beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Beyin kişiləri bütöv, qadınları isə hissə hissə görür

Supermarketlərdə jurnal satan satıcıların dediklərinə görə, üzərində qadın şəkli olan jurnallara daha çox baxılır. Lakin son zamanlar aparılan araşdırmalar nəticəsində belə bir qərara gəlinir ki, insan beyni qadınların şəklini kişi şəklindən fərqli analiz edir.
Avropanın sosial psixologiya jurnalında çap olunan məqalənin birinə görə, insan beyni qadınları nisbətən hissə hissə analiz edir nəyinki bütövlükdə.
Digər tərəfdən isə, insan beyni kişiləri daha çox bütəv görür, nəinki hissə hissə.

"Hər gün, adi qadınlar, ayrı-ayrı bədən hissələrinin seksuallığına diggət cəlb edirlər. Bu sadəcə supermodellərdə və porno ulduzlarda belə deyil, bütün qadınlarda belədir" deyə Nebraska Universitetinin alimi Sara Gervas deyir.

Qadın bədən hissələri hər gün hər hansı bir məhsulun reklamında daha çox istifadə olunur və bu reklamlar daha çox diqqət toplayır.
İnsanlarla belə bir sınaq aparılmışdır. Hər bir kəsə qadın və kişi şəkilləri verilmişdir. Qadın şəkillərinə olan reaksiya çox maraqlıdır. Əksər insanlar bu qadınların çox gözəl sinələri, ayaqları, burunları və yaxud da gözləri olduqunu demişlər.

Kişilərin şəkillərinə baxarkən isə, əksəriyyət idmançı, gözəl fiqura, yaraşıqlı və yaxud da diqər cəlb edici xüsusiyyətlərini vurğulamışlar.
İnsanların çox az bir qismi kişi bədəninin hər hansı bir hissəsinə rəy bildirmişdir.
Xoşbəxtlikdən, qadınları hissə hissə görmək qlobal bir adətdir ki, bunu insan özündə çox asanlıqa dəyişə bilər. İnsanlar istəsə "geriyə addım" edib, qarşısındakı qadına ümumi bir şəkil kimi baxıb vəziyyəti optimal dəyərləndirə bilər.


Tarix: 09.01.2015 / 11:30 Müəllif: Aziza Baxılıb: 59 Bölmə: Maraqlı Məlumatlar