beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İməcilik

Zehni əməklə məşğul olan insanlar iş yerindəki şəraitə aid gigiyenik tələbləri bilməlidirlər. Alimlər iddia edir ki, iş yerindəki şərait mərkəzi sinir sisteminə təsir edir. Aysel iş yerinin gigiyenasından yazır.
Əllərin Gigiyenası

Ofis işçisi əlinə buterbrod, bir fıncan çay götürərkən və ya işə gələndə qəzet alarkən onlarla bərabər milyonlarla bakteriya götürür. Barmağın ucundan dirsəyə qədər olan nahiyədə 2-dən 10 milyonadək bakteriya daşıyırıq. Onlardan bəziləri faydalıdır, çünki immun sistemini bərkidir, bəziləri isə xəstəlik və infeksiya oyadır.

Təəssüf ki, o dəqiqə «pis» bakteriyaları üzə çıxarmaq olmur, ona görə də təhlükəsizlik tədbirləri görmək lazımdır. Adi iş stolunda tualetlə müqayisədə 400 dəfə çox bakteriya var. Əllərinizi təmiz saxlamaqla siz həm kolleqalarınıza hörmət edir, həm də sağlamlığınızın qeydinə qalmış olursunuz. Əllərin gigiyenası həmişə birinci yerdə olmalıdır, xüsusilə siz qida sahəsində çalışırsınızsa.
İş Yerinin İşiqlandırılması

İşıq mərkəzi sinir sisteminin çox güclü stimulyatorudur (qıcıqlandıncısıdır). Məlumdur ki, qaranlıq məkana daxil olanda duyğu orqanlarının hamısında qıcıqlanma kəskin şəkildə aşağı düşür. Ən yaxşı işıqlanma dağınıq günəş işığıdır.

Axşamlar məşğul olarkən tək ümumi işıqlandırılma ilə məhdudlaşmaq olmaz, masaüstü abajurlu lampadan da istifadə etmək faydalı olar. Bu halda lampanın gücü 40-70 vatt olmalıdır.
Gözlərin yorulması

Bunun ardınca ümumı yorğunluq baş verir. İş yeri pis işıqlandırıldıqda görmə orqanı tez yorulur. Bu halda əlyazma üzərinə çox əyilmək lazım gəlir, nəticədə görmədə qüsurlar yaranır və eynək taxmaqla aradan qalxmır.

Kitab gözlərdən 35-40 sm məsafədə olmalıdır. Gözlərin yorulduqda onları 1-2 dəqiqə qapamaq, yaxud uzaqlara baxmaq tövsiyə olunur.
Düzgün oturuş

iş masası arxasında düzgün oturmaq da az əhəmiyyət daşımır. Düzgün poza ürək, tənəffüs və əsəb sısteminin işini asanlaşdırır. Masa arxasında düz, belını bükmədən oturmaq lazımdır, bədən bir qədər irəli əyilməli, çiyinlər geniş açılmalıdır.

Hər 60 dəqiqədən bir işdən ayrılıb əl-qolun, bədənin açılması üçün 5-10 dəqiqəlik hərəkətlər etmək lazımdır. Yorulmaya təkcə məcburi yox, həm də eyni poza da təsir edir.
İş otağının havasının təmiz olması

Zehni əməklə məşğul olanlar bəzən otağın havasının təmiz olmasına fikir vermirlər. Tütün tüstüsü ilə qarışmış hava siqaret çəkməkdən daha zərərlidir, çünki insan siqareti çəkib qurtarandan sonra hələ uzun müddət onun tərkibindəki nikotinlə nəfəs alır.

Havası təmizlənməmiş yer rütubətli və boğuq olur, çünki havaya müxtəlif qazabənzər zərərli maddələr (ammiak, hidrogen sulfid və s.) qarışır. Bu maddələr ağ ciyərlərdən ayrılan qaz mübadiləsi məhsulları, eləcə də dərinin ifrazı, çirkli alt paltarları və geyimlər, çürümüş yemək qalıqları və müxtəlif tullantılar nəticəsində əmələ gəlir.

Bəzən zehni əməklə məşğul olan insanlar fasilə zamanı yüngül idman hərəkətləri edirlər. Doğrudan da oturaq işlə məşğul olan insanlara müəyyən müddətdən sonra həm oxumaq, həm yazmaq, hətta başqalanm diqqətlə dinləmək də çətin olur.


Tarix: 28.12.2012 / 14:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 725 Bölmə: Maraqlı Melumatlar