beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aydakı çağırış

1969-cu il, 16 iyul, saat 9:31
Florida ştatının isti və boğucu havasına baxmayaraq 55 ölkədən 3493 müxbir və 1 milyona yaxın insan bir neçə kilometrlik məsafədən zərif bir raketin kosmosa qalxmasını gözləyirdi. Lakin bu hadisə ilə maraqlanan adamların sayı yalnız bununla bitmirdi. Yer üzünün müxtəlif bölgələrində olan milyonlarla insanın diqqəti bu raketə yönəlmişdi.
Belə bir həyacana səbəb olan və bəlkə də dünya xəlq ediləndən bəri ən çox maraq doğuran bu hadisə nədir?
Bu sualın cavabını kosmik raketlər sahəsində mütəxəssis olan Berner fon Braunun dilindən dinləyək: " İndiyə qədər Aya gerçəkləşdirdiyimiz insansız uçuşlar bizə çoxlu yeni məlumatlar vermişdi. Lakin Nil Armstronqun Ayın səthində atdığı ilk addımlar bəşər tarixinin yüksəlişində yeni pillələr təşkil edəcəkdir".
Bəli, insan övladı həyatın beşiyi olan bu planetdən ayrılacaq və ilk dəfə başqa bir torpağa ayaq basacaqdı.

Saat 9:32
" Apollon-11" kosmik gəmisinin güclü saturn mühərriklərindən püskürən alov və duman Aya ilk dəfə ayaq basan və içində astronavtların ( Nil Armstronq, Edvin Oldrin və Mayk Kollinz ) olduğu raketi bu dünyadan ayırır.
" Apollon-11 " kosmik gəmisi Yerdən qalxandan tam 102 saat 47 dəqiqə sonra ehmalca Ayın üzərinə düşür və Nil Armstronq 9 pilləli nərdivanı enərək Aya ilk dəfə ayaq basan insan olmaq şərəfinə nail olur. Lakin Armstronqun 14 ildən sonra gəlib yetişəcəyi məqam ona Aya ayaq basmağın verdiyi şərəf hissindən daha böyük bir şərəf gətirəcəkdi.
Bəli, aradan 14 il keçir və 1983-cü ilin fevral ayı gəlir. Armstronq bir konfransda çıxış etmək üçün ilk dəfə olaraq bir müsəlman ölkəsinə- Misirə gedir. Konfransın sonuna yaxın bir vaxtda Armstronqun sanki sehrlənibmiş kimi oturduğu yerə yapəşdığını və donub qaldığını görürlər. O, pəncərələrdən içəri süzülən bir səsi dinləyirdi və üzünün ifadəsindən də açıq görünürdü ki, o bu səsi sanki əvvəllər də dinləyib.
Armstronq bu səsin nə səs olduğunu soruşanda yanındakı adamlar onun azan səsi olduğunu bildirib" Bu səs Allahın qüdrətini kainata elan edən və biz insanları qurtuluşa səsləyən ilahi bir dəvətdir" deyə söyləyirlər.
Armstronqun bundan sonra dediyi sözlərdən adamın tükləri ürpəşir:
- Bu səs Aya ilk ayaq basdığım zaman eşitdiyim və tüklərimi ürpədən səsdir. Əvvəlcə qulaqlarımın uğuldadığını güman etdim, lakin sonradan bu səsi yenidən eşitdiyim zaman heyrətlənib titrəmişdim.
Konfrans salonunda heç kimin səsi gəlmir və hamı azan səsini dinləyirdi.
Armstronqun ruhunda qopan fırtına azanın bitməsinə qədər davam edən qısa bir müddət ərzində onun İslam dinini seçməsinə səbəb olacaqdı.
Aya yüksəlməklə insan övladına aid ilk addımları atan Armstronq eyni zamanda mənəvi yüksəlişin də ilk addımlarını atmış oldu.


Tarix: 26.11.2014 / 11:00 Müəllif: Aziza Baxılıb: 952 Bölmə: Maraqlı Melumatlar