beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mobil telefonları arxa cibinizdə gəzdirin!

Gündəlik həyatımızın ən önəmli bir parçasına çevrilən mobil telefonların həyatımızı nə qədər asanlaşdırdığı danılmaz bir faktdır, lakin ABŞ-ın Kaliforniya Universitetində aparılan araşdırmalar göstərmişdir ki, mobil telefonların xeyiri qədər ziyanı da mövcuddur.

Belə ki, əsasən kişilər mobil telefonlarını cinsiyyət orqanına yaxın bir bölgədə şalvarın ön cibində gəzdirməkləri kişilərdə spermanın azalması kimi bir problemə gətirib çıxarır. Araşdırmalar göstərmişdir ki, mobil telefonun yaydığı elektromaqnit dalğalar kişi cinsiyyət orqanında bəzi hüceyrə pozğunluqlarına səbəb olur. Bununla yanaşı telefonun ürək və beyin bölgələrinə yaxın olduğu zaman həmin nahiyələrə də asanlıqla ziyan verdiyi müəyyən olunmuşdur.

Mütəxəssislər mobil telefonları şalvarın arxa cibində gəzdirməyi və sperma miqdarının azalmasının qarşısını almaq üçün E vitamini qəbul etməyi və ya tərkibində E vitamini olan qoz, fındıq və zeytun kimi qida maddələri istehlak etməyin vacib olduğunu vurğulayırlar.


Tarix: 13.01.2015 / 14:07 Müəllif: Aziza Baxılıb: 48 Bölmə: Maraqlı Məlumatlar