beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

7 yaşlı qızın 6 orqanı çıxarıldı

ədənindəki şişin çıxarılması üçün cərrahi əməliyyat keçirən 7 yaşlı Nyu York sakini Heather McNamaranın vəziyyətinin normal olduğu bildirilir. Həkimlər Heatherin qarın nahiyəsindəki tenis topu böyüklüyündəki şişi çıxarmaq üçün onun 6 daxili orqanını, qara ciyər, nazik və yoğun bağırsaq, mədəaltı vəzi, mədə və dalağını çıxarıblar.
CNN telekanalının verdiyi məlumata görə Nyu Yorkadakı Presbyterian Morgan Stanley Uşaq Xəstəxanasında keçirilmiş əməliyyat 23 saat davam edib. Balaca qızın altı daxili orqanını cıxaran həkimlər orqanlari xüsusi dondurucu qabın içərisində saxlasalar da orqanlardan yalnız üçünü bərpa etmək mümkün olub. Bədəndəki şiş mədəni, mədəaltı vəzi və dalağı istifadəsiz hala saldığı üçün həkimlər onları bərpa edə bilməyiblər.

McNamaranın valideynləri Josef və Tina sağlamlıq problemi olan uşaqların valideynlərinə isə heç vaxt təslim olmamağı həmişə bir ümüdin olduğu mesajını göndəriblər.
62 yaşlı cərrah Tomoaki Kato New York Daily News qəzetinə verdiyi müsahibəsində əməliyyatın çox çətin keçdiyini əməliyyatdan sonra 5 saat istirahət etdiyini deyib.
Mart ayının 10-da xəstəxanadan çıxan Heatherin vəziyyəti normaldı, lakin indi o şəkər xəstəsidi çünki onun mədəaltı vəzi yoxdur. Həmçinin onun dalağının olmaması onun infeksiyaya yoluxma riskini artırır. Mədəsi isə başqası ilə əvəz edildiyi üçün güman ki, balaca Heatherin bir müddət sonra normal yeməyə başlayacaq.
Cərrah Tomoaki Kato: Əgər şiş yenidən bərpa olunmasa Heatherin normal həyat üçün boyük şansı olduğunu bildirib.


Tarix: 13.01.2015 / 14:09 Müəllif: Aziza Baxılıb: 42 Bölmə: Maraqlı Məlumatlar