beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Günəş tutulması

Günəş tutulması dedikdə Günəşin Yerdəki müşahidəçi üçün tam və ya qismən görünməməsi nəzərdə tutulur. Günəş tutulduqda Ay onu örtür. Venera və Merkuri də Günəş diski qarşısından keçərkən tutulma törədir. Ay Yerdən 363-406 min km məsafədə olarkən kölgə konusunun təpəsi Ay mərkəzindən 368-380 min km uzanır. Günəş tutulmasına şərh və izah verən ilk alimlərdən biri də Nəsrəddin Tusidir. O, eyni zamanda Ayın tutulmasını, işığın sınmasını, göy qurşağının yaranmasını izah etmişdir.Yer səthində Ay kölgəsinin eni maksimum 270 km-dir. Yer səthinin bütöv kölgə (yarımkölgə) konusuna düşən məntəqələrində tam (qismən) Günəş tutulması baş verir. Konusdan kənardakı məntəqələrdə tutulma müşahidə edilmir. Ən uzun Günəş tutulması 7 dəqiqə, əksər hallarda isə 1-2 dəq davam edir.Yeri gəlmişkən qeyd edək ki, əsrin ən uzun Günəş tutulması keçən il iyul ayında baş tutub.

Günəş tutulması Çoxlarımız üçün bu hadisə qəribə və qeyri-normal gəlir. Ancaq günəş tutulması haqda kifayət qədər araçdırmalar və onu səbəbləri haqda məlumatlar var. Məşhur səyyah Kolumbun da Günəş tutulması ilə bağlı maraqlı hekayəsi var. Tarixi mənbələrə görə, Kolumb Hindistan eşqi ilə çıxdığı səfərində Amerikanın Kuba və Haiti adalarına çatır. O vaxt yerli əhali gələnlərdən qorxurdu. Çünki Vikinqlər həmin ərazilərə gəldikdə oranı talan edir və insanları öldürürdülər. Ona görə də yerli əhali Kolumbun gəmilərini sahilə yanaşmağa qoymur. Bir neçə gün gəmilər sahilə yan ala bilmir. Ancaq Kolumb cədvələ baxır və görür ki, sabah Günəş tutulması baş verəcək. Ona görə də belə bir hiyləyə əl atır. O, yerli əhaliyə mesaj göndərir ki, Günəş tanrısı qonaqpərvərdir. Və kim qonaqpərvər olmasa, öz nurunu onlardan məhrum edər. Təbii yerli əhali inanmır. Ancaq sabah doğrudan Günəş tutulması baş verir. Və Yerli əhali Kolumba inanır və onları sahilə buraxırlar.Artıq 2011-ci ilin ilk natamam günəş tutulması baş verib. Maksimum tutulma İsveç, Finlandiya, Baltikyanı ölkələr və Rusiyanın şimal-şərqində müşahidə edilib.

Səhər saatlarında başlayan tutulma prosesi günorta saatlarına kimi davam edib. Ayın Günəş diskinin səthini maksimum örtməsi yanvar ayının 4-də saat 12:51 radələrində qeydə alınıb ki, bu zaman Günəş səthinin 86 faizi örtülüb. Maksimum tutulma İsveç, Finlandiya, Baltikyanı ölkələrdə və Rusiyanın şimal-şərqində müşahidə edilib. Kopenhagendə tutulma fazası 82,6, Londonda isə 74,7 % olub.Tutulma Avropa, Şimali Afrika, Yaxın Şərq və Orta Asiyada müşahidə edilib.


Tarix: 25.11.2014 / 18:39 Müəllif: Aziza Baxılıb: 76 Bölmə: Maraqlı Melumatlar