beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Siqaretdən asılılıqdan "fındıqla" xilas olacaqlar

Türkiyənin Düzcə Mədəniyyət və Turizm Müdirliyi liderliyində başladılan bir proektdə, siqaret paketləri şəklindəki qutulara doldurulan fındıqlardan gündəlik istifadə edənlərin siqaret çəkmək vərdişlərindən xilas olacağı bildirilir və problemin həlli kimi bunun istehsalı hədəf seçilib. Türkiyədəki fındıq istehsalının 24 %-ni qarşıladığı bildirilən Düzcədə fındıq tədarükünün yayılması məqsədilə müxtəlif layihələr inkişaf etdirilir. Bu sahəyə maraq göstərən yerli bir təşəbbüskar isə ardıcıl istehsala keçərək siqaret paketi şəklindəki fındıq məhsullarını bazara çıxarmağa hazırlanır. Düzcənin Mədəniyyət və Turizm Müdiri Özcan Budak, fındığın daxili bazarda satışa çıxarılması və insanlara sağlam şəkildə təqdim edilməsi üçün iş başlatdıqlarını bildirib. Fındığın şəfalı bir məhsul olduğuna diqqəti çəkən psixoloq, "Həqiqətən də bir ovuc fındıq bir gündə insana çox lazımdır, o insanı sağlam və məhsuldar edir. Bir ovuc fındığı Düzcədə siqaret paketinə qoyduq. İnsanlarımıza deyirik ki 'Buyurun, siqaret paketində siqareti buraxın, siqaret paketindəki Düzcə fındığını alın, bir paket Düzcə fındığı sizə yaxşı gəlir, sağlam bəslənin ". "Cibdə artıq siqaret deyil, fındıq çevirək" deyən Budak, "İndidən bütün insanlarımıza səslənirik. Ehtiyacınız olduğu zaman bir fındıq sizə çox yaxşı gələcəkdir. Siqaret paketindəki fındıqdan hər kəsi almağa dəvət edirik "deyə insanlara səslənib. O, həmdə istehsala keçəcək olan firmanı dəstəkləyəcəklərini izah edərək, sözlərini belə tamamladı: "Bu şəkildə daxili bazarda fındığı tədarük etməyi planlaşdırırıq. Daha doğrusu yalnız fındıq deyil, bütün etdiyimiz işləri xüsusilə Düzce'de yetişən xüsusi bitki növlərini (cökə, kəklik, nanə, böyürtkən) paketləyə bilərsək və marka olsaq bundan qazanc əldə edərik və bu məşğulluğa çevrilər. Markalaşmadakı önəmimiz bundan ibarətdir. İndi Düzcədəki fındığı marka etdik. Siqaret paketinə qoyduq və insanların sağlamlığı üçün xidmətə təqdim etdik.
Siqareti buraxmağı hər kəsə tövsiyə edirik. Düzcəyə gələrək bizə çatmaları halında hər kəsə bir fındıq paketini pulsuz veririk. "


Tarix: 09.01.2015 / 10:59 Müəllif: Aziza Baxılıb: 46 Bölmə: Maraqlı Məlumatlar