beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əbədi məhəbbət nağıl deyilmiş

merika alimləri bunun gerçək olduğunu sübut ediblər.


Hər 10 cütlükdən biri münasibətlərinin başlanmasından keçən 20 il ərzində ilkin sevgisini qoruyub saxlayır. Lent.az-ın “Sunday Times”-a istinadən məlumatına görə, Nyu-Yorkdakı Stouni Bruk Universitetinin alimləri gənc və 20 il birgə yaşamış cütlüklərin beynindəki kimyəvi proseslərin maqnit-rezonans metodu ilə müqayisəsindən sonra bu qənaətə gəliblər.


Alimlər aşkar ediblər ki, sevgilisinin şəklini görən yaşlı cütlərin bəzi nümayəndələrinin beynində, yenicə vurulmuş insanın beynindəki prosesin tam eyni olan kimyəvi reaksiya baş verir.


Alimlərin bu kəşfi, sevgi həyəcanının birgəliyin ilk 15 ayından sonra azalması və 10 il ərzində tamamilə yox olması barədə ənənəvi baxışı təkzib edir. Əbədi məhəbbət barədə deyilənlər heç də əfsanə deyilmiş...


Tarix: 13.01.2015 / 15:17 Müəllif: Aziza Baxılıb: 74 Bölmə: Maraqlı Məlumatlar