beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dünyanın ən qəribə və dəhşətli xəstəlikləri

Onlar fiziki və genetik xəstəliklərdən səbəbindən digər insanlardan fərqlidirlər. Bir başqa xüsusiyyətləri də bu fərqləri onları maddi çətinliklərdən azad etməsi idi. Milyonda bir görülən xəstəliklərlə ölkə-ölkə gəzərək reallaşdırdıqları şoularla milyonlarla dollar qazanan insanlar:
Fil adam Joseph Merrick

1862-ci ildə doğulan Jozef Merrickin fiziki bir narahatlığına görə 5 yaşında bədən üzvləri böyüməyə başladı. Qısa müddətdə ağlasığmaz bir görünüşə büründü. 1884-cü ildən etibarən Merrick görünüşündən pul qazanmağa başladı. Pul qazandığı nümayişlərdən birində onu görən həkim onu müalicə etməyə başladı. Jozef Merrickin Proteus sindromundan əziyyət çəkdiyi ortaya çıxdı. David Lynchin Fil Adam filmində baş rol ifaçısı olmuşdur.Merrick 27 yaşında yuxuda olan zaman vəfat etmİşdir.

Myrtle Corbin

Jozefina Myrtle Corbin ABŞ-ın Tennessee əyalətində 1868-ci ildə 4 ayaqlı olaraq doğulmuşdur. Buna ana rəhmindəki əkizinin ayrılmaması səbəb olmuşdur. Corbinin 4 ayağı simmetrik deyil. İçəridə qalan qıçları daha kiçikdir. Bir müsahibəsində Corbin içəridəki kiçik ayaqları ilə də hərəkət edə bildiyini, ancaq gəzmək üçün zəif olduğunu söyləmişdi.Corbin daha sonra 4 qız və 1 oğlanı anası olmuşdur. Onlarda isə belə hala rast gəlinməyib. Madmazel Gabriella

1884-cü ildə İsveçrədə doğulan Gabriella Füller bədəninin alt qismi olmadan doğulub. 1900-cü ildə Parisdə bir sirk şousuna qatılır. İki dəfə evlənən Gabriellanın vücüdunun üst qismi qüsursuz bir şəklə sahib idi. Ancaq alt qismindən məhrum bir şəkildə yaşamaq vəziyyətində qaldı.

Madam Clofullia

Madam Clofullia İsveçrədə doğulmuşdur. Doğuşdan üzündə tüklərlə doğulan Clofullianın artıq 8 yaşında 5 santimetr uzunluğunda saqqalı vardı. Bu xüsusiyyətini istifadə edərək səyahətlər reallaşdırdı. 14 yaşında Avropa səyahətinə çıxdı. Parisdə tanış olduğu rəssamla evlənir. O saqqalları ilə III Napoleona bənzədiyi üçün Fransada əlavə bir şöhrət də qazanmışdır. Bu şöhrəti sayəsində Napoleon ona böyük bir almaz hədiyyə edir . Lionel

1890-cı ildə Polşada doğulan Stephan Bibrovski normal bir ailənin uşağı idi. Nadir görülən genetik xəstəliyə görə bütün bədənində qalın tüklər çıxdı. Orta əsrdən bu vaxta qədər bu xəstəliyə yalnız 50 nəfərdə rast gəlindiyi deyilir. Bir Alman tərəfindən kəşf edilən Bibrovski Avropa səyahətinə çıxır. Orada üzündəki tüklərlə aslan kimi göründüyü üçün ona Lion sözünən törəyən Lionel ləqəbi verilmişdir. Lionel 5 dil bilirdi.


Tarix: 26.11.2014 / 11:11 Müəllif: Aziza Baxılıb: 35 Bölmə: Maraqlı Melumatlar