beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dünyanın ən bahalı futbolçuları

"Barselona"nın argentinalı ulduzu Lionel Messi dünyanın ən bahalı futbolçusudur. Fransa mətbuatının verdiyi məlumata görə, Messinin illik gəliri 31 milyon avrodur. Burada söhbət Messinin həm klubdan aldığı əməkhaqqıdan həm də reklam çəkilişlərindən qazandığı gəlirdən gedir.

İkinci pillədə "Real"ın portuqaliyalı yarımmüdafiəçisi Kriştianu Ronaldo gəlir. Onun illik qazancı Messininkindən 3,5 milyon az yəni 27.5 milyondur. "Mançester Yunayted"in hücumçusu Ueyn Runi ildə 20,7 milyon avro ilə 3-cüdür.
Dünyanın an bahalı baş məşqçisi isə "Real" (Madrid) klubunun çalışdırıcısı Joze Mourinyodur. O, ildə 13,5 milyon avro qazanır.
Sonrakı yerləri "Barselona"nın baş məşqçisi Pep Qvardipla (10,5 milyon) və "İnter"in sabiq çalışıdırıcısı Rafael Benites(10,2 milyon) tuturlar.


Tarix: 25.11.2014 / 18:28 Müəllif: Aziza Baxılıb: 38 Bölmə: Maraqlı Melumatlar