beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dünyanın ən nadir 10 xəstəliyi

ABŞ-ın CNN media şirkəti dünyanın ən nadir, az rast gəlinən və bu günə kimi hələdə müalicəsi tapılmayan xəstəliklərinin adlarını açıqlayıb.
Siyahıda 10 xəstəliyin adı var. Onlar aşağıdakılardır:

1. Morgellons – Bu günə kimi 14 000 insanda rast gəlinən bu xəstəliyin yaranma səbəbinin parazitlər olduğu güman edilsədə müasir tibb hələdə onun müalicəsində acizdir. Xəstəlik zamanı insanın dərisindən qara, mavi və ya qırmızı liflər sallanır.
2. Progeria – Bu xəstəlik erkən yaşlanma xəstəliyi kimi də qəbul edilir. Genetik olan progeria xəstəliyinə məruz qalan insanlar adətən 12-13 yaşlarında ölürlər.
3. Su allergiyası – bu günə kimi yalnız 30 nəfərdə bu xəstəlik müəyyən olunub. Su allergiyası zamanı insan nə normal su içə bilir nə də normal yuyuna bilir və orqanizm sudakı ionlara qarşı çox həssas olur.
4. Dəyişkən aksent sindromu – bu xəstəlik zamanı beyindəki danışma nahiyəsinin zədələnməsi nəticəsində insan aksentini dəyişərək başqa aksentlə danışır.
5. Ölümcül gülüş – Afrikada bir qəbilədə rast gəlinən bu xəstəlik zamanı insan 3 ay dayanmadan gülərək ölə bilər.
6. FOB – xəstənin əzələləri sümüyə çevrilir və o hərəkətsiz qalır.
7. Alice sindromu – İnsan bu zaman ətrafdakı hər şeyin boyunu, ölçüsünü, formasını olduğundan fərqli görməyə balayır.
8. Profiria – Sidiyin bənövşəyi rəngdə olması, alın hissəsinin tüklənməsi və dərinin günəşə qarşı həddən artıq həssas olması.
9. Pica – Xəstə təbaşir və boya maddələri yeməyə başlayır.
10. Moebius sindromu – üz iflicinə səbəb olur və insan mimikalardan istifadə edə bilmir.


Tarix: 13.01.2015 / 14:03 Müəllif: Aziza Baxılıb: 36 Bölmə: Maraqlı Məlumatlar