilə bağlı verdiyi qərar və tədbirlərlə (selektiv abortlar) izah oluna bilər.

Ölkədə çoxuşaqlı ailələrin sayında da azalma var – 2009-cu ildə 3 uşaqlı ailələrin sayı 19,7%, 4 və çox uşaqlı ailələrin sayı 40,8% azalıb.

Sənəddə həmçinin azərbaycanlıların ən çox hansı səbəbdən dünyalarını dəyişdikləri göstərilib. Belə ki, 2013-cü ildə dünyasını dəyişən 54 min 383 azərbaycanlının 63,2%-i qan dövranı sistemi xəstəliklərindən ölüb.

Azərbaycanda həmçinin orta ömür müddəti də artıb. 2013-cü ilin nəticələrinə görə, ölkə sakinlərinin orta ömür uzunluğu 74,2 yaş, o cümlədən qadınlar 76,8 yaş, kişilər üçün 71,6 yaş təşkil edib.


Tarix: 22.11.2014 / 21:56 Müəllif: Aziza Baxılıb: 65 Bölmə: Maraqlı Melumatlar