Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dırnaqla xasiyyətin əlaqəsi

Qadınların dırnaq forması xarakterdən xəbər verir. İndi kişilər bir az diqqətli olsalar qarşılarındakı xanımların xasiyyətini asanlıqla müəyyən edə bilərlər.

1.Dördkünc forma
Bu formada dırnaqları olanlar adətən hazırcavab, öyrənməyə həvəsli, yüksək intelektual qabiliyyətə malik, diqqətcildirlər. Nizamlı həyatı sevirlər. Problemlərə fəlsəfi yanaşa bilirlər. Belə dırnağı olan qadınlarda adətən ağıl hissləri üstələyə bilir.
İstər şəxsi, istərsə də iş həyatında hisslərdən çox, ağılla hərəkət etməyi sevirlər. Bu xüsusiyyətləri sayəsində lider ola bilirlər.
Əslində onların daxili ziddiyyətlərlə doludur və daima içlərində mübarizə gedir. Bu insanlar ətrafdakılara düzgün məsələhətlər verə bilirlər.

2. Düzbucaq forma
Belə insanlar əməksevərdirlər. Yəni on barmaqda on mərifət. Bu formada dırnaqlara malik olanları maksimalist, sadəlövh, inanan, optimist,mehriban, emosional, ideallığa meyilli insan kimi xarakterizə etmək olar.
Onlar istədiyi hər şeyə nail olurlar. Həyatda ancaq öz güclərinə inanaraq irəliləməyə çalışır. Düzdür çox inana və sadəlövh olmaları onların tez-tez aldanmasına da səbəb olur.

3. Oval forma
Bu insanlar təbiətən çox emosional, sentimentallığa meyilli olurlar. Onlar özləri qoyduqları qərarlarla yaşayır, ideallarına inanırlar. Bu formalı dırnağa sahib olan insanlar ədalətli olmağa çalışır və ən xırda zorakılığı belə qəbul etmirlər.

4. Sivri forma
Belə insanlar adətən incəsənətə meyilli olur, yaradıcılıqları ilə seçilirlər. Adətən musiqiçi, rəssam, heykəltəraşların bu cür dırnaqları olur. Belə qəribə dırnaq formasına malik olanlar qeyri standart düşüncə tərzinə malik olur, xəyalpərəst, kreativ, azadlığını çox sevən, səbrsizlikləri ilə seçilirlər. Onlar üçün mənəvi dəyərlər istənilən maddilikdən öndədir.


Tarix: 22.11.2014 / 21:51 Müəllif: Aziza Baxılıb: 45 Bölmə: Maraqlı Melumatlar
loading...